PDF Oxu

Köşə

  • 1 406

İSA QƏMBƏR - QURBANLIQ QUZU...

İSA QƏMBƏR - QURBANLIQ QUZU...

Artıq Nazirlər Kabinetinin 2013-cü ilin Novruz, Ramazan və Qurban bayramları ilə əlaqədar qəbul etdiyi qərarı açıqlanıb. Məhz həmin qərardan sonra məlum olub ki, Azərbaycanda 2013-cü ilin prezident seçkiləri Qurban bayramına təsadüf edəcək. Ancaq məsələ hər hansı bayramın necə qeyd olunmaq ənənəsindən getmir. Belə ki, sözügedən qərara əsasən, Qurban bayramı oktyabrın 15-16-na düşür ki, həmin tarixdə də, yəni oktyabrın 15-də ölkədə mühüm siyasi hadisə - prezident seçkiləri keçiriləcək. Və əslində, maraqlı, eyni zamanda, xoş bir təsadüfdür. Bayram gününə təsadüf edəcək seçkilərdə hər kəs evdə olacaq və bu önəmli hadisədə vətəndaşlıq missiyasını rahat şəkildə gerçəkləşdirəcək. Marqlı təsadüfdür.

ÖZ SİYASƏTİNİN QURBANI

Amma belə bir məqamda seçkilərdə iştirak edəcək siyasi müxalifət "liderlərinin" dərhal sözügedən məsələyə cılız münasibət bəsləmələri də diqqətlərdən yayınmadı. Yəni "liderlərin" seçki kimi siyasi hadisə ilə həmin hadisəyə heç bir bağlılığı olmayan Qurban bayramını eyniləşdirmək cəhdi ictimaiyyətə növbəti populizm təsirini bağışladı.

Məsələ ondadır ki, Nazirlər Kabinetinin qərarı ictimailəşdirildikdən sonra Müsavat başqanı İsa Qəmbər facebook hesabında bu barədə xəbəri paylaşaraq belə yazıb: "Vahid namizəd Qurban bayramına hazırlaşsın" (?-M.)

Əslndə, bir cümlənin içində siyasi hədəfini açıqlayan Müsavat başqanı burada çox söz demək istəyib. Məsələn, İ.Qəmbər həmin status vasitəsilə, mehriban düşməni olan AXCP sədrinə ismarıc yollayıb ki, müxalifətin vahid namizədi özü olacaq. Ancaq buna baxmayaraq, Müsavat başqanı bir az da irəliyə gedərək, yenə də həmişəki kimi özünü qabaqcadan "qalib" elan edib. Bax, burada onun ciddi səhvi var. Çünki onun daha qabaqlar da bu kimi iddialarla çıxış etməsi son anda bayram deyil, matəm saxlamağı ilə nəticələnib. Və belə halları Azərbaycan xalqı ötən seçkilərdə kifayət qədər müşahidə edib. Ona görə də İ.Qəmbərin özü bilər, vahid namizəd olar, ya olmaz. Ancaq vahid namizəd olasa belə, onun Qurban bayramında özü tərəfindən yürüdülən yanlış siyasətin qurbanına çevrilməsi daha çox inandırıcı görünür. Hələ bir Qurban bayramına sağ-alamat, vahid şəkildə çıxsınlar, sonrasını xalq özü müəyyənləşdirəcək. Əslinə qalanda isə, xalq çoxdan hər şeyi yerli-yerində müəyyənləşdirib.

MÜBARİZ

P.S. Qurban bayramı demişkən, axı ay İsa bəy, bir neçə gün bundan qabaq hüquq müdafiəçisi Qurban Məmmədov da iddia etmişdi ki, müxalifətin vahid namizədi Əli Kərimli olacaq. Görəsən, bu da təsadüfidir?

Digər xəbərlər