PDF Oxu

Köşə

  • 1 282

ƏN "RAHAT" İTTİHAM VƏ YA ÜMUMXALQ MARAQLARI

ƏN "RAHAT" İTTİHAM VƏ YA ÜMUMXALQ MARAQLARI

Bir neçə il öncə, Türkiyə səfərlərimin birində fikirləşdim ki, gedim qardaş ölkədə fəaliyyət göstərən müxtəlif siyai partiyaların qərargahlarına və onların iş prinsipləri ilə maraqlanım. Yəni qardaş ölkənin siyasi təşkilatların necə fəaliyyət göstərmələri məndə maraq doğurmuşdu. İstanbulda olarkən, yolum ilk öncə sağ təmayüllü ana müxalifət partiyası olan MHP-nin qərargahına düşdü. Deyəndə ki, Azərbaycandan gəlmişəm, məni çox isti qarşıladılar. Hətta yeməyə də dəvət etdilər. Görüş zamanı partiyanın İstanbul təmsilçiləri ilə müxtəlif mövzularda polemikalarımız oldu.

Sonra yolum hakim partiya olan AKP-nin ilçə (rayon - M.) təşkilatına düşdü. Elə də böyük olmayan AKP ilçə qərargahında da eynilə MHP-də yaşanan isti münasibətlər sərgiləndi. Və orada da maraqlı polemikalar aparıldı. Və ən sonda digər ana müxalifət partiyası olan CHP-yə yolumu saldım. Yenə də isti münasibət, xoş qarşılanma və qardaşlıq münasibəti. Fərq isə bir şeydəydi - biri sağçı, biri sağ mərkəzçi, digəri isə solçu. Yerdə qalan bütün siyasi mövzular isə partiyalar aarasında bir vəhdətdə birləşirdi - ÜMUMXALQ MARAQLARINDAKI UZLAŞMADA!

YENƏ DƏ ÜMUMXALQ MARAQLARI!

Nə isə, çox uzatmayaraq digər məqama keçim. Bildiyimiz kimi, Türkiyədə demək olar ki, hər qəsəbədə, hər məhəllədə bir-iki dənə qiraətxana, başqa dillə qəhvəxana mövcuddur. Yəni məhəllə adamlarının toplaşdığı, istirahət etdiyi, siyasi, mədəni, iqtisadi, sosial mövzularında söhbətlər aparıldığı bir məkan. Özü də çay-qəhvə içə-içə, nərdtaxta, domino oynaya-oynaya. Onu da deyim ki, Türkiyədə hər bir kəs hər hansı siyasi partiyada təmsil olunursa, həmin təşkilatın maraqlarını cani-qəlbdən müdafiə edir. Amma buna baxmayaraq, qiraətxanalarda müxtəlif partiyaları təmsil edən məhəlləlilər bir-birləri ilə heç də rəqib dilində danışmırdılar. Çünki onları bir vəhdət birləşdirirdi və yenə də ÜMUMXALQ MARAQLARI!

SEN DE O ŞEREFSİZ MUHALEFLERDEN OLMAYASAN SAKIN?

Həmin əsnada mən masa arxasında oturaraq çay içən iki nəfər ağsaqqalla söhbət etməli oldum. Öyrəndim ki, onların hər ikisi Koreya müharibəsinin iştirtakçıları olublar. Səlahəddin əfəndi AK Partini, Haluk bəy isə MHP-ni təmsil edirdi. Belə bir məqamda onların hər ikisinə xitab etdim ki, Türkiyədən fərqli olaraq, Azərbaycan müxalifəti hakimiyyətə gəlməkdən ötrü qeyri-sivil yol tutmağı prinsip kimi götürüb və zaman-zaman aşırı radikalizm nümayiş etdirməklə tərəfdarlarını xaosa, anarxiyaya sürükləməyə cəhd göstərirlər. Ancaq 20 ildir ki, bizim müxalifət heç nə əldə etməməklə yanaşı, gah demokratiyanın olmamasını, gah da hakimiyyəti günahkar çıxarmağa çalışır. Və deyəndə ki, müxalifət "liderləri" hətta xarici qüvvələrlə danışıqlara gedib, siyasi maraqlarını reallaşdırmağa da çalışırlar, bu yerdə həm Səlahəddin əfəndi, həm də Haluk bəy ikisi də bir ağızdan "VAY ŞEREFSİZLER, VAAAYYY!!!" deyərək, çox möhkəmdən heyrətləndilər. Heyrətləndilər və dedilər ki, BAK KARDEŞİM, SEN DE O ŞEREFSİZ MUHALEFLERDEN OLMAYASAN SAKIN? Dedim ki, yox, abilər, Allah eləməsin! Mən xalqın dəstək göstərdiyi şərəfli və qürurlu, keşməkeşli yol keçmiş hakim partiyanın üzvüyəm və bununla da fəxr duyuram. Və bundan sonra Səlahəddin əfəndi ilə Haluk bəy mənə pürrəngi çay sifariş edərək, dedilər ki, BAK BİRADER ( kiçik qardaş - M.) BİZDEN SANA BİR EMANET, BÖYLƏ İNSANLARDAN UZAK DUR! Çünki onların harizması halkın maraklarına uyqun degil, onlar hakimiyete çamur atmakla, aslında kendi zaıflıklarını ve acizliklerini yüze çıkarıyorlar. Pəsss böyle mühalefete, vallahi de, billahi de pesss!

MÜBARİZ

Digər xəbərlər