PDF Oxu

Köşə

  • 1 576

İcazəsiz aksiyalar kimə lazımdır!?

Və ya anqırmaq hünər deyil..

İcazəsiz aksiyalar kimə lazımdır!?

Amerika tarixçisi K.London yazır ki, "10 ildən artıq mübarizə aparıb məqsədinə çata bilməyən müxalifət sadəcə xəstədir." Rus yazıçısı Stoyevski kütlələrin etiraz etməsinə müasibət bildirərək deyib ki, "mən 5 ildir eyni adamı şüar səsləndirən görürəm. Artıq bu şüar məni iyrəndirib." Mövzuya görkəmli simaların sözü ilə başlamağın heç də təsadüfi deyil. Çünki bu cür ifadələr bütün dövrlərdə etalondur. Bunu tarixi proseslər də sübut edib ki, siyasətdə əgər bir metod 5 il nəticəsiz olursa, deməli, həmin metod yararsızdır. Ya metodu dəyişməli, ya da siyasətdən çıxıb getməlisən. Köhnə metodu yeni üsulla əvəzləmək üçün bizim dağıdıcı müxalifətdə normal siyasi baş olmadığından, siyasətdən getməlidirlər. Amma bunu da etmirlər. Nə metod dəyişir, nə onlar. Kor yapışdığını buraxmadığı kimi AXCP-Müsavat cütləşməsi də qır-saqqız olub yapışıblar aksiyaların ətəyindən. Bəs son vaxtlar dağıdıcı müxalifətin icazəsiz aksiyalara meyil etməsinin səbəbləri nədir?

Əvvəla, sosial bazası olmayan təxribatçı siyasi partiyalar həmişə dağıdıcılığa, ictimai asayişi pozmağa meyilli olurlar, fürsət düşdükcə, bunu reallaşdırmağa çalışırlar. Çünki icazəli mitinqlərdə ən uzağı meydana 500-600 nəfərdən artıq adam yığa bilməyən müxalifət şəhərin ən gur yerində 15-20 nəfərlə hay-küy salmağa daha çox üstünlük verirlər. Bununla onlar ictimai diqqəti öz üzərlərinə yönləndirmək istəyirlər. Təsəvvür edin, 20 nəfər insanların istirahət etdiyi yerə qəfil hücum edir, başlayırlar qışqırmağa... İnsanlar isə müxalifətçilərin niyə belə etdiklərini anlamadığından, ya durub gedirlər, ya da, sadəcə, dilənçiyə sədəqə verən baxışlarla sezirlər. İcazəli aksiya keçirib peşman olmaq müxalifəti şəhərin mərkəzi küçələrində özbaşınalıq yaratmağa sövq edir. Lakin bu istək boğazlarından aşağı keçmir.

İkincisi, xarici düşmənlərimiz çirkin niyyətlərini ölkəmizdə həyata keçirmək üçün elə çirkin qüvvələrdən də istifadə etməyi məqsədəuyğun bilirlər. Çünki hər ikisinin məqsədi Azərbaycan dövlətçiliyinə zərbə vurmaqdır. Xarici terror təşkilatlarından humanitar yardım məqsədilə dağıdıcı müxalifətə ayrılan qrantlar, bütünlüklə, dövlətçiliyimiz əleyhinə yönəlib. Dağıdıcı partiyalar, QHT-lər birbaşa həmin qurumlardan pul almaqla ölkəmizdə xaos yaratmaq cəhdindədirlər. Üçüncüsü, "ümid son da ölür" prinsipi pozucu qüvvələri əməlli-başlı çaş-baş salıb. Hakimiyyətə olan iddialarının sabun köpüyündən fərqlənmədiyini dərk edənlər populizmi və hay-şüvənliyi özlərinə deviz ediblər. Odur ki, insanların gur olduğu şəhərin mərkəzi küçələrində, sözün kobud və həqiqi mənasında, anqırmaqla ictimaiyyətin diqqətini özlərinə cəlb etmək istəyirlər.

Əli Kərimli və İsa Qəmbər bir reallığı isə başa düşmək istəmirlər. Deyək ki, müxalifət icazəli mitinq keçirtdi, necə ki, 20-ci sahədə keçirilən mitinqlər iflasla nəticələndi. 20-ci sahədə mitinq idi, amma Bayıl qəsəbəsinin sakinlərinin xəbəri yox idi, Badamdar camaatı bu mitinqdən heç ir ay sonra da xəbər tutmadı. Eləcə də, 20-ci sahəyə yaxın digər küçə və qəsəbələrin sakinləri müxalifətin mitinqindən xəbərsiz idi. Bəs görəsən, dağıdıcı kəllə-mayallaqlar "xalq bizimlədir" deyəndə, hansı xalqı nəzərdə tutur!? Axı ətrafınızda "türemşik" qohumlarınızdan, xəstələrdən, qabiliyyətsizlərdən başqa heç kim gözə dəymir.

"Əziz" "BƏY"ÇƏLƏR, evinizdə termonun qabağında durub çıxış etməklə "lider" olmaq olmaz. İndi düşmüsüz onun-bunu ayağına. İvanişviliyə atdığınız "kruçok" necə, qurultay anqırtısından başqa bir şey deyilmi!? Sizi qınamaq da olmur ki, dəryada boğulursuz. Odur ki, saman çöpündən yapımaq heç də pis deyil. Amma saman çöpünün faydasızlığı da sizlərə məlumdur.

SAMİR FEYRUZOV

Digər xəbərlər