PDF Oxu

Köşə

  • 1 230

BAŞA ÇATMIŞ "MİSSİYA"

BAŞA ÇATMIŞ "MİSSİYA"

Uduzmaq və siyasətdə davamlı müvəffəqiyyətsizliklərə uğramaq deyərkən, burada görünən ilk amil dağıdıcı müxalifət düşərgəsi və həmin düşərgənin ambisioz "lierləridir". Xüsusilə, bu amil özünü daha çox seçki ərəfələrində, yəni "liderlərin" siyasi talelərinin həll olunduğu dövrlərdə qabarıq şəkildə göstərməkdədir. Azərbaycanın siyasi astanasında 2013-cü il prezident seçkiləri dayanıb. Ölkə ictimaiyyətinin önəm verdiyi seçkilər, təəssüf ki, "ənənəvi müxalifət" deyə adalandırılan dağıdıcı düşərgə "liderlərinin" şəxsi maraqlarından, ambisiyalarından o tərəfə keçmir və nəticədə, onların məğlubiyyət işartıları indidən görünməkdədir.

Əslində, belə bir məqam çərçivəsində bir çox məğlubiyyət faktorları dayanıb ki, həmin gerçəkliklər, demək olar ki, bir-birini tamamlayır. Məsələn, vahid namizəd məsələsində yekdil rəyin olmaması, qurum və birliklərdə ( "İctimai Palata", "Məşvərət Məclisi" və s.) monopoliya idarəçiliyi, partiyalar daxilində avtoritar rejim hökmü, partiyalararası ziddiyyətlər, bir-birini vuran bəyanatlar, "ana müxalifət" obrazı üzərində yaşanan hadisələr və başqa iddialar - bütün bunlar dağıdıcılıq yolunu tutmuş müxalifətin növbəti biabırçı məğlubiyyətlərini reallaşdıaran təməlli mövzulardır. Və belə bir xüsusda daha bir nüansa toxunmaq mümkündür ki, güclü, monolit iqtidar komandasına qarşı zəif, sosial bazası tükənmiş müxalifətin dayanıqlı olması qeyri-mümkün görünür. Hələ sonuncu parlament seçkilərindən sonra yaradılmış qurum və birliklər tərəfindən başladılmış "missiya" isə başa çatmış təsiri bağışlamaqda davam edir. Burada daha bir neçə dəlillərin dayanması isə şübhəsizdir.

Sözdə təmərküzləşmə, əməldə qarşıdurmalar

Dağıdıcı müxalifət "liderlərinin" uzun müddət səsləndirdikləri "birlik" və "bərabərlik" çağırışları partiyalar daxilində barmaqarası görüntü təsirini bağışlamaqdadır. Belə ki, həmin çağırışları edən müxalifət "liderlərinə" yaxın mətbuat və informasiya şəbəkələrində nə qədər çox təmərküzləşmə haqqında ideyalar irəli sürülsə də, düşərgə "mətbəx"ində tamamilə başqa proseslər cərəyan edir. Belə məqamda əsas diqqət təbii ki, "İctimai Palata"ya, xüsusilə, "palata" inhasarçıları olan Müsavat başqani İsa Qəmbərə və AXCP sədri Əli Kərimliyə tərəf yönəlir. Qurumun həmtəsisçilərindən olan İ.Qəmbərin 2013-cü ildə prezidentliyə namizədliyini irəli sürəcəyini əminliklə bəyan etməsi, onun mehriban düşməni Ə.Kərimlinin indiki şərtlərdə ən doğru taktikanın boykot olacağını deməsi, mövcud vəziyyətdə çıxılmaz durumun meydana çıxmasının əsas səbəblərindən biridir. Dağıdıcı qurumun iki ziddiyyətli və iddialı siyasi təşkilatında seçki kimi önəmli bir proseslə bağlı fərqli fikirlilik təbii, təsirsiz ötüşməyəcəkdi. Onu da nəzərə alaq ki, artıq politoloq və ekspertlərlə yanaşı, "palata" finksionerləri də qondarma qurumun perspekticsizliyi və tezliklə dağılacağı ətrafında bənzər mülahizələr yürüdürlər. Məsələn, Müsavat rəsmisi Gülağa Aslanlı etiraf edib ki, "İctimai Palata" yaxın günlərdə prezident seçkiləri ilə bağlı qərar verə bilsə, qurumun saxlanması mümkün olacaq. Onun sözlərinə görə, bütün hallarda "İctimai Palata"nın müxalifətin uğurlu birliklərindən biri kimi qorunub saxlanmasına tərəfdarıdır. Hər hansı səbəbdən "İP"-in seçki ilə bağlı ortaq mövqeyinin olmasa qurumun buraxılmasının deyil, fəaliyyətinin bir müddət dondurulması məqsədəuyğun olardı. Lakin "İP" yaşamalı və seçkilərdə müxalifətin birliyi kimi təmsil olunmalıdır. İsa Qəmbərin digər tərəfdaşı Arzu Səmədbəyli isə "İctimai Palata"nın gələn ilin ictimai-siyasi marafonu başa çatana kimi fəaliyyətinin dondurulmasını təklif edir.

Dağılmanın və parçalanmanın işartıları görünsə də, bu proses nəticə etibarilə prezident seçkilərinə rəsmi start verildikdən sonra tam olaraq dəqiqləşəcək. Yəni seçkilər rəsmən elan edildikdən dərhal sonra, qurun fəaliyyətini dayandırdığını elan etməyə məcbur olacaq. Və bu tendensiyalar daha öncəki seçki dövrlərində də müşahidə olunmuşdu. "Azadlıq" blokunun, "Müxaifətin Koordinasiya Mərkəzi"nin aqibətini "İctimai Palata" da yaşayacaq desək, yanılmarıq.

Bu "donun" yenidən açılması çətin görünür

Qeyd etdiyimiz kimi, artıq "palata"nın səlahiyyətliləri də bu qondarma qurumun ən uzağı 2013-cü ilin prezident seçkilərinə qədər yaşaya biləcəyini düşünürlər. Bəziləri hesab edir ki, müxalifət liderləri seçkiyə vahid namizəd olmadan gedilməsinin bəri başdan seçki ilə bağlı şansları itirmək olduğunu dərk etsələr də, indiyə qədərki seçki proseslərində yol verdikləri yanlışlıqları yenidən təkrarlayacaqlar. Nəticədə isə, Ə.Kərimli ilə İ.Qəmbər vahid namizəd məsələsində, təbii ki, razılığa gələ bilməyəcək.

Belə çıxır ki, parlament seçkilərinin nəticələrinin dəyişdirilməsi fonunda yaradılan "İctimai Palata" prezident seçkilərini "dondurulmuş" vəziyyətdə başa vurmaq niyyətindədir. Lakin bu "donmağın" yenidən açılması çətin görünür. Və burada təkcə Müsavat və AXCP ziddiyyəti deyil, "cəbhə" daxilində bir-birini tamamlamayan fikirlər də üzə çıxır.

Ə.Kərimlinin tərəfdaşı Fuad Qəhrəmanlı təmsil etdiyi siyasi təşkilatın seçki ilə bağlı məsələlərin "İctimai Palata" çərçivəsində aparılmasını önə çəkərək, AXCP-nin hələlik Ə.Kərimlinin müxalifətin vahid namizədi olacağı ilə bağlı heç bir fikir səsləndirmədiyini vurğulayıb. Ancaq F.Qəhrəmanlıdan fərqli olaraq, Ə.Kərimli son açıqlamalarının birində bildirib ki, "palata" çərçivəsində, ya da daha geniş formatda seçki keçirib praymeriz yolu ilə müxalifətin vahid namizədini müəyyən etmək olar, hər kəs də praymerizin nəticələrini tanıyacağı ilə bağlı öhdəlik götürə bilər. Bu da "cəbhəçilərin" bütün seçki məsələlərinin qurum çərçivəsində həllinə tərəfdar olmağımızın sübutudur. Yəni AXCP sədri seçkilərə müxalifət düşərgəsinin "palata"dan daha geniş formada iştirakı variantına üstünlük verir. Amma bütün bu kimi ideyalar sadəcə cəmiyyətə görüntü xarakteri sırımaqdan başqa bir şey deyil. Çünki həqiqətin dağıdıcı müxalifətin yanında deyil, tamamilə başqa, əks-tərəfdə olduğunu seçkilərə hazırlaşan ictimaiyyət də yaxşı anlayır, dərk edir və dəstəkləyir. Daha dəqiq desək, "İctimai Palata"nın "missiyası" başa çatmamış qalır.

AFƏT TAHİRQIZI

Digər xəbərlər