PDF Oxu

Köşə

  • 1 218

"AZADLIQ" - ELŞAD ABDULLAYEV-ƏLİ KƏRİMLİ TRİOSU VƏ MARAQLI PƏRƏSTİŞ

"AZADLIQ" - ELŞAD ABDULLAYEV-ƏLİ KƏRİMLİ TRİOSU VƏ MARAQLI PƏRƏSTİŞ

Artıq tam əminliklə deyə bilərik ki, "Azadlıq" qəzeti bağlanmış ABU-nun cinayətkar rektoru Elşad Abdullayevə əməlli-başlı pərəstiş edirmiş. Yəni bir vaxtlar, daha dəqiqi, E.Abdullayev hələ ölkədə fəaliyyət göstərərkən, onun harasına gəldi balta çalan qəzetin bu gün onu aşkar şəkildə müdafiə etməsi özündə bir çox suallar doğurur. Suallar doğurur ki, əgər "Azadlıq" bir vaxtlar E.Abdullayevə balta çalırdısa, indi hansı səbəbdən onu "mələk" kimi təqdim edir?

"EŞŞƏK ÖZÜNSƏN!"

Bir də ki, əlinə düşənin qanını-canını Afrika zəlisi kimi sümürüb milyonlar, milyardlar əldə edən E.Abdullayev həmin pulları "biznesdən" qazandığını iddia edərkən, bu gün "Azadlıq" qəzeti hansı səbəbdən bu sözlərə "qəlbən" inanır və cinayətkar "professoru" təbliğ edir? Məgər E.Abdullayevin hansı əməllərdən çıxması cəmiyyətə məlum deyilmi? Cəmiyyət bilmirmi ki, əgər E.Abdullayevin orqan alverində, korrupsiya əməllərində, eləcə də, digər cinayətlərdə günahı olmasa idi, başını götürüb Fransaya qaşmazdı? Cəmiyyət hər şeyi yaxşı bilir! Və bildiyi üçün də belə yerdə köhnə kişilərin dediyi bir söz yada düşür: "EŞŞƏK ÖZÜNSƏN!"

Bu gün "Azadlıq" qəzeti E.Abdullayev "qəhrəmanlıqlarını" silsilə şəkildə gündəmə çıxarmaqla, əslində, korrupsionerdən korrupsiya ilə yayarlanmaqdadır. Yəni "Azadlıq"qəzeti heç də E.Abdullayevin ala gözlərinə aşiq olmayıb. Onun qəzetə yazdığı məktubları havayı dərc etmir. Çünki bir qədər əvvəl bu qəzet "maliyyə çətinlikləri" ilə üzləşdiyini, "bağlanmaq təhlükəsi" ilə üz-üzə qaldığını iddia edirdi. Nəricədə, E.Abdullayev "Azadlıq" üşün göydəndüşmə oldu. Hətta elə göydəndüşmə oldu ki, hazırda qəzet öz harın, yekəxana və cəfəng yazıları ilə xalqın zəhləsini tökməkdə davam edir. Daha bilmir ki, "ay camaat, gəlin "Azadlıq" qəzetini alın, yoxsa qəzet bağlanacaq" kimi şüarları manşetinə çıxararkən, xalq, sağlam düşüncəli insanlar tərəfindən rədd edildiyini etiraf edib. Sonrası isə məlumdur. Məlumdur ki, bu gün "Azadlıq" qəzetində E.Abdullayevi müdafiə edən Ə.Kərimlinin burada xüsusi marağı var. E.Abdullayevə olan pərəstiş də həmin maraqlardan yaranıb.

ƏLİ KƏRİMLİ BİR ŞEYİ ANLAMIR VƏ ANLAMAQ İQTİDARINDA DEYİL Kİ...

Və yəqin ki, bu gün Əli Kərimlinin də kefi göylə gedir. Çünki AXCP sədri həm də "Azadlıq" qəzeyinin "informasiya şöbəsi" adlı gizli baş redaktoru olaraq, onun dadına çatan E.Abdullayevin pulları ilə icazəsiz aksiyalar keçirməyi də düşünür və gecə-gündüz cinayətkar fərdin canına dua edir. Dua edir ki, nə yaxşı E.Abdullayev cinayət törədərək, xalqın qanına-canına susayıb və nə yaxşı ki, xalqın qanından-canından qopardığı milyardlardan ona da tulapayı düşür.

Fəqət, bu kimi məsələlərdən mənfəət əldə edən "Azadlıq" qəzeti və AXCP sədri Ə.Kərimli bir şeyi anlamayıb və anlamaq iqtidarında deyil ki, onun sonu çatıb. Sonu çatıb və xarici pasportu olmadığına görə, "cəbhə" sədri fila yerini götürüb Fransaya - Strasburqa E.Abdullayevin qucağına qaça bilməyəcək...

RÖVŞƏN

Digər xəbərlər