PDF Oxu

Köşə

  • 1 211

DAHA BİR SÜBUT

DAHA BİR SÜBUT

İsmayıllı hadisələri arxasında cəbhəkratların və müsavatxorların siyasi motiv axtarmaları fonundakı bəzi sual yaradacaq məsələlər, eləcə də, qaranlıq müəmmalar ortaya çıxmaqdadır. Həmin müəmmalardan və sual doğuracaq məsələlərdən biri də odur ki, rayon əhalisinin kütləvi iğtişaşlara getmək cəhdlərini siyasi motivlərə bağlı olduğunu iddia edən dağıdıcı müxalifət mətbuatı nədənsə həmin hadisənin məhz gecə saatlarına qığılcım almasının fərqinə varmırlar. Yaxşı, bəs onda fərqinə alsalar, nə ola bilər ki? Məsələn, belə qənaətə gəlmək mümkündür ki, əgər iğtişaşlar, həqiqətən də, gecə saatlarında (buna isə heç bir şübhə yoxdur - R.) baş qaldırıbsa, burada ümumiyyətlə, aksiyadan-filandan danışmağın, yazmağın yeri yoxdur. Gəlin özümüz nəticə çıxaraq. Camaat gecə vaxtı oturub öz evində-eşiyində, ailəsi ilə çay içir, söhbət edir, televizorda maraqlı verilişlərə tamaşa edir və s. Birdən hər kəsin yadına düşür ki, bəs İsmayıllıda vəziyyət xarabdır və küçələrə çıxıb iğtişaşlar törətmək lazımdır. Axı burada riyazi dillə desək, ümimiyyətlə, mütənasiblik anlamı mövcud deyil. Yəni burada tərs mütənasiblik hökm sürür.

İkincisi, təbii qarşılamaq lazımdır ki, hər yerdə, eləcə də, İsmayıllı rayonunda da barlar, restoranlar, digər iaşə obyektləri fəaliyyət göstərirlər, özü də gecə-gündüz. Və əgər nəzərə alsaq ki, İsmayıllı rayonu həm də turizm sahəsində öndə gedən regionlarımızdanır, onda belə qənaətə gəlmək mümkündür ki, ölkənin müxtəlif yerlərindən oraya dincəlməyə gedənlər çoxluq təşkil edirlər. Söz yox ki, həmin əyləncələrdə müxtəlif spirtli içkilərdən istifadə edənlər də tapılır. Tapılır və arzuolunmaz hadisələrə rəvac verən həmin o iki nəfər şəxs kimi aşırı sərxoşluğa düçar olub, xuliqanlıq törədənlər də zaman-zaman hüquq-mühafizə orqanları tərəfindən lazımi qaydalarda məsuliyyətə cəlb edilirlər. Təəssüf ki, bu dəfə də belə oldu. Aşırı sərxoş vəziyyətdə olan iki nəfərin İsmayıllı rayonunun mərkəzində avtoşluq, insanlara qarşı xuliqanlıq etmələri nəticəsində "Çıraq" otelinin üzərinə düşən elektrik dirəyi güclü yanğına səsəb oldu. Baş verən hadisə isə belə qənaətə gəlməyə əsas verir ki, burada siyasi motivlərə əsaslanan heç nə yoxdur, ola da bilməz. Bu da bir sübut!

ROMANTİK VƏ SİYASİ YUXULAR

Təbii ki, hadisə rayon mərkəzində baş verdiyi üçün, həmin hadisəni görənlər də olub. Fəqət, xuliqanlıq edib, söyüş söyənlərin əhali tərəfindən nəzkətli davranmaq çağırışlarına məhəl qoymamaları vəziyyəti daha da gərginləşdirib. Nəticədə... Yəni sonrası hər kəsə məlumdur.

İndi gəlin görək, burada siyasi tələblər harada dayanıb? Bəlkə cəbhəkrat və müsavatxorların "liderləri" həmin gecə yatdıqları zaman, təsadüf nəticəsində İsmayıllı gecələrini vəsf edən eyni romantik siyasi yuxular görməyə başlayıblar? Ona görə də dərhal "İctimai Palata"nın "təcili" toplantısını keçirərək, yuxularında gördükləri siyasi motivlər haqqında cəfəngiyyatlarla dolu bəyanatlar səsləndiriblər.

Belə çıxır ki, Əli Kərimli "Çıraq" otelinin üstünə düşən elektrik dirəyinin başında ona sarılaraq, yuxuya gedib və ayıldığı zaman hadisələrin "canlı" şahidinə çevrilib. Ya da döyülən taksi sürücüsü təsadüfən İsa Qəmbərin yaxın qohumu çıxıb və dərhal baş verənlərin "siyasi motivdə" cərəyan etməsini başqana çatdırıb.

SİYASİ DƏYYUSLUQ VƏ NADÜRÜSTLÜK

Yəni kor-kor, gör-gördür ki, burada söhbət məişət zəmnində gedən xuliqanlıqdan və həmin xuliqanlıq səbəbindən yaranmış iğtişaşdan gedir. Camaat dövləti, hakimiyyəti təhdid etmir, camaat vəziyyəti gərginləşdirən həmin iki şəxsin törətdiyi hadisədən qeyzlərini gizlədə bilmir. Belə hadisələr isə çox incə məqamlara söykəndiyinə görə, polis nəzarəti də gücləndirilir. Çünki ölkədə belə məsələlərin baş verməsində siyasi maraqlarını güdənlər az olmadığı kimi, ölkə xaricində də bu kimi nadürüstlər çoxdur, özü də lap çox. Belə olan halda, xalqın bir parçası olan İsmayıllı camaatı da anlamalıdır ki, İsa Qəmbər və Əli Kərimli kimi siyasi dəyyusların nadürüstlükləri məhz belə hadisələrdən qidalana bilər. Ona görə də, bu kimi zərərverici parazitlərin çoxalmaması üçün, ilk növbədə, daim dövlətə sadiqliyi ilə seçilən İsmayıllı camaatı, İsmayıllı gəncləri küyə getməməlidirlər.

Hadisələrin siyasi motivlərə əsaslandığını iddia edənlər isə yaxşı olardı ki...

RÖVŞƏN

Digər xəbərlər