PDF Oxu

Köşə

  • 1 682

...İŞLƏR OLDU ZAY

...İŞLƏR OLDU ZAY

Fransada mühacirət həyatı yaşayan ABU-nun eks və cinayətkar rektoru Elşad Abdullayev bu dəfə özü zibilə düşüb. E.Abdullayevin düşdüyü zibil o qədər qorlu-qoxuludur ki, hazırda bu adam zibil yeşiyinin dibinə qədər preslənib desək, yanılmarıq.

Bu gün "Azadlıq" və "Yeni Müsavat" qəzetləri və həmin qəzetlərin təhkim olunduqları AXCP və Müsavat partiyaları da "yeni qəhrəmanları" E.Abdullayev kimi sözügedən zibil yeşiyinin dibində preslənmiş şəkildə qalıblar. Çünki geriyə atılası yol da qalmayıb onlar üçün. Ona görə ki, E.Abdullayev sarsaq-sarsaq videogörüntüləri ilə millətin başını qatmağa başlayandan bəri olmuşdu dağıdıcı müxalifət "pressasının" genetik dədəsi. Az qala hər gün "Azadlıq" və "Yeni Müsavat" qəzetlərində "Elşad Abdullayevdən iqtidara daha bir videobomba həyəcanı" tipli anormal yazıların yer alması da göstərirdi ki, bu məsələnin arxasında elə bir real bomba partlayacaq ki, həm E.Abdullayev, həm də onu özlərinə genetik dədə hesab edən dağıdıcı müxalifət mətbuatı partlayış dalğasından pərən-pərən düşəcəklər.

BİRİNCİ BOMBA

Məsələ də ondadır ki, həmin reallıq bombası əslində iki dəfə partladı. İlk partlayış elə E.Abdullayevin özü tərəfindən bilməyərəkdən partladıldı ki, burada Rövşanə Əliyeva adlı bir qadının dağıdıcı müxalifət "liderləri" ilə əlbir olması məsələsi müxtəlif faktlarla gündəmə çıxdı. Bəlli oldu ki, bu dırnaqarası xanım bir müddət AXCP sıralarında, yerdə qalan müddətdə isə Müsavat partiyası sıralarında fəaliyyət göstərib, özü də 2003-2005-ci illərdə təşkil olunmuş dağıdıcı olaylarda yaxından iştirak edib. Ötən saylarımızda bu barədə müfəssəl məlumatlar dərc olunub ( "Səs" qəzeti, 27 dekabr 2012-ci il -R).

Başqa tərəfdən, R.Əliyeva AXCP-nin mərhum lideri Əbülfəz Elçibəyin zəhərlənərək, öldürülməsində aparıcı rol oynayan fərdlərdəndir və adlarıçəkilən digər şəxslərlə yanaşı, onun da adı sözügedən sui-qəsddə kifayət qədər hallanır.

İKİNCİ BOMBA

İkinci bombaya gəlincə isə, bu bombanı E.Abdullayev deyil, vaxtilə onunla bir yerdə cinayət əməlləri törətmək üçün itkin qardaşı Mahir Abdullayev tərəfindən 2000-ci illərin əvvəllərində ABU-ya cəlb edilmiş, sonradan isə intihar etmiş Svetlana adlı şəxsin Neman Kərimov adlı oğlu partladıb. Özü də sosial şəbəkələrdə!

Bilməyənlər üçün bir daha bildirim ki, vaxtilə DİN sıralarında xidtmət etmiş N.Kərimov adlı şəxs "Youtube" sosial şəbəkəsində şəxsi videosunu paylaşıb və həmin görüntülərdən bəlli olub ki, E.Abdullayevin cinayətləri bildiklərimizdən də artıqdır. Məlum olub ki, N.Kərimovun anası S.Kərimova buna qədər orta ümumtəhsil məktəblərin birində müəllimə vəzifəsində çalışıb və sonralar E.Abdullayevin qardaşı M.Abdullayev tərəfindən ABU-ya işə dəvət edilib. S.Kərimovaya tapşırılıb ki, onun işi saxta diplomlar, qiymət kitabçaları və tələbə biletləri satmaqdan ibarət olacaqdır. Yığılan pulların hər biri son qəpiyinədək, rektora - yəni E.Abdullayevə məxsusdur. Eyni zamanda, ABU tələbələrinə saxta qəbzlərin verilməsində də S.Kərimovaya müəyyən tapşırıqlar verilmişdi. Nəticədə, yüz minlərlə çirkili pullar E.Abdullayevin cibinə axıb. Ancaq məsələ bununla da sona çatmayıb. Belə ki, N.Kərimovun bildirdiyinə görə, E.Abdullayev S.Kərimovanın boynuna 2 milyon borc qoyub və qaytarılmasını tələb edib. Nəticədə, adıçəkilən xanım özünü öldürmək həddinə çataraq intihar edib. Onun borclarının bir hissəsini isə oğlu N.Kərimov daşınmaz əmlaklarını və avtomobilini satmaqla qismən ödəyə bilib. Hazırda adıçəkilən şəxs həmin videonu paylaşdığına görə, daha bir neçə faktların ortaya çıxacağını güman etmək mümkündür.

Nəticədə, yuxarıda qeyd etdiyim zibilə düşmək faktoru özünü kifayət qədər sübuta yetirib. Zibilə həm E.Abdullayevin özü, həm onu "qəhrəmana" çevirərək özlərinə genetik dədə hesab edən dağıdıcı müxalifət mətbuatı, həm də AXCP və Müsavat "liderləri" düşməklə preslənmiş vəziyyətdə qalıblar. Bir ara mahnısında deyildiyi kimi: Vay, vay, vay, vay, vay, işlər oldu zay! Bəs bu zibilə nə deyirsiniz "bəylər"?!

RÖVŞƏN

Digər xəbərlər