PDF Oxu

Köşə

  • 1 231

Arif Hacılının məqsədi nədir?

Və ya Rəsul Quliyevlə görüşmək üçün uydurulmuş yalan

Arif Hacılının məqsədi nədir?

Müsavat partiyası və AXCP arasında vahid namizəd məsələsi ətrafında yaranmış ikitirəlik növbəti maraqlı addımlarla nəticələnib. Belə ki, hazırda sözügedən məsələ ətrafında razılığa gələ bilməyən hər iki partiya yetkililəri gizli görüşlərə getməkdə davam edirlər. Əldə etdiyimiz məlumata görə, "cəbhə" daxilində yaradılmış "seçki konseyi" öz xilsını Bakıda fəaliyyət göstərən xarici diplomatik nümayəndəliklərdə axtarırlarsa, Müsavat yetkililəri həmin xilası bilavasitə xarici ölkələrin özündə axtarmaqdadırlar. Onu da qeyd edək ki, yaxın günlərdə ABŞ səfirinin ardınca, daha bir neçə Qərb ölkəsinin səfirlik nümayəndələri radikal müxalifət partiyalarının sədrləri ilə ayrı-ayrılıqda görüş keçirməyi planlaşdırmaqdadırlar. Onlar həmin görüşləri "demokratiyaya dəstək" qismində sərgiləməyə çalışsalar da, əslində, burada bir çox siyasi sifarişlərin və öhdəçiliklərin olmasını da istisna etmək olmaz. Bu baxımdan da sözyləmək mümkündür ki, müxalifət partiyaları 2013-cü il seçkilərinə nəinki vahid namizəd kimi, hətta ayrılıqda da qatıla bilməyəcəklər. Çünki ortada daha bir neçə məqamların dayanması onların seçki ambisiyalarının reallaşmayacağından xəbər verir.

ABŞ departamenti nümayəndələri ilə "görüşməyə" gedən Arif Hacıyev, əslində...

Bu əsnada, seçkilərə qatılacağını iddia edən ACP lideri Rəsul Quliyev hazırda Müsavat partiyasının nəzərini cəlb edib. Daha dəqiq desək, bu günə qədər R.Quliyevi həndəvərinə belə buraxmayan Müsvat rəhbərliyi sonda onun ayağına Arif Hacılını göndərməyi gərara alıb. Belə ki, əldə etdiyimiz digər məlumata görə, Müsavat partiyası bu adla A.Hacılının guya ABŞ-a departament nümayəndələri ilə görüşə getdiyini açıqlayıb. Ancaq nəzərə alsaq ki, eks-spiker R.Quliyev də ABŞ-da mühacir həyatı yaşayır. Bu zaman ehtimal etmək mümkündür ki, Müsavatın yenidən R.Quliyevdən istifadə etmək məqsədi var. Və həmin məqsəddən yararlanmaq üçün, A.Hacılını okeanın o tayına göndərməyi planlaşdırıb. A.Hacılı isə, öz növbəsində, guya R.Quliyevlə görüşməyəcəyini iddia etsə də, həmin iddianın heç də həqiqət olmadığını söyləmək mümkündür.

Ehtimal etmək olar ki...

Nəticədə, ehtimal etmək olar ki, ABŞ departamentinin heç bir nümayəndəsi A.Hacılı ilə görüşmək marağında deyil. Bu maraq olsa idi, həmin görüş bardə gəlinən razılıq Müsavat rəhbərliyinin ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninstarla görüşdən sonra üzə çıxardı. Xəbərin üzə çıxmaması isə yuxarıda qeyd edilən proqnozun reallığını əks etdirir. Yəni "ACP" lideri R.Quliyev yenidən İ.Qəmbərin yeminə çevrilə bilər. Bunun üçün isə A.Hacılıdan başqa onu heç kim yola gətirə bilməz. Çünki məlum olduğu kimi nə R.Quliyevin İ.Qəmbərlə, nə də İ.Qəmbərin R.Quliyevlə isti münasibətləri yoxdur. Əksinə, hər iki partiya yetkilisində bir-birlərinə qarşı antipatiya hissləri mövcuddur. Ona görə də A.Hacılının R.Quliyevlə olan münasibətləri burada aparıcı rol oynaya bilər. Demək mümkündür ki, A.Hacılı R.Quliyevə həm də Müsavatın növbəti başqanı olacağını deməklə, onunla daha isti münasibətlər quracağına söz vermək fikrindədir. Amma bir halda ki, həmin partiyanın başqanı hələ də İ.Qəmbərdir, bu zaman A.Hacılının R.Quliyevlə görüşünün nəticələrini indidən müəyyənləşdirmək mümkündür. Yəni Müsavatda uydurulmuş yalan baş tutacaq şey deyil. Buna həm də qarşı tərəfə- AXCP-yə göstərilən əzələ nümayişi adını da vermək olar.

R.Hüseynova

Digər xəbərlər