Siyasətçilərimiz bu gün də beynəlxalq təşkilatlar səviyyəsində işğal altında qalan torpaqlarımızın azad edilməsi yönündə fəalyiyətlərini daha sərt şəkildə davam etdirməkdədirlər. ATƏT-in Minsk Qrupunun ABŞ, Fransa və Rusiya təmsilçilərinə münaqişəni həll etmək üçün 20 illik müddət kifayət etmədi. Qeyri-obyektiv mövqe tutan Minsk Qrupunun həmsədrləri 20 ildir ağzımızı işğalçı ölkə ilə razılığa gəlmək kimi sülh məhfumu tanımayan bir anlaşılmazlığa doğru çevirir.
Birinci və ikinci Qarabağ döyüşlərində ən çətin vəzifə qəhrəmanlıqla həlak olan onlarla, yüzlərlə oğul və qızlarımızın öhdəsinə düşmüşdü. Onlar öz sinələrini təpədən-dırnağacan silahlanmış erməni və havadarlarının güllələrinə sipər edib, sürətlərini yavaşıtmağa cəhd etmişdilər. Əlbəttə, bu zaman kifayət qədər düşməni öz qanına qəltan etməkdən də çəkinməmişdilər. Vəzən, məhz bu cür qəhrəmanları sayəsində qorunur. Həlak olanların ruhu şad, yerləri cənnət olsun. Sağ qalan oğul və qızlarımıza isə Allah can sağlığı və mənalı ömür bəxş etsin.
İgidliyinə görə "Azərbaycan bayrağı" ordeni ilə təltif edilmiş İbad Hüseynov da ad alanlar sırasındadır. Bu qəhrəman oğul hələ 21 yaşında olarkən, kəşfiyyat-diversiya dəstəsinin rəhbəri kimi ermənilərin onlarla planını puça çıxarmışdı. İbad Hüseynovun kəşfiyyat dəstəsi uzun müddət qaniçən terrorçu "Abo" təxəllüslü Monte Melkonyanı izləyib, nəhayət, onu 1993-cü ilin iyununda palçığa batmış avtomobilində mühasirəyə almışlar. İbad Aboya yaxınlaşıb əllərini qaldırmağı tələb edib. Terrorçu ilan dili çıxarıb, İbada yalvarır ki, onu öldürməsin. Düşmən İbadı aldatdığını zənn edib, avtomatını götürmək istəyir. Ancaq erməni hiyləsiylə aldanmayan İbad avtomatının darağını terrorçunun sinəsinə doldurur. Daha sonra onun murdar başını kəsib özü ilə götürür.
İbad Hüseynovun döyüş yolundan və Monte Melkonyanı öldürməsi haqda "Əsgər" adlı sənədli film çəkilib. Alqış belə qəhrəmana! Min alqış!
Bu faktı 1992-1993-cü illərdə Abonun kəşfiyyat dəstəsində xidmət edən və hazırda istefada olan Ruben Petrosyan adlı erməni zabiti də təsdiq edir. Erməninin dediyinə görə, onlar İbad Hüseynovun dəstəsinin keçdiyi yol üstünə mina qoyub, qəhrəmanımızı öldürüblər. Ancaq həmin partlayış zamanı yaralanan İbad, çox şükür ki, sağ qalıb. Ruben Petrosyan deyirdi ki, başı kəsilmiş Abo sağ qalsaydı, Ermənistan prezidenti kürsüsünə qaldırılacaqdı. Zabir bu xəbəri daha yüksək vəzifəli komandirlərindən eşitmişdi.
Yazdıqlarım çoxlarına məlumdur. İndi mən İbad Hüseynovun şöhrətinə kölgə salmaq istəyən sapı özümüzdən olan "baltalar"dan danışmaq istəyirəm. 708-ci briqadanın keçmiş komandiri polkovniki Ümidvar Mirzəyev, batalyon komandiri İlham Binnətov və həmin briqadanın komandiri Xətai Baxışov "Yeni Müsavat" qəzetinə verdikləri məlumatda bildiriblər ki, Monte Melkonyanı İbad Hüseynov yox, Ağdam ətrafında PDM atəşi ilə onların əsgərləri öldürüb. Biz, günahları olmadığına görə, həmin əsgərlərin adlarını çəkmirik.
Görəsən, bu adamları ağ yalan deməyə nə vadar edir? Məgər onlar başa düşmürlərmi ki, yalan ayaq tutar, amma yeriməz. Bu cür adamlara yeganə sözümüz budur: ayıb olsun!
VALEH MƏHƏRRƏMLİ