PDF Oxu

Köşə

  • 1 273

BU BAYRAQ!

BU BAYRAQ!

Ermənilər yenə də kim olduqlarını, hansı təxəyyülə sahib olduqlarını sübut etdilər. Bu dəfə İrəvanda keçirilən beynəlxalq boks yarışında. Amma bəri başdan fikrimi bildirim ki, müxtəlif federasiyalar tərəfindən təşkil edilən bu tipli idman yarışları gərək işğalçı dövlətdə keçirilməyəydi. Çünki Azərbaycana qarşı rəsmən qəsbkarlıq, terror siyasəti yürüdən ermənilərin "sağlam rəqabət həm də sülhə doğru bir addımdır" "sülhpərvərlik" spekulyasiyalarl etməsi doğru sayılmır. Ancaq bu, sonrakı məsələdir. Ona görə də keçək buna bənzər digər mətləbə.

Bu, hələ harasıdır ki?

Ermənilər sözügedən yarışın açılışı mərasimində iştirak edən azərbaycanlı idmançılarımızı və bayrağımızı keçid zamanı fitə basıdılar. Əslində, fitə basmaq məsələsi çox primitiv vasitədir desək, yanılmarıq. Çünki fitə basanalara demək lazımdır ki, əgər sizin gücünüz bundan o tərəfə yetmirsə, daha özünüzü niyə biabır edirsiniz? Bibabırçılıq da ondadır ki, adicə fiti də düz əməlli çalmağı bacarmırlar "məzlum" ermənilər... Ona görə ki, düz-əməlli fit çalsaydılar, azərbaycanlı idmançılarımız və ölkəmizin bayrağı İrəvanda dalğalanmazdı. Ancaq bu, hələ harasıdır ki? Sabah bayrağımız qalib pyedestalının birinci yerində Ermənistan səmalarına havalanarkən, idmançılarımız da fəxri birincilər kürsüsünə yüksələrkən, görəsən, ermənilər daha hansı tərzdə fitlər çalacaqlar? Yoxsa ümumiyyətlə, fit-zad çalmağı bacarmırlar ermənilər?

Azərbaycan bayrağı tarixən olduğu kimi lazımi yerlərdə qürurla dalğalanacaq

Aydındır...Aydındır ki, Azərbaycan bayrağını həzm etməkdə acizlik çəkən bu məxluqatlar zamanı çatanda, nəinki Qarabağda, eləcə də, tarixi İrəvan qalasının söküntülərin üzərində dalğalanacaq üçrəngli müqəddəs bayrağımıza baxaraq, fit çalmağa çalışacaqlar. Hətta fitlərinin zəifliyindən dolayı, çaqqallar, goreşənlər kimi səs-səsə verib, ulaşacaqlar. Fəqət, onda da bunların ulartılarını heç kim eşitməyəcək. Eşitməyəcək ona görə ki, haqq-ədalət öz yerini tutacaq. Yəni Azərbaycan bayrağı tarixən olduğu kimi, lazımi yerlərdə qürurla, möhtəşəmliyi ilə dalğalanacaq. Və artıq bayrağımızın belə dalğalanmaları bir neçə dəfə baş verib. Daha öncəki idman yarışmalarında da İrəvanda havalara qalxan bayrağımız artıq buna alışıb. Düşmənlərin başları üzərində onları öz kölgəsinə salacaq qədər alışıb. Bu bayraq Azərbaycan bayrağıdır, bu bayraq türkün bayrağıdır!

AFƏT

Digər xəbərlər