Əslində, bu gün aşırı radikallıqları və gerçəkliyi həzmetməzlikləri ilə daha çox nəzərə çarpan müxalifət mətbuatının köşədarları bəndəniz də olmaqla, bütün iqtidar yazarlarına minnətdar olmalıdırlar. Hətta ayaqlarımıza qədər gəlib, qələmlərimizdən öpməlidirlər ki, çox sağ olun, ay iqtidar yazarları, heç olmasa sizin sayənizdə reklam olunmaqdayıq, sizin sayənizdə cəmiyyət bizim iç üzümüzü ifşa edir...Ancaq bunlardan belə şeylər gözləmək olmaz. Bilirsinizmi niyə? Ona görə ki, onların hər biri ayrı-ayrılıqda nankor və fitnədirlər. Belələrindən isə çox sağ ol deyil, ən alçaq rəzilliyi gözləmək lazımdır. Əbəs yerə deyil ki, bu gün özünü "müxalifətin dahi yazarı" kimi görən və gözə soxmağa səy göstərən Elnur Astanbəyli adlı MURDAR artıq hədə dili ilə danışmağa başlayıb. Məsələn, oturduğu köşəsində yazmayaraq yozur ki, "Heç kim tələsməsin. Hamının növbəsi çatacaq, hamının! Sadəcə, bir az geci-tezi var..." (?!-R.)
GETSİNLƏR ÖZLƏRİNƏ!
Bəri başdan deyim ki, şəxsən mən-Rövşən, köşə yazarı olaraq, bu kimi hədələri çox eşitmişəm. Ancaq hədə dili ilə danışanların dilləri qanuni, yəni məkməmə yolu ilə dibindən kəsilib atılıb. Qaldı ki, gecinə-tezinə, həmin gec-tezlərin üzərindən düppədüz iyirmicə il keçib. Yəqin ki, növbəti iyirmicə ildən sonra artıq bunlar öz qələmləri ilə birgə siyasi məzarlıqda İnkir-Minkirlə söz davasına çıxacaqlar. Ona görə də getsinlər özlərinə!
Vaxt var idi iqtdidar yazarlarının kəskin qələmləri "Azadlıq" kimi hərdə-hürdə qəzet qələmkeşlərinin başlarına NEFT qədər "daş" salırdı. Sonra həmin "daşlar" TƏBİİ QAZA çevrildi. Daha sonra məhz E.Astanbəyli (yenə də de ki, çox sağ ol, reklama görə -R.) başda olmaqla onun və onunkimilərinin kəllə sümüklərini DAVAMLI İQTİSADİYYAT, YÜKSƏLƏN SOSİAL MÜHİT və s. qırmağa başladı.
İndi isə növbəti "daş", özü də SƏHİYYƏ boyda nəhəng "daş" düşüb bunların qafalarına. Gecə-gündüz başlayıblar çevir tatı, vur tatıya. Mən hələ Şahvələdi demirəm! (onun da mənə bir "çox sağ ol" borcu var -R.) Bəs sənə nə gəlib, ay saman altından su yeridən qələmiqırıq bədbəxt! Elə Eynulla sənin haqqında yaxşı demişdi ki, "sənin işin yazarlıq deyil, çobanlıqdır". Çünki reallıqdan, həqiqətdən özünüzü o qədər uzaqlaşdırmısınız ki, artıq qatığın qara rəngdə olmsını təsdiq etməkdən ötrü yalandan Qurana belə əl basmaq qədər həyasızlaşmısınız, həm də HƏYASIZLAŞDIRILMISINIZ!!! Ona görə də, bu gün sizlərin başlarına SƏHİYYƏ boyda "daş", "qaya", "dağ", "komet" düşməkdədir...
YAVAŞ-YAVAŞ, BALA-BALA, ASTA-ASTA...
Nə isə, səhiyyə haqqında ötən yazılarımın birində kifayət qədər fikirlərimi köşəmə sığdıra bilmişdim. Ancaq "Azadlıq" qəzetinin köşədarlarının bundan əl çəkmədiklərini gördükdən sonra yenidən həmin mövzuya qayıtmalı oldum. Yəni onlara işə düzəlmək üçün söz vermişdim. Görünürür, GİNEKOLOGİYADA, ya da PSİXONEVROLOJİ DİSPANSERDƏ işləmək arzusunda deyillər. Ona görə də, növbəti relevant, eleqant və superqrant təkifimi irəli sürürəm. Məsələn, təklif edirəm ki, keçmiş Basin, indiki Füzuli küçəsində salınacaq "Qış Bulvarı"nda süpürgəçi vəzifəsinə təyin olunsunlar. Vaxtilə bu ərazi haqqında hapa-gopa basdıqları yalanları, böhtanları, şantajları, piarları silib-süpürmək üçün onlara bundan gözəl təklif ola bilməz.
Yaxud göndərim onları (xüsusilə, E.Astanbəyli ilə Ş.Çobanoğlunu-R.) estrada müğənniliyi kurslarına. Yeri gəlmişkən, məhz onlar Bakıda keçiriləcək "Eurovision" yarışmasına "alternativ yarışma" keçirməyə cəhd göstərdilər. Amma "Demokratiya naminə oxu" kampaniyası da qayıdıb bunların təpələrinin ortasına düşdü. Nə isə, indi bunlar getsinlər və yaxşı-yaxşı zildən mahnı oxumağı öyrənsinlər və sonra da "Baku Crisstal Hall"da İsveçdə keçiriləcək "Eurovision" mahnı müsabiqəsinə qatılmaq üçün məşqlərə başlasınlar. Bəlkə qalib də oldular. Hətta qalib olsalar, onların çooox sevimli müğənniləri, "Eurovision"un Bakı qalibi isveçrəli Lorin müxalifət qələmkeşlərinə öz əliylə kubok da verə bilər...
Bir sözlə, əgər bu təkliflərimi də qəbul etmirlərsə, onda daha azğınlaşmaq, haray-şüvən qaldırmağın nə mənası? Getsinlər otursunlar həmdəmləri Xədicə İsmayılovanın qucusunda və məstü-xumar olsunlar yavaş-yavaş, bala-bala, asta-asta...
RÖVŞƏN