PDF Oxu

Köşə

  • 1 129

Biz imtina etməliyik, yoxsa Minsk Qrupu istefa verməlidir?

Biz imtina etməliyik, yoxsa Minsk Qrupu istefa verməlidir?

ATƏT-in Minsk Qrupu 20 il ərzində Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin qaytarılmasına və Dağlıq Qarabağ probleminin həll edilməsinə nail ola bilməyib. Bunu özləri də açıq etiraf edir, hər dəfə qınaqla üzləşdikdə deyirlər ki, tərəflərin ümumi razılığa gəlməyəcəkləri təqdirdə, hər hansı qərar qəbul etmək imkanımız yoxdur. Məgər bu etiraf bizə ibrət dərsi deyilmi? Deyəsən, deyil. Çünki biz növbəti dəfə ümidimizi bu quruma bağlayırıq.

Qurum triosu son günlər Xankəndi, Yerevan və Bakıda görüşlər keçirdikdən sonra bu nəticəyə gəliblər: qarşıduran tərəflər nazirliklər səviyyəsində görüşməyə razılıq veriblər. Sadə ruslar bu yerdə: "tfu, yo mayo" deyirlər. Biz isə "çevir tatı, vur tatı" deyirik. Yəni 20 il ərzində bu cür görüşləri çox keçirmişik. Nəticə yoxdur...

Sevinirik ki, Azərbaycan Prezidenti Serj Sarkisyanla yalançı rəsmi görüşə getmək istəmir. Çünki erməni hər vəchlə işə pəl vurub, status-kvonun qorunmasına çalışır. Minsk Qrupunun Rusiya, Fransa və ABŞ həmsədrləri də Ermənistana "dobro" verir. Rusiya ermənini öz ölkəsində ordusu ilə müdafiə edir. S.Sarkisyan da onu qoruyan bu "xeyirxah" ordunu 2040-cı illərin ortalarına qədər öz ərazisində saxlamaq yolu tutub və söykənib Rusiyaya. Putin də arada bir rəsmi bəyanat verir ki, "mənim ermənimlə dil tap, ərazini qaytar, ancaq hücum etmə, ha!"

Biz də gözləyirik. Vaxt isə ötüb keçir, rus qudurdur, erməni azğınlaşır, biz isə "torpağımızın bir qarışını da verməyəcəyik" deyib Serji hücum edəcəyimizlə hədələyirik. Rusiyanın Orta Asiya və Ermənistanla qoşulduğu KTMT-yə arxalanan erməni "məni Rusiya dövləti və KTMT qoruyur" bəyanatı ilə özünə təsəlli verir. Bizə "ərazi bütövlüyümüzü bərpa edəcəyik" deyəndə, erməni "millətlərin öz müqəddəratını təyinetmə hüququ"nu tələb edirlər. Bu yerdə yenə də sadə rusun söyüşü yada düşür.

Öz aramızdır, dünyada nizam-intizamı bərpa etməli olan BMT-nin proqram sənədlərində "ərazi bütövlüyü" məsələsi mühüm yer tutsa da, "millətlərin hüquqlarını təyinetmə" prinsipi adlı müddəa yoxdur. Əlbəttə, bunu bizə Minsk Qrupunun ermənipərəst himayədarları olan Rusiya və Fransa təmsilçiləri sırıyıblar. Cənubi Qafqazı Rusiyanın yurisdiesiyasına həvalə edən ABŞ isə, hələlik, susur. Neyləyə bilərik? Zor tətbiq etməklə ABŞ-ı torpaqlarımızı azad etməyə məcbur edə bilmərik ki!.. Onsuz da ABŞ da erməniyə rəğbət göstərir.

Erməniyə deyən yoxdu ki, şan dığa, siz Azərbaycan torpağında bir dəfə dövlət qurmusunuz. Bəs deyilmi? Gedin başqa ölkədə dövlət qurun. Məsələn, Fransada. Ay qurdular ha. Fransızlar onları o dəqiqə huydu-huyduya tutarlar. Biz bir dəfə ermənilərin başını sığallamışıq. İkinci dəfə heç kəs bizi buna məcbur edə bilməyəcək. Elə Prezidentimiz də deyir ki, torpaqlarımızda ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəyik. Bu, reallıqdır. Ağıllı erməni bu reallığı dərk etməlidir. Dərk etmirlərsə, deməli, bunlarda ağıl deyən qrafa yoxdur. Çünki birinci sığalımızdan ağızlarında şirə qalıb. Həm də inanırlar ki, arxa-dayaq dövlətlər bizi buna məcbur edə bilər. O zaman Serjikə sözüm budur: "Ay sən öləsən!"

Serjik nə səbəbə rusa-fransıza möhkəm bağlanıb? Çünki rus Pyotrdan bu yana torpaqlarımızdan erməniyə pay verib, biz də susmalı olmuşuq. Etiraz edəndə isə bizi ermənini müdafiə edəcəyi ilə hədələyib. Fransız isə ölkə hüdudlarında xristian erməni qardaşlarına "erməni soyqırımı"nı pozanlara cəza vermək haqda qərar çıxaracağına söz verib. Bizim bir dəfə hirslənməyimiz bu cür himayədarlıqlar üzərindən xətt çəkə bilər.

Serj həm də Köçəryanla birlikdə Rusiya təhlükəsizlik qüvvələrinin köməyi ilə parlament binasında Demirçiyanın meyiti üzərindən hakimiyyətə gəlib və bu qüvvədərin əli ilə heç də hakimiyyət sükanını tərk etmək istəmir. Ermənilərin status-kvonu daha 20 il saxlaya biləcəklərinə inanmıram.

Valeh MƏHƏRRƏMLİ

Digər xəbərlər