Bir zadı anlaya bilmirəm ki, bu gün müxalifət mətbuatının bu qədər itətök qələm dağarcıqları ola-ola, onların başqa mövzular yaza bilmək qabiliyyətləri niyə yoxdur?! Yəqin elə ona görə də müxalifətyönlü binəva qələm dağarcıqları gecə-gündüz yapışıblar gah iqtidar mənsublarının, gah da Milli Məclis deputatlarının ətəyindən. Özü də ucundan tutaraq ta ucuzluğa qədər gedib çıxırlar. Başqa əlacları da yoxdur axı. Daha xatırlamaq belə istəmirlər ki, bu Milli Məclis, elə onların dəstəklədikləri "liderləri"nin zamanında da Milli Məclisiydi. Ancaq indikindən fərqli olaraq, o zamankı Milli Məclisə sədrlik edən Müsavat başqanı İsa Qəmbər idi və vəziyyət tamamilə başqa məcrada "inkişaf" edirdi.
Yəni o zamankı Milli Məclis (1992-ci ildəki -R.) dağarcıqlarının öz dilləri ilə desək, DEPUTATXANA idi. Cəbhəkratlarla Müsavatxorların "TARİXİ" DEPUTATXANALARI!
ÇİÇÇOLİNOYA HAQQ QAZANIRANLARDAN NƏ GÖZLƏYƏSƏN Kİ?
Daha nələr olmurdu həmin deputatxanada? Rəhmətlik ölkə başçısı Elçibəyə yağdırılan təhqirlər dolusu ittihamlardan tutmuş, iclas salonunda nəşənin üstündən Marlboro siqareti fısqırdanlaradək, gecələr restoran və barlarda sabahları sərxoş açanlardan tumuş, kreslolarda xor-xor xoruldayıb, div yuxusuna gedənlərədək, kürsüdə çıxış edərkən söyüşün birini bir qəpiyə satanlardan tutmuş, filan-filan şeylərədək hər zad baş verirdi 1992-ci ilin "tarixi" deputatxanasında. İndi həmin avaraların qulbeçəliklərini edən müxalifətyönlü qələm dağarcıqları kəskin kanalizasiya qoxusu verən murdarlaşmış mürəkkəbləri ilə başlayıblar "zooparkdan", "hərəmxanadan" dəm vurmağa. Hansı ki, öz eşşəkləri, çaqqaları, ilan-çayanları qalıb bir tərəfdə və hansı ki, heç zooparklar da onları qəbul etməkdən imtina edirlər.
QƏŞƏNG BAŞLIQLAR VERƏCƏYİK
Hətta adını açıqlamaq istəmədiyim bir "Yeni Müsavat" dağarcığı yazır ki, həmin dövrlərdə İtaliyada Çiççolino adında pornoulduz həmin ölkənin ali qanunverici orqanına deputat seçilmişdi. Və həmin Çiççolino Səddam Hüseyni, Üsamə ben Ladeni tənqid atəşinə tuturmuş (?!-R.) Tuturdu tuturdu daa, daha həmin prnoulduzun buraya nə dəxli var? Yəni söhbət İtaliyadan gedir eee, ay bədbəxt! Deyirəm, yoxsa italyan pornoulduzu anidən xatılayan "yazarın" könlündən sarsaq bir ideya keçib? Yoxsa həmin "yazarın" adıçəkilən Çiççolinoya olan sevgi arxasında daha sarsaq təklifləri var? Yoxsa onlar da Milli Məclisdə Allah eləməsin, haşa, qulaqlara qurğuşun, pornoulduz təmsilçisinin olmasını arzu edirlər? Yox, bu, daha QƏLƏT olar! Əgər müxalifətyönlü qəzetlərin qələm dağarcıqları bu qədər ucuz və dar düşüncəyə malikdirlərsə, getsinlər öz "İctimai Palata"larında Xədicə İsmayılovaya yer ayırsınlar, adını da qoysunlar "İctimai Palata"nın PORNOULDUZ ÇİÇÇOLİNOSU! Cəbhəkrat və Müsavatkrat deputatxanalıqlar isə "milli" ÇİÇÇOLİNODAN istədikləri qədər feyz alsınlar. Axı onlar belə şeylərə kifayət qədər alışıqlıdırlar! Bizlər də həmin macəralara qəşəng-qəşəng başlıqlar qoyaq. Məsələn, "Zamin Hacı Çiççolinonun harasından maç elədi?", "Elnur Astanbəyli Çiççolnoya niyə seksual xarakterli dil göstərdi?", "Natiq Güləhmədoğlu Samir Sarı ilə Çiççolinonu bölüşdürə bilmədi!" ""İctimai Palata"da Çiççolino növbəsi" və s.
RÖVŞƏN
Məncə, "İctimai Palata" yavaş-yavaş həmin dövrlərin (1992-ci ilin -R.) "TARİXİ" DEPUTATXANASINA çevrilməkdədir. Və yəqin ki, bundan sonra yazmağa bir şey tapa bilməyən müxalifətyönlü qələm dağarcıqları da özləri üçün əla mövzular tapacaqlar. Nə çox onlar arasında belə ÇİÇÇOLİNOLAR.