PDF Oxu

Köşə

  • 1 444

ZOOMÜXALİFƏTÇİLİK

ZOOMÜXALİFƏTÇİLİK

Siyasi müxalifətçiliyin bir çox tərəfləri mövcuddur. Sol müxalifətçilik, sağ müxalifətçilik, radikal müxalifətçilik, konstruktiv müxalifətçilik, sivil müxalifətçilik, demokratik müxalifətçilik, avtoritar müxalifətçilik və sair və ilaxır. Ancaq bu ərəfələrdə cəmiyyətimizin yararsız toplumunda siyasi müxalifətçiliyin daha bir tərəfi yaradılmaqdadır ki, həmin yaradılmaqda olan müxalifətçiliyin təsvir görünüşü ZOOMÜXALİFƏTÇİLİK təsirini bağışlayır. Yəni daha dəqiq əxz etsəm, heyvanxanalıq zoomüxalifətçilik.

BUNDAN BETƏRİ OLA BİLMƏZ

Son zamanlar öz zoomətbuatlarında millətə həqarətlər yağdırmaqdan usanmayan heyvanxanalıq zoomüxalifətçilər və onların şirpələngləri (yəni, liderləri -M.) artıq bu mövzuya o qədər qapanıblar ki, artıq, bəzilərinin dalından fil quyruğu, bəzilərinin dalından eşşək quyruğu, bəzilərinin isə dalından dəvə quyruğu çıxmağa başlayıb. Mən hələ tülkü, dovşan, it, pişik, dələ, at, kenquru və merinos qoyununun quyruğunu demirəm! Bir sözlə, binəvalar lap heyvanxanalıq olublar. Nə təhər deyərlər, Allah betərindən saxlasın. Ancaq mənə elə gəlir ki, bundan betəri ola da bilməz.

Zoomüxalifətçilərin lider şirpələngləri isə görünür bundan həzz almağa başlayırlar. Hətta əldə etdiyim informasiyaya görə, adının (növünü və cinsinin -M.) açıqlanmasını istəməyən Müsavatxana pişiyi bildirib ki, təmsil olunduğu zoopartiyanın başqanxanası bununla bağlı "cəbhəxana" şirpələngi ilə razılığa gəlib və yaxın günlərdə heyvanxanada zookubok uğrunda zoomüxalifətçilərin quyruq yarışları başlayacaq. Məsələn, kim öz quyruğu ilə topu daha çox çiləsə, dərhal ona zookubok təqdim ediləcək və qalib zoomüxalifətçi "İctimai Palataxananın" FƏXRİ QUYRUQDARI seçiləcək. Ya da hansı zoomüxalifətçi digər zoomüxalifətçini öz mətbuatındakı köşə yazısında daha yaxşı vəsv etsə, dərhal ona eşşək quyruğundan hörülmüş və idrar mürəkkəbi ilə doldurulmuş qələm hədiyyə ediləcək. O da həmin qələmi ilə öz şirpələngləri haqqında yaxşı-yaxşı məqalələr, köşə yazıları yazacaq.

Bəs nə bilmişdiniz? əsl zoodemokratiya bax, budur eee!

BUNDAN SONRA ÇƏTİN MƏSƏLƏDİR

Bəs görəsən, zoomüxalifətçilərin hüquqlarını müdafiə edən bəzi beynəlxalq heyvan dərnəkləri klubları bu kimi zoodemokratiyaya necə baxırlar? Məncə, pis baxmazlar. Arada qrant əvəzi it quyruğu çıxaranlara sür-sümük, pişik quyruğu çıxaranlara iyəlnmiş balıq, at, eşşək, dəvə, qoyun quyruğu yelləyənlərə ot-ələf, tülkü, dovşan quyruğu bulayanlara da kələmdən, kökdən göndərərlər. Axı azdan-çoxdan quyruq bulayan zoomüxalifətçilərə zoodemokratik yanaşmaq lazımdır. Yoxsa xarici heyvan dərnəkləri də öz maraqlarından məhrum olarlar. Bəs nə bilmişdiniz?

Qısacası, millətə həqarətlər yağdıra-yağdıra, birdən-birə müxalifətçilikdən zoomüxalifətçiliyə keçərək, heyvanxanalıq olan toplumun bundan sonra yenidən adam olmaqları çətin məsələdir. Bir də ki, adam olub, adamlıq etməyi bacarmamaqdansa, elə heyvan olub quyruq bulasalar daha yaxşı olardı. Heç olmasa bilərdik ki, onlar əsl adam olmasalar da əsl heyvandırlar.

MÜBARİZ

Digər xəbərlər