PDF Oxu

Köşə

  • 1 142

ÖLÜDƏN QAZANC GÜDƏNLƏR

ÖLÜDƏN QAZANC GÜDƏNLƏR

Məlum Elşad Abdullayev videoqalmaqalından sonra həmin görüntülərdə yer alan Sevinc Babayevanın Türkiyədə fəaliyyət göstərən xəstəxanaların birində ürək çatışmazlığı diaqnozu ilə vəfat etməsi "Azadlıq" və "Yeni Müsavat" manşetlərində sanki "dədədən gələn xoş xəbər" kimi verildi. Bu kimi hadisə fonunda, yəni S.Babayevanın ölümü ətrafında müxalifət mətbuatında irəli sürülən "mülahizələrə", "versiyalara" başlanıldı, nə başlanıldı! Biri dedi ki, o, "zəhərlənərək ödürülüb", digəri dedi ki, S.Babayevanın ölümü "kimlərəsə sərf edir", daha birisi də dedi ki...

Bir sözlə, düşərgədə birdən-birə hamı dönüb oldu "ağıllı", hamı oldu "kriminalist" və "vəkil".

Elşad Abdullayev öz tələsinə düşüb

Ancaq insanı düşünməyə və nəticə çıxarmağa vadar edən daha bir səbəb var. Dünənə qədər E.Abdullayevin S.Babayevanı ittiham etməsi, sonradan, yəni S.Babayeva vəfat etdikdən onun dərhal "Yeni Müsvat" və "Azadlıq" qəzetlərində "mən Sevincə demişdim ki, həyatına təhlükə yarana bilər" tipli açıqlamalar verməsi həmin nəticə çıxarışlarının tərkib hissələrindən biridir. Və buradan da aydın olmağa başlayıb ki, əslində, E.Abdullayevin özü ictimailəşdirdiyi videogörüntülər səbəbindən çıxılmaz tələyə düşüb, müxalifət mətbuatı da onun müdafizəsinə qalxıb...

Və bu gün S.Babayevanın guya zəhərləndirilərək ödürülməsi iddiasını irəli sürən müxalifət mətbuatının başbilən fərdləri nədənsə demirlər ki, onun ölümündə, yəni həyatını itirməsinin əsas baiskarlardan biri də məhz E.Abdullayevin özüdür.

Müxalifətə sərf etməyən versiya

Eyni zamanda, dünənə qədər S.Babayeva haqqında min-bir cür şaiyələr yayaraq, gündəmdə qalmağa çalışan müxalifət mətbuatının da S.Babayevanın ölməsində xüsusi əməyi mövcuddur. Əgər həmin tərəflər müxtəlif cür sərsəm iddialarla çıxış edirdilərsə, demək, bu hal vəfat edən tərəfin intihar səbəbindən, ya da ürək çatışmazlığından ölməsi ilə nəticəsini tapa bilərdi. Ancaq bu versiya, qeyd etdiyim kimi, müxalifət mediası tərəfindən səsləndirilməyib. Çünki bu versiya onlara sərf etmir.

Bəs nədir onlara sərf edən məsələ? İlk növbədə, müxalifət mətbuatının "versiyalarına" nəzər salarkən, demək mümkündür ki, onların işləri-gücləri yalnız mikrob və parazitlər kimi öz infeksiyalarını sağlam cəmiyyətə yoluxdurmaq cəhdlərindən ibarətdir. Kifayət qədər yalan və ajiotajlar fonunda sabotaj yaratmağa səy göstərən həmin infeksion mikroblar burada bir əsas məsələni unudublar ki, Azərbaycanda istənilən parazitlərə qarşı mübarizə aparılır və həmin parazitlərin kökləri kəsilir. Yəni həmin parazitlər cəmiyyət içində varsa, onlara qarşı mütləq şəkildə ciddi ölçülər götürülməkdədir. Bu baxımdan, irəliyə gedərək, zamanı qabaqlamağa çalışan, hətta ölülərdən belə faydalanmağa, qazanc əldə etməyə səy göstərən müxalifət mətbuatının başbilənləri bunu özlərinə görk etməlidirlər. Bilməlidirlər ki, belə həssas məqamlarda "ağıllı" görünmək istəməyin özü, əslində, ağılsızlığın yekəliyidir.

Rəsmi xəbərə inanmaq lazımdır, cənablar!

Ona görə də ən düzgün nəticə çıxarmaq rəsmi açıqlamalara nəzər salmaqdan ibarətdir. Belə ki, S.Babayevanın dünyasını dəyişməsi barədə xəbərlər yayıldıqdan bir müddət sonra, rəsmi olaraq, həmin məlumat həm Azərbaycanın Baş Prokurorluğu tərəfindən, həm vəfat etdiyi İstanbul şəhərindəki hospitaldan, eləcə də, İstanbul Prokurorluğu tərəfindən təsdiqləndi. Eyni zamanda, S.Babayevanın oğlu da dekabrın 27-də saat 16:00-da Bakı şəhər Prokurorluğuna zəng edərək, anası Sevinc Babayevanın Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən hospitallardan birində ürək xəstəliyindən (!-R.) vəfat etdiyini bildirmişdi.

Maraqlıdır, insan ürək xəstəliyindən vəfat edir, onun ürək xəstəliyindən vəfat etməsini ən yaxın doğması təsdiqləyir, tamamilə yad insanlar bu real xəbəri öz arzuları və istəkləri fonunda dəyişdirərək, çaşqınlıq yaratmağa səy göstərirlər. Məgər bunun özü, ölüdən qazanc güdmək kimi bir şey deyilmi? Məncə, rəsmi xəbərə inanmaq lazımdır, cənablar!

RÖVŞƏN

Digər xəbərlər