PDF Oxu

Köşə

  • 1 335

BU DƏFƏ "İP"-İN "VAHİD PAPASI" SEÇİLƏCƏK

BU DƏFƏ "İP"-İN "VAHİD PAPASI" SEÇİLƏCƏK

"İctimai Palata"da yaşanan böhran sən demə, yalnız vahid namizəd məsələsi ətrafında cərəyan etmirmiş. Yəni qurumda başqa-başqa maraqdoğurucu məsələlər də yer almaqdadır ki, bunlardan biri də yenicə üzə çıxmış və kifayət qədər ilgi yaradan "Papa" mövzusudur. İndi məsələ belə qoyulub ki, görəsən, "İP"-in koordinasiya şurasının sonuncu qərarından sonra "palata"nın "Papa"sı kim olacaq? Ancaq sözügedən mövzuya tam girişməmişdən öncə, daha bir məsələni xatırlatmaq istərdim.

Hələ 2010-cu il parlament seçkilərindən sonra xalqın seçmədiyi, millət vəkili kimi görmək istəmədiyi müxalif meyilli siyasi fərdlər tərəfindən "İctimai Palata" yaradılarkən, təməldə ciddi sarsıntılar yaşanmışdı. Belə ki, yarı müxalifətçilər yaradılacaq qurumun adını "Kölgə kabineti", digərləri "Alt Palata", yerdə qalanları isə "İctimai Palata" qoyulmasını tələb edirdilər. Nəticədə uzun-uzadı çək-çevirlərdən sonra təşkilatın adı məhz "İctimai Palata" adlandırılmağa başlandı. Və məhz bundan sonra siyasi mühitə qiymət verməyi bacaran bir çox şəxslər həmin qurumu xəstəxana palatası, dəlixana palatkası, sonradan isə xeyir-şər palatkası kimi təqdim etməyə başladılar ki, onların dedikləri yavaş-yavaş özünü doğrultmağa başlayıb. Çünki qurumdakı xəstələr o qədər cılızlaşıb və kallaşıb ki, onlar indi də vahid namizəd məsələsini kənara qoyaraq, "Papa" axtarışına çıxıblar. Əgər bu söhbətlər onların öz içlərindən çıxırsa, demək, vəziyyət onlar üçün, həqiqətən də, naqolaydır ki, naqolay...

"İP" VATİKANA ALTERNATİVDİR?

İndi isə keçim əsas məsələyə. Yəni "Papa" məsələsinin kim tərəfindən qabardılmasına. Onu da bəri başdan deyim ki, "palata"da cəbhəkratlarla müsavatxorların arasında uçurum daha da dərinləşməkdədir. Ona görə də sabah-birigün "İP"-də "vahid arxiyepiskopların", "əsas mitropolitlərin", ya da "baş dərvişlərin" seçilməsi məsələsi qaldırılarsa, günahları heç kimdə deyil, onların özlərində axtarın.

Müsavat başqanının müşaviri, partiyanın mərkəzi icra aparatının rəhbəri Arif Hacılının qardaşı, eləcə də, həmin "palata"nın üzvü Mustafa Hacıbəyli bildirib ki, koordinasiya şurasının üzvü qapalı bir strukturdur və "İP" üzvləri arasında bununla bağlı narahatlıqlar var: "Qərarlar qapalı şəkildə qəbul edildikdən sonra sessiyaya çıxarılır. Sessiyalarda irəli sürülən təkliflər isə qəbul olunmur. Deyilir ki, bu, mütləq koordinasiya şurasından keçməlidir. Bəzi hallarda isə koordinasiya şurasının iclasları Roma Papasının seçkilərinə bənzəyir. Hansı məsələlərin müzakirə olunacağı, hansı məsələlərin təklif olunduğu əvvəlcədən bilinmir. Qəbul olunan qərarlar birdən-birə sessiyaya çıxarılır".

İndi birdən bu söhbət gedib Vatikana çıxsa, görəsən "İctimai Palata"nın rəhbərləri nə edəcəklər? Məsələn, necə inkar edəcəklər ki, "İP" Vatikana alternativ qurum kimi yaradılmayıb? Deyirəm, gör özləri öz başlarına nə oyun açıblar ki, indi də qalıblar iki yol ayrıcında. Bilmirlər ki, qarşıdan gələn seçkilərə vahid namizəd seçsinlər, yoxsa "vahid papa"?

Tapdım! Qoy bütün katoliklərin müqəddəsinə məktubla etiraf müraciəti etsinlər. Bəlkə Papa bunların palatkalıq dərdinə bir əlac qıla. Biz də dua edərik...

RÖVŞƏN

Digər xəbərlər