Bu adamı öz qəzetində köşədar edən "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu bilsin və yenə də bilsin ki, o bir gün onun kreslosunun ayaqlarına elə bir badalaq vuracaq ki, yıxılmamaq üçün var gəl edəcək baş redaktor həmin var gəldən yararlanmayaraq mütləq yerə yıxılacaq. Özü də çox sərt şəkildə. Məndən deməkdi. İndi Rauf bəyin özü bilər...
Sözüm bir vaxtlar iqtidar mətbuatında müxalifəti elədən-elə, belədən-belə deyə yıxıb-sürüyən, hətta bundan da betərini edən Mahal İsmayıloğlu haqqındadır. Həmin Mahaldan ki, indi QISILIB "Yeni Müsavat"ın -ön bir köşəsinə həftə-səkkiz mən doqquz çevir-tatı, vur tatılıq ilə məşğuldur.
HA HA HA!
Düzdür, şəxsən mən bu qəzetin yazılarına pozularına maraq göstərməsəm də, bazardan-filandan tum alarkən, həmin tumları "Yeni Müsvat"ın cırılmış və burulmuş vərəqinə tökürlər. Mən də tumu çırtladıqdan sonra, həmin vərəqə nəzər salıram və görürəm ki, orada Mahal İsmayıloğlunun bəzi regionlarımızda deyildiyi kimi ŞİKİLİ var. Bu şikilin altından isə başa düşülməyən, məğzsiz, mənasız, boş-boş söz toplumu yer almaqdadır. Və burada mənim ağlıma belə bir fikir gəlir: Əşşi, nə yaxşı ki, bu Mahalı bu qədər tez iqtidar mətbuatından uzaqlaşdırdılar. Yoxsa bu gün müxalifət mətbuatının köşədarları başlayacaqdılar ki, Mhala elə yazdı, HA HA HA! Mahal belə yazdı HA HA HA! Ancaq demirlər və onların deyəcəklərini mən deyirəm: Mahal, HA HA HA!!!
Deyirəm, ay Rauf bəy, bəlkə onu öz başından etmək üçün balaca bir bülleten tipli iki səhifəlik nə isə açasan və Mahalı da həmin bülletenə baş redaktor təyin edəsən? Çünki onsuz da ƏQİDƏSİZ olan birisini "Yeni Müsavat"da oturtmağın özü də bir ƏQİDƏSİZLİKDİR! HA HA HA!
Bir də ki, bu gün, sabah "Yeni Müsavat"ın "dahi", "fövqəlbəşər" köşədarları olan "zamin hacıların", "samir sarıların", "şahvələd çobanoğluların" qələmləri quruyacaqsa, bunu da məhz Mahal İsmayıloğlundan bil haaa! Bax, Rauf Arifoğlu, sonra demədi demə! Demə ki, "Səs" qəzeti "Yeni Müsvat" qəzetini xəbərdarlıq etmədi.
Sən ay R.Arifoğlu, həm də gecənin bir aləmində baş redaktorluq kreslonu möhkəmcə yerə mıxla. Vallah bu Mahaldan hansı ƏQİDƏSİZLİYİ desən, gözləmək olar. Son vaxtlar Mahalın "bahalı" sözlərindən də yaman pis iy gəlir eee...
MÜBARİZ