"Yazırlar" (bundan sonra yozurlar -R.) ki, Avropa Birliyinin Azərbaycan üzrə səfiri Roland Kobia ölkə iqtidarının namizədini dəstəkləməsi qarşılığında guya müəyyən dairələrdən kürü "qazanıb" (?!-R.). Ümumiyyətlə, yozuarlar ki, bu gün hər kim, hər hansı mötəbər qurum və təşkilat Azərbaycanın inkişafına, tərəqqisinə, real həqiqətlərinə dair gerçək, haqlı münasibət bildirirsə, həmin adamların, qurum və təşkilatların ağızlarına hakimiyyət tərəfindən kürü "atılır" (?!-R.). Və yozduqca-yozurlar, yozduqca-yozurlar, nəticədə... Amma ortada bir dənə də olsun fakt, dəlil- sübut yoxdur. Heç olmayacaq da! Əslində, belələrinə bizim tərəflərdə "işverən", "qaraləçər", "ağzıyırtıq", "filan yeri boş" deyərlər. Çünki bilmədiyi qələti eləməyin, həmin qələtdən nə isə qazanmağın adını başqa cür vermək olmaz.Qardaş, indi xalq, cəmiyyət nə etsin ki, xarici təşkilatlar və həmin təşkilatları təmsil edən siyasi dairə təmsilçiləri müxalifət ünsürlərini veclərinə almaq istəmirlər. Axı onlar daha öncələr həmin müxalifət ünsürlərini kifayət qədər tərifləyib, məttaha mindiriblər. Ancaq nəticə olub fıss...
AĞILSIZ DEYİLLƏR HA!
Məhz bu fıssdan sonra, əsil həqiqəti görməyə başlayan Qərb, təbii ki, iqtidarın gördüyü nəhəng işlərin bundan sonra da davam etməsini arzu edirlər. Arzu etdiklərinə görə də iqtidara olan simpatiyalarını gizlədə bilmirlər. Üstəlik də, etiraf edirlər ki, bu iqtidarı xalq həqiqətən də dəstəkləyir. Ona görə də növbəti seçkilərdə xalq bir daha ötən seçkilərdəki seçimini edəcək!Qladı ki, kürüyə, deyərdim ki, məhz həmin bu yozar işverənlər, qaraləçərlər, ağzıyırtıqlar və filan yerləri boşlar daha yaxşı olardı ki, həmin yozarlıqlarını nə qədər pul-paralar müqabilində və kimlərdən sifarişlər alaraq reallaşdırdıqlarını açıqlayardılar. Bəlkə deyərdilər ki, ermənilərə qardaş deyən qardaşları Söyün Sadıqov bunlara nə qədər pul-para ayırıb. Bəlkə etiraf edərdilər ki, "liderləri" həmin pul-paralardan qəzetlərindəki köşədarlarına nə qədər tulapayıları ayırır? Əlbəttə ki, deməzlər. Məgər dəli-zaddırlar ki, gül kimi qazanclarını əllərindən versinlər? Özü də "votavot" seçkilər düz qapının ağzında dayanıb. Ağılsız deyillər ha! Bir də ki, kürü deyərkən, kürü deyənin, quyruğu suda gərək. Çünki kürünü qazanmaqdan ötrü, öncə balığı tutmaq lazımdır. Belə yozarların isə nəinki balıq, heç qurbağa da tutmağa bacarıqları yoxdur. Ona görə də getsinlər bir az da "kürü-kürü" deyə bağırsınlar. Bəlkə ağızlarına kürü dadı gələ binəvaların.
RÖVŞƏN