PDF Oxu

Köşə

  • 1 234

AXMAQLIĞIN ÖZÜ VƏ SÖZÜ

AXMAQLIĞIN ÖZÜ VƏ SÖZÜ

Bəri başdan deyim ki, "Azadlıq" qəzetinin "qəhrəman" qələmkeşi, "mətin" kərimovçuluq ideoloqu, möhtəşəm cəbhəkrat, cəmiyyətə sarsaq-sarsaq sözlər, ucuz-ucuz ifadələr və rəzil-rəzil təxəyyüllər sırıyan köşə bazarkomu, axmaqlığın özü və sözü Elnur Astanbəyli zaman tapıb gəlməlidir çalışdığım redaksiyaya və onun adını mediada reklam etdiyimə görə mənə nəhəng təşəkkür etməlidir. Təşəkkür etməlidir ki, ayda-ildə bir dəfə imkan taparaq, onun üfunət qoxulu köşəsini nəzərdən keçirib, atıram ayaqyolunun darboğaz küncünə. İndi deyəcəm niyəsini. İlk növbədə, deyəcəm ki, bu "adam" özündən başqa heç kimi kitab üzü açan, ədəbi-bədii qiraəti axıra kimi etməyən saymır, üstəlik...

TÜPÜRMƏK BELƏ HAYIFDIR

Üstəlik, arsız-arsız, mənəvityyatsız və ləyaqətsizcəsiznə AZƏRBAYCANI - çörəyini yeyib, suyunu içdiyi, havasını aldığı müqəddəs məmləkəti kanalizasiya qoxusu ilə müqayisə edir! Bununla da demək istəyir ki, kitab oxuyub, özü də axıra kimi! Belə yerdə məhz sənə - kərimovçu gəda Elnur Astanbəyliyə demək lazımdır ki, əgər sənin kimilərin "lideri" Əli Kərimlidirsə, demək, Azərbaycanı təhqir etmək də sənin və sənin kimilər üçün suiçimlik kimi bir şeydir. Axı sənin üçün Vətən, ana, namus, irz, vicdan, ləyaqət anlamı mövcud deyil. Sənin kimilərinin üzünə tüpürmək belə hayıfdır. Çünki adi tüpücək belə, sənin murdarlaşmış, sürtülmüş, sarsılmış, pozulmuş, yolunmuş fizionomiyandan pak və təmizdir! Ona görə də camaata yazdığın yazı-pozuların, sırımaq istədiyin ucuz təxəyyüllərin heç biri maraqlı deyil. Görünür, maraq doğurmaqdan ötrü bu qədər rəzil durumlara düşürsən, bədbəxt qələmi qırılmış cəbhəkrat kərimovçu.

Oxucular məndən soruşa bilərlər ki, axı sən nədən bu qədər aqressiv münasibət bəsləyirsən bunlara, axı səbəbi nədir? Çox intizarda qoymayaraq, deyirəm ki, məhz həmin E.Astanbəyli Azərbaycanı təhqir etməkdən ötrü növbəti mövzu tapıb və həmin növbəti mövzunu son anda gətirb-çıxarıb dövləti təhqirə. Yəni kimsə nə vaxtsa deyib ki, "mənim azadlığım başqasının azadlığının başladığı yerdə bitir". Sonra da ucundan tutub-ucuzluğa gedərək, başlayıb öz ucuz təxəyyülü vasitəsilə "sübut" etməyə ki, insanlar sudan quru çıxmağa, əxlaqsızlıqlarına bəraət qazandırmağa çalışırlar, əslində, onlar quldirlar, azad deyillər və s. (?!-R.) Bu sözləri yazmaqla, əslində, yazarlıq gədası öz "əxlaqı" və azadlığı haqqında kifayət qədər məlumat verib. Yəni bu "adam" alacalanmış gözləri ilə dünyanı necə görürsə, həmin gördüklərini də kağız üzərinə eynilə köçürür. Adını da qoyur ki, "yazı yazdım" və sabah tezdən hər kəs açacaq "Azadlıq" qəzetinin səhifələrini nahar eləməmiş "mən gədanın ölkəni necə təhqir etdiyim haqqında yazdığım köşələrimi oxuyacaq". Yəni o, bununla azad olduğunu demək istəyir. Hərgah, ay gəda, sən azadsansa, onda sənə nə gəlib ki, düşmüsən yuyulmamış qaşıq kimi ortalığa, azad sözün, azad ifadənin olmaması haqqında müxtəlif cür təlxəkliklərə yol verirsən?! İndi beləsinə qarşı aqressiv olmayasan, daha nə edəsən?!

Sonda da "yol böyüyün, su kiçiyin" misalını "təhlil" etməklə nəticəni gətirib çıxarırsan ölkəni kanalizasiya qoxusu ilə müqayisə etməyə. Budur sənin kitab oxumağın, qiraətin, daha nə bilim nə qələtin. Ancaq sən düşünmürsən ki, əgər ölkədən kanalizasiya qoxusu gəlirsə, bu qoxunun əsas baiskarı sənin kimi nacinslər və nəcislərdir. Və bu, təkcə sənin -Elnur Astanbəylinin təqsiri, günahı deyil, səni bu yola çəkib gəda, qulbeçə edən "bəylər"də də kifayət qədər həmin günah və həmin qoxu mövcuddur!

RÖVŞƏN

P.S. Elnur Astanbəylinin həmin cümləsini olduğu kimi hörmətli oxucularıma çatdırıram: "...Bəlkə də ölkənin təbii iyi budur, (kanalizasiya qoxusu -R.) hardan biləsən?!"

Dünən ANA dediyimiz təbiəti lüt qız kimi görən, bunu biqeyrətcəsinə, alçaqcasına "Azdlıq" səhifələrinə köçürən gədanın bu gün cəmiyyətdə kanalizasiya iyi verməsindən təəccüblənmək lazım deyil, qətiyyən lazım deyil, cənablar!

Digər xəbərlər