PDF Oxu

Köşə

  • 1 181

EYNULLADAN DOĞRU XƏBƏR

EYNULLADAN DOĞRU XƏBƏR

Doğru xəbər hər şeyə dəyər deyiblər. Yəni hər hansı bir xəbərin doğruluğu, reallığı, görünən həqiqət və gerçəklikləri əks etdirməsi cəmiyyətdə müsbət qarşılanan amillərdəndir. Necə ki, həmin doğruluğu, yəni doğru nəticə çıxarmağı hüquq müdafiəşisi Eynulla Fətullayev də edib. Özü də müxalifət düşərgəsinə daha çox yaxınlığı ilə seçilən, hadisələrə birtərəfli mövqedən yanaşan, özündən başqa heç kim üçün "politoloq" olmayan Leyla Əliyevanın "siyasi baxışına" qarşı. L.Əliyeva qayıdıb günlərin birində deyib ki, avtoritar rejimlərdə diplomatik korpuslar təmaslarında ehtiyatlı olurlar: "Əgər hakimiyyət öz baxışlarından diplomatik korpusların mövqelərində qərəzli nəsə görsə, Rusiyada olduğu kimi, onları ölkədən çıxaracaqlar" (?-M.).

Əvvəla, E.Fətullayevin fikirlərini bölüşməmişdən öncə, L.Əliyevanın siyasi hərdəmxəyallığına özüm münasibət bildirmək istərdim. Yəni demək istərdim ki, Azərbaycanda fəaliyyət göstərən dipkorpuslar, nəmxuda, öz işləri ilə normal şəkildə məşğuldurlar. Hətta zaman-zaman müxalifət partiyaları ilə görüşlər keçirib, onlara öz tapşırıq və tövsiyyələrini də rahatlıqla verirlər. Azərbaycanda isə heş kim onlara gözün üstündə qaşın var deyən yoxdur. Yəni bura L.Əliyevanın ucuz təxəyyülünə görə, avtoritar deyil, demokratik ölkədir.

Qaldı ki, bu xanımın Azərbaycanı Rusiyaya bənzətməsinə, o, burada da tamamilə çaşır. Çünki nə Azərbaycan Rusiyadan asılıdır, nə də ki, Rusiya Azərbaycandan. Hər iki ölkənin öz siyasi dəsti-xətti var və burada ölkələri bir-birinə bənzətməyin özü L.Əliyevanın "politoloq" olmadığını kifayət qədər təsdiq edir. Nə isə, keçək E.Fətullayevin fikirlərinə. Daha dəqiqi, Eynullanın doğru nəticə çıxarmasına.

Hüquq müdafiəçisi bu barədə deyir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin qorunmasında mühüm rol oynayır və Avropa Birliyinin enerji məsələləri üzrə komissarı açıq-aşkar şəkildə bildirdi ki, Azərbaycan Avropa üçün xilas körpüsü rolunu oynayır: "Belə ki, Azərbaycan Qərb üçün yeganə şansdır ki, Avropanın Rusiyadan olan enerji asılılığına son qoysun".

Nəticədə isə, anlaşılır ki, Qərbin - Avropanın Azərbaycandan iqtisadi asılılığı mövcuddur. Çünki söhbət Qazaxıstandan başlayaraq, Xəzər dənizinin dibi ilə Azərbaycanın ərazisindən keçən TANAP qaz kəməri layihəsindən gedir. Məgər nüfuzlu Avropa siyasilərinin bu etirafları, o demək deyilmi ki, qoca qitənin siyasiləri Azərbaycanda daha rahat fəaliyyət göstərə bilmək üçün, heç vaxt öz baxış mövqelərini dəyişə bilməzlər. Bax, burada Eynulla bəyə böyük bir "beş!" düşüşr! Ona görə ki, haranınsa "politoloquna" tutarlı cavab verməyi bacarıb. Hətta bir az da irəliyə gedib və deyib ki, L. Əliyeva xəyal qırıqlığına uğrayıb: "Azərbaycan xalqına belə bir xəyal yedizdirilir ki, Qərb ölkəmizə gələrək demokratiya və insan haqlarını qoruyacaq..."

Qaldı ki, sərbəst toplaşmaq azadlığının pozulması haqqında iradlara və iddialara, bu zaman E.Fətullayev maraqlı bir nüansa toxunub. Deyib ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığı pozulmur. Çünki hakimiyyət ölkə müxalifətinə 20-ci sahədə yer ayırır. Lakin xalq ora gəlmir. Yəni xalq etiraz etmək istəyirsə, bunu nəinki 20-ci sahədə, hətta Ələtdə və ondan o yanda da edər. Bu doğru xəbərə də "beş!" verməyib nə edəsən? Qardaş, bu nəticə nəinki doğrudur, hətta doğrudan da doğrudur. Bu baxımdan, həm də belə nəticəyə gəlmək olar ki, əslində, şəhərin mərkəzində keçirilən aksiyalar müxalifətin başqa üzünün göstəricisidir. Belə ki, bu kimi addımlar sərbəst toplaşmaq azadlığından daha çox insanların diqqətini cəlb etmək üçündür. Xalq isə müxalifətdən imtina edib, özü də birdəfəlik. Ona görə də E.Fətullayev L.Əliyevanı haqqına yıxıb-sürüyüb. Hətta az edib. Və bu fakt mövcuddursa, hansı səbəbdən avropalı siyasilər, dipkorpus nümayəndələri Azərbaycan xalqının yerinə dəyişikliklər həyata keçirməlidirlər? Görünür, müxalifət hələ də yatıb. Belə şirin yuxu dərmanlarını onlara məhz həmin Avropa siyasiləri verirlər. Verirlər ki, yatsınlar, təki Azərbaycanın inkişafına mane olmasınlar. Axı Azərbaycan, həqiqətən də, Avropa üçün, Qərb üçün xilas və nicat ölkəsidir.

MÜBARİZ

Digər xəbərlər