PDF Oxu

Köşə

  • 1 423

AXCP-DƏ YORĞAN DAVASI

AXCP-DƏ YORĞAN DAVASI

Radikal müxalifətin əxlaqi dəyərləri haqqında uzun-uzadı danışmağa dəyməz. Çünki dəyəri qəpik çərçivəsindən kənara çıxa bilməyənlərin mənəvi zəlilliyi bu yaxınlarda özünü bir daha biruzə verdi. O mənada ki, bu günlər AXCP-dən 10-a yaxın gəncin istefa verməsinin pərdəarxası məqamları üzə çıxıb. AXCP Gənclər Təşkilatının fəallarından biri söhbət edir: "Cəbhəyə bir qız gəlib üzv oldu, həmin qızı Əbülfəz Qurbanlı gətirmişdi. Bir müddət sonra həmin qız cəbhənin bütün gənc üzvləri ilə sevgi əlaqəsinə girdi. Demək olar ki, bütün fəallarla yatırdı." Sonra adını çəkmək istəmədiyim gənc davam edir: "Mənim də başqa gənclərin də AXCP-dən istefa verməsinin səbəbi bu idi. Çünki bu qadınla yatmaq üstündə partiyanın iclaslarında əməlli-başlı dava-dalaş düşürdü. Hətta elə olurdu ki, iclasdan sonra gedib razborka edirdilər." Bax, AXCP-nin əxlaq dəyəri budur.

Partiyalarını "quşxana"ya çevirib quşu ovlamaq üstündə ovçu yarışına çıxanlar nədənsə həya maskasını öz əlləri ilə hər gün yırtmaqdadılar. Lakin nəticə yoxdur ki, yoxdur. Demək olar ki, oktyabr ayında Facebookda cəbhəçi gənclərin bu qadın üstündə razborkaları davam elədi. O həddə çatdı ki, bir-birilərinin ailə-uşaqlarını da təhqir etdilər. Nə bilim, "razborka" əsnasında görüş yerləri təyin eləyib bir-birilərinə Mobil telefonların nömrələrini də verdilər. Amma bundan dərhal sonra bir cəbhəçi Facebookda status qoyur: "HİCABA azadlıq. Hicab bizim əxlaqımızdır.." Və ya sosial şəbəkələrdə hicablı qadın şəkli qoyub ardınca parnoqrafik video paylaşan cəbhəçilər heç olmasa "əxlaqsızın əxlaqdan danışması" prinsipini özlərində hiss edirlərmi? Əlbəttə yox, etdəydilər daha bu qədər dərsə nə ehtiyac vardı.

Bəs hər gün əxlaqi dəyərlərdən dəm vuran Əli Kərimov nəyə görə AXCP-yə gətirilən əxlaqsız qadın haqqında ölçü götürməyib!? Çünki buna mənəvi ölçü cihazı lazımdır. Bu cihazın rəqəmlərini isə Əli Kərimli hələ 1992-ci ildə itirmiş oldu. Tutaq ki, Ə.Kərimlinin bundan xəbəri yoxdur. Bəs o qadını ora gətirən Ə.Qurbanlıdan necə, xəbəri olmaya bilərmi!? Təbii ki, yox. Özünün damğalı möhürü ilə Əbülfəzi gənclər təşkilatına sədr seçən Əli Kərimli deyilmi!?

Azər Əhmədovun layiqli davamçıları funksiyasını hərtərəfli formada həyata keçirən radikalların əxlaq anlamı təkcə kişi və qadın üzərində cərəyan eləmir. Bir müddət əvvəl oteldə qadın kimi öz əzaları ilə "oynayan" bir cəbhəçi oğlancığazın sözünə necə inanasan?! Və yaxud sosial şəbəkələrdə cəbhəçi oğlanların bir-birilərinə homoseksuallıq təkliflərinə nə deyəsən? Gənclər azad düşünməlidir deyə cəbhəyə üzdəniraq mavilari transfer etməkdənsə heç olmasa bir-iki sağlam gənc tapıb onu da buxovlayıb, öz yanınıza bağlasanız daha yaxşı olar. Amma nə fayda, "atı at yanına bağlasaq.... yenə də mavi rəng sifətlərindən əskik olmayacaq."

Rəsul adlı cəbhəçi də bir sıra atalar sözlərini uyğunlaşdırıb gözəl qəlibə salıb. Cəbhəçi deyir ki, "oğurluqla radikallığın ömrü qırx gün çəkər..." İndi təsəvvür eləyin ki, əgər bu zalım uşaqlarının əlində fürsət olsa "çatana çatar, çatmayana bir paz atarlar..." Ə.Elçibəy yaxşı deyirdi ki, "fağır rəhbər tapıb soldan da sağdan da döşəyirdiniz." Rüstəm kişi demişkən, "əlqərəz, sizin danışmağa haqqınız yoxdur." Mövzunu Əli Kəriomliyə qısa və konkret bir sualla bitirək. Bunu qulaqardı edib qulaqlarınızı yenə də xarici korpusların dalına şəkləməkdənsə bir az düşünün.

SAMİR FEYRUZOV

P.S. Belilov familiyalı cəbhəçi 2-3 ay əvvəl niyə AXCP-dən istefa verərək, indi Bakıda otellərdən birində ofisiant işləyir? Ə.Kərimli bu gənci tanıyır. Odur ki, bu sualdan sonra "sirrimizi kim sızdırıb?" deyə Əbülfəzi yanına çağırıb soruşmağa məcburdur.

Digər xəbərlər