PDF Oxu

Köşə

  • 2 004

ARIĞIN QORUQDA NƏ İŞİ VAR?

ARIĞIN QORUQDA NƏ İŞİ VAR?

17 noyabrda keçirilməsinə cəhd göstərilən müxalifətçi gənc "fəalların" (əslində, "fəal" küçə uşqalarının -R.) icazəsiz küçə yürüşülərində AXCP sədrinin müavini Gözəl Bayramlının qolu "zədələnibmiş". Yəni "cəbhəçi" xanımın qolunun zədələnməyi qalsın bir tərəfə, ilk növbədə, onun "gözü aydın olsun" ki, Qərb ölkələrinin birinə mühacirət etməsi istiqamətində apardığı "milli-demokratik mücadiləsində" onun yolu kifayət qədər açıldı. Bilirsiniz niyə?

"İNQİLABÇI QADIN" VƏ "DEMOKRATİYA ƏZABKEŞİ"

Ona görə ki, icazəsiz küçə yürüşündən sonra Gözəl dərhal mətbuata çıxaraq bildirib ki, bəs, polislər guya onun qolunu rulet kimi burublar (?-R.). Hətta həmin ruletli burulmadan sonra xanım cəbhəkratın əzələləri də yaxşı işləmirmiş...

Yəqin G.Bayramlı ümid edirmiş ki, həmin açıqlama verildikdən sonra, "Washington Post" qəzeti növbəti sayında onun haqqında "İnqilabçı qadın" başlıqlı böyük bir məqalə dərc edəcək, ya da "Human Richt Watch" təşkilatı dərhal cəbhəkrat xanımı "demokratiya əzabkeşi" kimi "tanıyacaq". Amma G.Bayramlının bu planı yürümədi. Çünki yeri gələndə həmin dairələr ona irad tutacaqlar ki, yaxşı, "fəal" küçə uşqaları bir qələtdi elədilər, bəs sən yaşda cəbhəkrat qadının həmin uşaq-muşaqların yanlarında nə haləti var idi ki? Bəyəm küçələrdə icazəsiz aksiya keçirmək baxça gəzintisi zaddır? Nə isə, bu, onların öz işləridir.

HƏKİM HARADAN BİLƏYDİ Kİ...?

Amma qaldı ki, cəbhəkrat G.Bayramlıya tibbi yardımın göstərilməməsinə, ya da ona hər hansı diqqətin ayrılmamasına (?-R), həmin xanıma deməliyəm ki, iştirak etdiyi yürüş icazəsiz olduğu üçün, oraya təcili tibbi yardımda çalışan həkim heyətləri göndərilməyib. Niyə? Bax, bunun da cavabı var.

Məsələn, hələ bir müddət öncə, "İctimai Palata"nın 20-ci sahə stadionu deyə adlandırılan yerdə keçirdikləri icazəli mitinqlərdə kifayət qədər təcili tibbi yardım maşınları da var idi, polis qüvvələri də mitinq iştirakçılarının təhlükəsizliklərini ən yüksək həddə təmin edirdi. Bir sözlə, icazəsizlə icazəli aksiyaların fərqi nəticəsində G.Bayramlının qolu bir balaca "fəsad" görüb. İndi bağışlasın daaa! Bağışlasın ki, təcili yardım heyətinin həkimləri onun icazəsiz aksiyada iki qolunu da göyə qaldırıb nə isə qışqırmasından bixəbər olublar. Yəni həkimlər haradan biləydilər ki, Gözəl özünü "gənc" hesab edərək, "fəal" küşə uşqalarının arasına qatılacaq, polis də onu kənara dəvət edərkən, qolundan tutacaq, sonra da cəbhəkrat xanım orda-burda deyəcək ki, polis onun qolundan tutarkən, kənara dəvət edərkən, əzələsi ruletə kimi döndü? Belə yerdə dədələrimiz də yaxşı deyib eee. Deyiblər ki, əşşi, arığın qoruqda nə işi var idi ki, vurub qıçını da sındırdılar? İndi ay gözəl cəbhəkrat Gözəl xanım, vallah, sənin gərək oralarda işin-filanın olmamalıydı. Yoxsa polisin sənin qolunda-zadında nə işi var axı? Məgər Qərbə mühacirət etməkdən ötrü bu qədər həyasızlığa ehtiyac var idimi?

RÖVŞƏN

P.S. "Fəal" küçə uşqları demişkən, birdən həmin uşqalar da gedib orda-burada qol-qıçlarını sındırıb cəbhəkrat Gözəl kimi xaricə getmək istəyərlər haaa! Yoxsa onların da müəyyən əzaları ruletə-zada çevrilər, sonra da dərhal müalicə kursu almaları üçün təcili yardım həkimi tapmaqda çətinlik çəkərlər...

Digər xəbərlər