"Adam xəstələnəndə kimə müraciət etməlidir?" sualının birmənalı cavabı budur: "Əlbəttə, həkimə! ". O zaman adama belə suallar verirlər ki, bəs medium, ekstrasens, psixiatr, psixoloq, spiritualist, okkulist və digərləri nə üçündür? Mediuma bəsirət nəsildən-nəsilə ötürülür. Bu cür adamlar bizim maddi aləmdə görmədiyimizi görməyə qadirdirlər. İngiltərədə Betti Şayn adlı bir medium var. O qadın psixoloji sapıntılara məruz qalmış adamları asanlıqla müalicə edə bilir. Ancaq elə ki, məsələ bu və ya digər bədən üzvlərinin xəstəliyindən gedir, bu xanım bu məsələlərlə əlaqədar ona müraciət edənlərə məsləhət görür ki, həkimə müraciət etsinlər. Betti Şayn Londonda öz müalicə kabinəsində otura-otura dünyanın bütün nöqtəsindən ona müraciət edən xəstələri müalicə edə bilir. Özü də böyük uğurla müalicə edir. Azərbaycanda əsil mediumun olmasına dair məlumatımız yoxdur.
Ekstrasensə gəldikdə, bu cür qabiliyyət sahibləri Azərbaycanda çoxdur. Ancaq ondarın hərəsində bir cür qabiliyyət var. Yəni ekstrasenslər müəyyən sahəni yaxşı bilirlər. Zirəddin, Səbuhi, Fatma, Xəyal və onlarla başqaları məhz ekstrasens qabiliyyətinə malikdir. Bu qabiliyyət mediumlar kimi nəsildən-nəsilə ötürülmür. Onlar bu qabiliyyəti, təbiətdən, ilahi qüvvədən alır və ya həyatda qazanırlar.
Psixiatr, psixoloq isə tibb universitetlərində təhsil alır və öz sahələrinin mütəxəssisləri hesab edilirlər. Spiritualist xüsusi spiritik seanslar keçirərək, ruhları və ya insanın şüur axınını müəyyən istiqamətə yönəldirlər. Bunların ən məşhuru fransız mütəxəssisi Alan Kardekdir. Onun bu sahədə bir çox kitabları vardır. Ən güclü əsərləri "Ruhlar haqqında" və "Mediumlar haqqında" əsərləridir. Azərbaycanda da yaxşı spiritik seans keçirənlər var.
Okkulistlər də fövqəltəbii qabiliyyətlərə malikdirlər. Tibetdə bir çox okkultust cərəyanlar var. Bəzi məktəblər ən soyuq havada belə bədənlərini nəfəs alıb-nəfəs verməklə qızdırmaq öyrədir və bu cür adamlar istənilər şaxtalı havada nazik paltarlarda da sağ qalmaq qabiliyyətinə malik olurlar. Digər məktəblərdə bir-iki aylıq yolu ac-susuz bir neçə günə qət etmək bacağırı aşılayır.
Azərbaycanda kifayət qədər okkulist bacarığına malik olan şəxslər var. Ancaq təəssüf ki, yalançı falçılıq ölkəmizdə baş alıb getməkdədir. Yalançılara aldanmayın. Xəstələnəndə, həkimə müraciət edin. İnandığınız qabiliyyətli adamlar da dərdinizə əlac edə bilər. Sirlərlə dolu olan dünya sakinləri də kifayət qədər mürəkkəb müəmmalarla zəngindir. Müalicə etmək qabiliyyəti olan heyvanlar da var, adamyeyən ağaclar da. İnsan beyni isə o qədər mürəkkəb və anlaşılmazdır ki, nə vaxtsa o intəhasızlığa son qoyulacağını inanmaq çətir. Bu şüur vasitəsi ilə insan kosmosu da, Ayı da fəth edib, yaxın illərdə isə Yerdən 75-150 milyon kilometr uzaqda yerləşən Marsı ram etməyi düşünür. Bu şüur vasitəsilə ölülərin ruhları ilə də görüşlər keçirilir, "uçan boşqablar" da planetimizə qədəm basır. Biz öz planetimizdə gəzib dolaşa-dolaşa enə, uzunluğa və hündürlüyə malik üçölçülü məkanda dördüncü ölçüyə də keçə bilirik. Beş hiss üzvünə malik olan bəşər övladı altıncı hissdən də məhrum deyil. Ancaq insan Yer kürəsindəki ilahi nizamı pozanda, Yer bizi fırtına, qasırğa, zəlzələ və təbii fəlakətlərlə sınağa çəkir. Deməli, biz tükənməz havası ilə nəfəs aldığımız, suyunu içdiyimiz və yetişdirdiyi məhsulları ilə qidalandırdığımız Günəş sistemində tənha olan Dünyamızı qorumağa da diqqət yetirməliyik.
VALEH MƏHƏRRƏMLİ