Ermənistan prezidenti Serj Sarkisyanın yuxusu ərşə çəkilib. Gözünü yuman kimi, Azərbaycan ordusunun qondarma "DQR"-i geri qaytardığını və onu cinayətkar kimi Beynəlxalq Məhkəməyə təhvil vermək üçün Zəngəzuru keçib Yerevana doğru yaxınlaşdığını görür. Serjin düşdüyü vəziyyəti başqa cür təsəvvür də etmək olmaz. Çünki ac toyuq yuxuda ancaq arzusunda olduğu darını görə bilər. Serj isə daim güclənən Azərbaycan vahiməsini yaşamaqdadır. Yuxarı tüpürür bığını, aşağı tüpürür saqqalını bulayır.
Bu gün Serjin bığı rolunu Rusiya oynayır. Ermənistanı özünün bir hissəsi hesab edən Moskva istədiyi vaxt Yerevana buynuz göstərir. Rusiya son vaxtlar da belə bir addım atıb. Erməni mühacirlərinin axınının gücləndiyini görən Rusiya siyasətçiləri rəsmi surətdə bu axını dayandırdıqlarını bəyan etdilər. Qəzəbindən dilini-dodağını çeynəyən Serj hirsini baş nazirin üstünə töküb. Çünki Putinə hirslənməyi ağlına gətirəcəyi təqdirdə, Dəmirçyanın taleyini yaşayacağını yaxşı bilir. Rusiya üçün Ermənistanın prezidenti kürsüsündə Serjin və ya başqa bir erməni dığasının oturmasının heç bir fərqi yoxdur. Serj hələ buxovunu Putinin əlinə verməsinin ağrısını sonralar çəkəcək. Özünə öz əli ilə quyu qazan beləsinə deyərlər.
Xülasə, Ermənistanın baş naziri Tiqran Sarkisyan Rusiya siyasətçilərinin miqrantlar haqda çıxardığı qərarı pisləməkdən irəli gedə bilməyib. İt hürə-hürə qalsa da, karvan öz tarixi addımlarını davam etdirməkdədir. Hürən itə heç fikir verən də yoxdur. Hürüşün sürəkli olacağı təqdirdə, erməni çörəyi yeyən rus ordusu günahkarı cəzalandırmağa hazır vəziyyətə gətirilə bilər. Ərazisində yadelli ordu saxlayan erməni bilməlidir ki, ağzını təmiz saxlamasalar bu narazı ağız qanla doldurula bilər. İndi Serj də, o biri erməni siyasətçiləri də qalıblar içlərindən qırıla-qırıla.
Ərəb dövlətləri içərisində ermənilərin yeganə dostu olan Livan rəsmiləri Serjə təsəlli vermək üçün onu Beyruta dəvət ediblər. O da dərdini töküb Beyruta. Şikayət edib ki, Markaryan kimi nümunəvi bir erməni dığasını gəbərdən azərbaycanlı Ramil Səfərov Bakıya dislokasiya olunan kimi azadlığa buraxılıb. Ermənilərə görə Azərbaycanın ərazi bütövlüyünü tanımayan Livan rəsmiləri Serjə qoşulub ağlaşıb-sıtqıyıblar. Bundan təsəlli tapan Serj deyib ki, Yerevandan Xankəndinə təyyarə uçuşları təşkil etməklə, intiqam almaq istəyir. Ərəb dəstəkçilər də "intiqamın mübarək" deyiblər, ancaq bu qeyri-qanuni uçuşa hazırlaşan təyyarənin vurulub yrə salınacağını da istisna etməməyib.
Avropa Birliyi rəsmilərinin son bəyanatı da Serji qayğılandırmaqdadır. ATƏT-in Minsk Qrupunun 20 il ərzində işləmədiyini görən AB, qondarma "DQR" probleminin həllinə qoşulmaq niyyətini ifadə edib. Serji isə status-kvonu ləğv etmək gücündə olmayan Minsk Qrupu daha çox qane etməkdədir. Serj Rusiyaya arxalanıb, belə də edəcək. Yəni AB-nin prosesə qoşulmasına razılıq verməyəcək. Rusiyanın AB-dəki və BMT TŞ-dəki təmsilçiləri də Serjin təklifini dəstəkləyəcəkdir. Göründüyü kimi, qarğa və sağsağanlar ağız-ağıza verdikdə, qartal və quzğunların səsi eşidilməz olur.
Avropa Birliyinin Qarabağ probleminin həllinə qoşulması üçün Azərbaycan və Ermənistanın razılığı lazımdır. Əlbəttə, biz buna razıyıq. Ancaq 20 il ərzində ermənilərin başını sığallayan Qərb çətin ki, əlini Serjin başından çəksin. Bizim ermənini qorxudan bir üsulumuz var. Erməni donuzu Qarabağ darısını yeməkdə davam etsə, biz onu müasir tipli çomağımızla qovmağa məcbur olacağıq. Serji də qorxudan elə budur.
Valeh Məhərrəmli