PDF Oxu

Köşə

  • 990

GÜNAH MƏNDƏN GETDİ

GÜNAH MƏNDƏN GETDİ

YAP İcra katibinin müavini Siyavuş Novruzov ötən açıqlamalarının birində tam təfsilatlara vararaq, dəlil və sübutla isbatladı ki, hazırda İsa Qəmbərin rəhbəri olduğu Müsavat partiyasının tarixi keçmişi olmuş, vaxtında Azərbaycanın siyasi müstəvisində müəyyən rol oynamış, 1911-ci ildə İstanbulda muhacirətdə olan Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə əmisi oğlu Məhəmməd Əli Rəsulzadə, Abbasqulu Kazımzadə və Tağı Nağıoğlu tərəfindən Bakıda əsası qoyulmuş Müsavatla heç bir əlaqəsi yoxdur. Siyavuş müəllimin belə bir açıqlama ilə çıxış etməsi, əslində, daha öncələr də kifayət qədər təsdiqini tapmışdı. Ancaq hər sahədə olduğu kimi, tarixi məqamlarda da saxtakarlıqlara yol verərək şəxsi ambisiyalarına qapılmış İ.Qəmbər 90-cı illərin əvvəllərindəki siyasi ab-havadan sui-istifadə edib, qeyri-qanuni yollarla məqsədinə nail oldu. Yəni Müsavat partiyasının müsavatçılıq ideologiyasını bərpa edən Mənsur Əliyevin əlindən qopararaq zəbt etdi.

Bütün bunları sübuta yetirmək üçün bir çox dəlillər var. Məsələn, həmin dövrlərdə AXC iqtidarında cərəyan edən qarşıdurmalar nəticəsində yaranmış klanlardan biri də hazırda AXCP sədri vəzifəsini icra edən Əli Kərimlinin "Yurd" qruplaşması idi. Qruplaşmanın əsas məqsədi prezident Əbülfəz Elçibəyi kürsüdən devirərək, onun yerini tutmaqdan ibarət olub. Lakin Elçibəyin kürsüsündə digər ambisiyalı siyasinin - həm də spiker vəzifəsini icra edən İ.Qəmbərin də gözü var idi. Belə bir məqamda ona dəstək ola biləcək yeganə məqam partiya yaratmaq idi. Ancaq buna vaxt olmadığı üçün, o, M.Əliyevin bərpa etdiyi Müsavatı zəbt etdi. Fəqət, gec idi. Sonralar AXC-Müsavat iqtidarı kimi də qələmə verilən hakimiyyət xalqın kütləvi və qəti etirazları nəticəsində süquta uğradı. Bax, belə üsulla Müsavat partiyası İ.Qəmbərin əlinə keçmiş oldu.

NARAHAT OLANLARIN NƏZƏRLƏRİNƏ!

"İ.Qəmbər, həqiqətən də, Müsavatı bərpa etdib" deyə dəridən-qabıqdan çıxaraq qışqırıb-bağıran, eləcə də, "Yeni Müsavat" köşələrində siçan-siçovul ovlayan köşədarlar narahat olmasınlar deyə, daha bir neçə faktı onların ortalarına qoyuram.

Məsələn, demək mümkündür ki, tarixən hakimiyyətə yiyələnmiş siyasi qüvvələr özəlliklə bir partiya şəklində fəaliyyət göstəriblər. Müstəsna hallarda, yəni zərurət yarandığı zaman koalisiya hakimiyyəti quraraq, dövləti idarə edən iki ayrı-ayrı siyasi partiya təmsilçiləri də mövcud olub. Və əgər bu amili nəzərə alsaq, AXCP-nin hakimiyyətdə olduğu dövrlərdə Müsavatın (İ.Qəmbərin) heç bir zərurət olmadan, hakimiyyət sıralarında təmsil oluna-oluna Müsavat partiyasını "yaratması" özündə bir çox şübhələr və suallar yaradır.

Əgər İ.Qəmbər, həqiqətən də, müsavatçılıq ideologiyasına bağlı idisə, nəyə görə AXC hakimiyyətə gəlməmişdən öncə, yəni Ayaz Mütəllibov iqtidarı zamanı Müsavat partiyasını "bərpa" etdiyini elan etmədi? Nəyə görə, Müsavatın "bərpası" missiyasını Ə.Elçibəy deyil, məhz İ.Qəmbər "yerinə" yetirdi? İ.Qəmbərin məqsədi Müsavat partiyasını "bərpa" etmək idisə, niyə siyasi fəaiyyətini AXC sıralarında başlatdı? Hansı səbəbdən, bu gün Müsavat partiyasını bərpa etmək istiqamətində kifayət qədər fəaliyyət göstərmiş M.Əliyevin adı, ümumiyyətlə, İ.Qəmbərin çevrəsində çəkilmir? Hanı İ.Qəmbərə verilmiş etibarnamə, təhvil sənədləri? Bəlkə "Yeni Müsavat" qəzetinin köşə-bucaqlarında uzun-uzadı İ.Qəmbəri tarixi Müsavatın "vərəsəsi" olmasını "sübutlar" yazmaqla söz qusağına çevirənlər camaatın zəhləsini aparmaqdansa, bir dəfə də həmin etibarnamələrin, təhvil sənədlərinin fotoşəkillərini də nümayiş etdirsinlər? Axı hər hansı iddianın dəlili-sübutu da olmalıdır!

Məhz bu kimi onlarla, yüzlərlə sualların sayını artırmaq da mümkündür. Sadəcə, bu gün İ.Qəmbərə biət etmiş zamin hacıların, samir sarıların və digər orda-burdaların, bütövlükdə isə, milli xəyanətkarların keçirə biləcəkləri ciddi narahatlıqlardan dolayı altlarına qaçıracaqlarını ehtiyat edib, sözügedən məsələnin dərininə varmaqdan vaz keçirəm. Vaz keçirəm, ancaq müvəqqəti. Görsəm ki, bir də bu haqda daha nələr isə sərsəmləyirlər, bax, onda həmin fərdlər yüz faiz altlarına qaçırmalı olacaqlar. Məsələn, deyirlər Elçibəyin zəhərlənməsində tək Ə.Kərimlinin adı keçmirmiş (?!-R). Necə deyərlər, günah məndən getdi...

RÖVŞƏN

Digər xəbərlər