Dünyaca məşhur olan BBC telekompaniyasının başı üzərinə dərd üstünə qara dərdlər gəlməkdədir. Ancaq yəqin ki, telekompaniya rəhbərliyinin Azərbaycanın dillərdə əzbər olmuş atalar məsəlindən heç vaxt xəbəri olmayıb. BBC rəhbərliyi bilməyib ki, zamanında hansı qələtləri əkibsə, vaxtı yetişəndə elə əkdiyini də biçəcək. Çünki tanınmış telekompaniyanın işi-gücü ancaq bu vaxta qədər başqalarının bostanında ŞANTAJ toxumu əkməkdən ibarət olub. Məsələn, BBC rəhbərliyi hələ bir neçə il öncə Azərbaycanda baş ofisliyini açmaq və paytaxtımızın ən görkəmli, ən mənzərəli yerini əldə etmək üçün hakimiyyət qarşısında tələb (?) qoymuşdu. Yəni BBC Bakıda mərkəzi binalardan birini kirayələmək istəyirdi. Gör ki, bu telekompaniya öz yorğanının uzunluğuna nə qədər güvənirmiş ki, Azərbaycan hakimiyyətindən nə isə tələb edirdi! Amma müvafiq dövlət qurumu Böyük Britaniyanın telekanalına bunun mümkünsüz olduğunu deməklə yanaşı, normal yer də təklif etdi. Fəqət, BBC ağız-gözünü əyərək, baş verənləri imicinə zərbə (?) kimi qiymətləndirdi. Və bundan sonra başladı, nə başladı...
Əvvəlcə Azərbaycanın Boks Federasiyası şantajla hədəfə alındı, dalınca isə "Eurovision-2012" və s. Məsəlçün, BBC Azərbaycanda keçirilməsi planlaşdırılan "Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində ölkəmizdə çıxış edəcək Qərb müğənnilərinin başlarına siyasət toxumu əkməyə cəhd göstərdi. Hətta Böyük Britaniyadan olan məşhur müğənni Engelbert Humperdinck BBC-nin studiyasına dəvət edildi və ona siyasi məcraya yönəlmiş anti-Azərbaycan mövqeli suallar verildi. Ancaq başına döndüyüm Engelbert qağa onları yerlərində otuzdurmağı bacardı. Dedi ki, mən mədəniyyət nümayəndəsiyəm və sizlərin (BBC aparıcılarının) məni burada (BBC-də) hər hansı intriqaya çəkməyinizi yaxşı əməl kimi qiymətləndirmirəm. Bax, bu cavabdan sonra mister Engelbert şantajçı telekanalın studiyasını qəzəbli şəkildə tərk etdi.
Daha sonra BBC qara üzünü Azərbaycanın Milli Olimpiya Komitəsinə tərəf çevirdi. Hətta London Olimpiadasında idmançılarımıza qarşı yönəlmiş bəzi hakim qərarlarına da "münasibət" bildirdi. Lakin hər zamanlarda olduğu kimi, adıçəkilən telekampaniya bu dəfə də üzüqara çıxdı. Ortada nə dəlil var idi, nə də ki, sübut!
Hə, yeri gəlmişkən, daha bir fakta nəzər salım. Nədənsə, BBC-nin bu qədər haray-şüvənliyi Azərbaycan müxalifətinin mediasında pəh-pəhlə qarşılanırdı. "Azadlıq" qəzeti bir tərəfdən, "Yeni Müsavat" da o biri tərəfdən baş-gözlərini yolurdular. Hələ dırnaqarası hüquq-müdafiə təşkilatlarını demirəm... Nə isə, bunların da ibnə-şüvənlikləri BBC-nin şantajlarına rəng qatırdı. Ancaq BBC nə biləydi ki, zaman yetişəcək və həmin qaynadılan zir-zibillər, həmin telekompaniyanın öz başında çatlayıb-partlayacaq?
Artıq bunun ilk işartıları görünməkdədir. Belə ki, media qurumu iflas həddinə çatıb. Məsələ də ondadır ki, BBC-nin adı PEDOFİLLİKLDƏ (uşaqbazlıqda) hallandırılır. Yəni bu kimi murdar əməli başqalarının üzərinə şantaj vasitəsilə atmağa cəhd edən telekanalın xəbərlər departamenti ciddi arqumentlər qarşılığında aciz qalıblar. Jurnalistlər bu kimi ciddi qalmaqaldan sonra qurumun tərkibində fəaliyyət göstərməkdən imtina edirlər. Pedofiliya qalmaqalından sonra daha iki jurnalist yayım şirkətini tərk edib. BBC News-in direktoru Helen Boaden və onun müavini Stiv Mitçel öz vəzifələrindən istefa verməklə, qurum rəhbərliyini onların adlarını və nüfuzlarını puç etməkdə günahlandırırlar.
Xatırladım ki, BBC bir müddət öncə, Britaniya parlamentinin keçmiş üzvü Lord Makalpayı pedofillikdə ittiham edərək, ona qarşı şantaj əməli törətmişdi. Yəni burada həm korrupsiya əməli (şantaj vasitəsilə külli miqdarda pul tələb etmə), həm ləyaqətin təhqiri, həm də başqa bu kimi alçaldıcı motivlər dayanıb. Hətta telekompaniya rəhbərliyi sözügedən çərçivədə guya Lord Makalpayın Uelsdə uşaq evlərindən birində çəkilən "pedofillik əməllərinin təsdiqi" kimi "Newsnight" proqramında "kadralarını" da yaymlamışdı. Ancaq aparılan ciddi araşdırmalardan sonra bəlli oldu ki, BBC bu vasitə ilə çirkin kampaniya aparmaq niyyətini güdüb və yayımlanmış kadrlar montaj edilib. Nəticədə, BBC-nin baş direktoru Corc Entvistl istefa verdi və etiraf etdi ki, media qurumu hazırda ən ağır böhran dövrünü yaşamaqdadır.
Hətta kanalın bağlanmaq təhlükəsi ilə qarşı-qarşıya qalması da gündəmdədir. Ancaq bütün bunlar qalsın bir tərəfə. Görəsən, Azərbaycan mətbuatının şantajçı qəzetləri kimi ad qazanan müxalifət qəzetləri bundan sonra nə edəcəklər? Axı anormal seksual azarına bulaşmış həmin mətbu oranlarının da adları nə vaxtsa daha betər məsələlərdə hallana bilər. Köşənin əvvəlində yazılan atalar məsəli kimi, nə qələtlər əkiblərsə, onu da biçəcəklər. BBC-nin darısı bunların başlarına...
RÖVŞƏN