PDF Oxu

Köşə

  • 1 175

"Üçlük" blokunun ilk zərbəsi "Məşvərət Məclisi"nə oldu

"Üçlük" blokunun ilk zərbəsi "Məşvərət Məclisi"nə oldu

Növbə "İctimai Palata"dadır

2013-cü il seçkiləri yaxınlaşdıqca müxalifət düşərgəsində fəaliyyət göstərən siyasi partiya və onlarla əməkdaşlıq edən ictimai birliklər arasında yaranan qarşıdurmalar daha kəskin xarakterə doğru yönəlməkdədir. Qeyd edək ki, bu kimi qarşıdurmaların təməli hələ yay aylarından qoyulmuşdu. Buna misal kimi düşərgədə yeni birliyin - "Məşvərət Məclisi"nin ("DQMM") yaradılmasını göstərmək olar. Belə ki, "Məşvərət Məclisi"ndə cəmləşən siyasi partiya rəhbərləri də qurumun digər birliklərə alternativ olduğunu istisna etmirdilər. Xüsusilə, "İctimai Palata"ya ("İP"-ə) alternativliyi ilə seçilən "DQMM" "palata" daxilindən öz sıralarına bir neçə nəfəri transfer etməyə nail olmuşdu. Ancaq həmin transferlərə rəğmən, hələ ki, üstünlüyün "İP"-də olduğunu demək mümkündür. Baxmayaraq ki, qurumdaxili böhran getdikcə dərinləşməkdədir.

Daha ciddi parçalanmaların yaşanacağını proqnozlaşdırmaq mümkündür

Lakin yuxarıda qeyd etdiyimiz kimi, birliklər daxilində yaşanan parçalanmalar post-seçki dövrü tam sürətlə artmaqda davam edir. Bir müddət əvvəl daha üç müxalif siyasi partiyanın - "Vətəndaş və İnkişaf Partiyası"nın, "Ədalət"in və "Yaşıllar" Partiyasının bir araya gələrək "üçlük" formatında razılığa gəldikləri barədə məlumat vermişdik. Məlumatda o da qeyd olunmuşdu ki, "üçlüy"ün əsas məqsədi seçkilər ərəfəsində müəyyən siyasi inisiativləri ələ keçirməkdən ibarətdir. Bu vasitə ilə seçkilər ərəfəsində üstünlük əldə etməyi nəzərdə tutan "üçlük" sonradan həm "İP"-də, həm də "DQMM"-də parçalanmalar yaradacaq.

Artıq ilikin mərhələni keçən "üçlük" adıçəkilən qurumun fəaliyyətinə zərbə vurmağa nail olub. Yəni "Yaşıllar" partiyasının "DQMM"-dən ayrılması belə deməyə əsas verir. Ancaq məsələ tək bir partiyanın üzərində qaynaqlanmır. Məsələ ondadır ki, "DQMM"-dən ayrılarkən partiya rəhbərliyi daha bir neçə kiçik partiya rəhbərlərini özü ilə həmin quruma transfer edəcək. Yaxın günlərdə "üçlük" formatının "dördlük", ya da "beşlik" olacağını da ehtimal etmək mümkündür.

Amma sonrakı zərbənin məhz "İP"-ə də vurulacağını gözləmək olar. Çünki hazırda "palata" daxilində yaşanan gərginlikdən maksimum yararlanaraq, həmin qurum daxilindən öz xeyirləri üçün istifadə etmək "üçlük" formatına sərf edir. Bu səbəbdən də müxalifətin bütün qütblərini əhatə edəcək daha ciddi parçalanmaların yaşanacağını proqnozlaşdırmaq mümkündür.

AFƏT TAHİRQIZI

Digər xəbərlər