PDF Oxu

Köşə

  • 1 192

"İDEYAYA" BAX EEE...!

"İDEYAYA" BAX EEE...!

Müxalifətin, xüsusilə, "liderləri" tərəfindən mənən zəhərlənərək aşırı radikalizm ruhunda zombiləşdirilmiş gənclərin zaman-zaman bu və ya digər sferelarda hər hansı "ideyalarla" çıxış etmələri normal düşüncəli insanda yalnız bir assosiativ sual yaradır: axı anarxik düşüncəyə malik olan gənc zombilər tərəfindən irəli sürülən "ideyalar" necə normal sayıla bilər? Hər halda, bir insan normal düşüncəyə malik deyilsə, demək, onun "ideyaları" da anormaldır. Ona görə də, "Azadlıq" qəzeti vasitəsilə AXCP sədri Əli Kərimli tərəfindən planlaşdırılmış "yeni ideya" reklamı real görünmür.

ZİBİLQAYNATMA "SƏRGİSİ"

Sən demə, AXCP-nin gənclər təşkilatı ölkədə fəaliyyət göstərən müxalif gənclər təşkilatlarının fəaliyyət sərgisini keçirməyi təşkil etmək eşqinə düşüb. Özü də burada məqsəd müxalif zombilərin həmin sərgidə gənclər təşkilatı olaraq il ərzində gördüklərini ortaya qoymaq, hesabat vermək və s. nəticədə beynəlxalq təşkilatları (?) və digər qurumları (?) həmin "fəaliyyətlə" tanış etmək.

Yəni il ərzində "liderləri" tərəfindən mənən zəhərlənərək zombiləşdirilmiş müxalifətçi gənclər haralarda icazəsiz küşə yürüşlərinə çıxıblar, haralarda əxlaqsız əməllər törədiblər və haralarda bundan da böyük zibillər qaynadıblar...Adını da qoyacaqlar ki, biz beynəlxalq təşkilatlar qarşısında fəaliyyət sərgisi keçirməklə hesabat verdik. "Bərəkallah"!

Hətta Ə.Kərimlinin "gənc" davamçısı Əbülfəz Qurbanlı deyib ki, fəaliyyət sərgisi ilə bağlı fotolar, videolar, lövhələr hazırlanır. Yəni icazəsiz küçə yürüşlərində qəsdən donlarını başlarına qaldıran, qoftalarını yuxarı çəkərək guya iztirab hissləri keçirən müxalifətçi "xanımların" polislər qarşısında üz-gözlərini cıraraq, şantaj anları, hansısa müxalifət qəzetinin redaksiyasında bir-birlərini necə minmək videoçarxları, sosial şəbəkələrdə tərbiyəsizliklə dolu olan virtual eşq macəraları müxalifətçi gənclərin fəaliyyət hesabatı kimi xarici təşkilatlara təqdim ediləcək. Nəticədə, həmin xarici təşkilatlar da bunlara (yəni "liderlərinə" -M.) qrantlar ayıracaqlar ki, sözügedən əməllərini daha çox reallaşdırmağa macal tapsınlar.

YAMANCA "QORXUYA" DÜŞDÜM!

Amma məni daha çox Ə.Kərimlinin mavipərəstliyinə bel bağlayan AXCP gənclər təşkilatının sədri Ə.Qurbanlının bir ifadəsi maraqlandırdı və həmin ifadəni oxuduqdan sonra "yamanca" qorxuya düşdüm. Hətta gecələr yuxum ərşə çəkilib. Çünki Ə.Kərimli "bəyin" bu GƏDASI deyib ki, həmin sərginin baş tutması hakimiyyətin gənclər siyasətinə zərbə olacağıymış (?!-M.). Hətta bununla bağlı "cəbhəçi" zombilər digər müxalif siyasi partiyaların zombiləşdirilmiş gənclər təşkilatlarına, müxalifyönlü ictimai təşkilatlara, köşə yazarlarına, məlumat verəcəklər. Əslində, özləri bilərlər. Çünki belə boş-boş "ideyaların" nə zamansa baş tutması real təsir bağışlamır. Hələm-hələm orada müxalifətin köşə yazarları da yer alacaqsa, onda indidən demək lazımdırki, özlərini əziyyətə-filana salmasınlar. Bir halda ki, sözügedən "fəaliyyət sərgisi"ndə Elnur Astanbəyli, Samir Sarı, Qənimət Zahid, Zamin Hacı kimi müxalifət qələmdaları da iştirak edəcəklərsə, onda həmin "sərgini" əxlaqsızlıq sərgisi kimi qələmə vermək daha məqbul olardı.

MÜBARİZ

Digər xəbərlər