Haqqında bir çox gerçəklər üzə çıxan reneqat Rüstəm İbrahimbəyovun niyə son vaxtalar bu qədər aqressivləşməyə doğru meyillənməsinin səbəbləri bəlli oldu. Əslində, bu kimi bəlliolmalar çoxdan mövcuddur və nəticə etibarilə prosesləri izləyən hər kəs yaxşı bilir ki, Rüstəm "bəy" nəyə görə bu qədər coşmağa başlayıb və əsəblərini cilovlamaqdan məhrum olub. İlk öncə, ona görə ki, müəyyən dövlət strukturları onun dələdüzluq əməllərini üzə çıxarıb və onu ictimailəşdirib. İkincisi, R.İbrahimbəyov çox gözəl bilir ki, onun vicdanı Azərbaycan xalqının qarşısında nə qədər ucuz təsir bağışlayır. Üçüncüsü isə, reneqatlar "bəyi" anlamalıdır ki, hərgah bir fərd təmsil etdiyi xalqının müqəddəs hesab etdiyi ümumxalq ziyarətgahını - yəni Şəhidlər Xiyabanının ətrafını özəlləşdirərək, orada əyləncə kompleksi tikmək istəyirsə, demək, onun haqqında irəli sürülən ittihamların hər birində kifayət qədər haqlı məqamlar mövcuddur.
Ancaq bu fərd onun haqqında deyilən hər bir həqiqətə qıyqacı baxmaqla yanaşı, bu həqiqətə dəstək verənləri də təhiqr etməkdən çəkinmir. Belə ki, R.İbrahimbəyov ölkədə fəaliyyət göstərən saytların birinə verdiyi yazısında bütöv bir Azərbaycan hakimiyyətinə qarşı iftira dolu həqarətlər edib. Söz yox ki, belə rəzil və aşağı təxəyyüllü yazıları dərhal öz səhifəsində işıqlandıran "Azadlıq" qəzeti də aman verməyərək, dərhal reneqatın həmin yazısını da öz səhifəsində yerləşdirib. Yəni bundan təəccüblənmək lazım deyil.
Və əslində, özünə "ziyalı" deyərək mənasız fəaliyyətini ictimaiyyətə sırımağa cəhd edən R.İbrahimbəyovun sözügedən yazısında "acgöz", "şərəfsiz" kimi ifadələrə yer verməklə, öz "mədəniyyət səvissəyisni" ortaya qoyub. Daha dəqiq desək, o, ziyalı olmaması ilə yanaşı, həm də nə qədər acgöz və şərəfsiz olduğunu sübuta yeritmiş oldu. Çünki millətinə, vətəninə, xalqına, dövlətçiliyinə qarşı çıxana başqa ad vermək də doğru deyil. Bu səbəbdən də, çox düzgün buyurursan Rüstəm "bəy"! Sən, həqiqətən də, ŞƏRƏFSİZLİYİN və ACGÖZLÜYÜN ucbatından bu qədər alçaqlıqlara və rəzilliklərə düşürsən. Düşdükcə isə həmin əlamətlər səndə daha çox görünməyə başlayır.
Bu gün "Ziyalılar Forumu" adından "Mlli Şura", ya da "üçüncü qüvvə" kimi adlar qoşub guya xalqın maraqlarından çıxş etməyini bəyan edincə, Rusiyada yaşayan azərbaycanlı iş adamlarına nə qədər pul atdığını açıqlasan, daha düzgün olmazmı?
Yaxud "Azadlıq" kimi murdarxananın sarı səhifələrində dövlətçilik əleyhinə yazılar dərc etdirməklə, elə bilirsən ki, 2013-cü ildə hər şey məhz sənin istədiyin kimi sonuclanacaq? Yazıq binəva, buna gələndə tərəflərini saxladığın dağıdıcı müxalifət "liderləri" düz 20 ildir ki, ha bu gün, ha da sabah hakimiyyətə gəlirdilər. Görünür, sən də həmin sağalmaz xəstəliyə bulaşmısan. Ona görə də xəstəliyinin digərlərinə yayılmaması üçün çox sevdiyin Ermənistana, oradakı Daşnaksütyunlu dostun Roman Balayanın yanına cəhənnəm olub gedə bilərsən. Çünki Azərbaycana sənin kimi xəyanətkar və satqınlar lazım deyil. İndi get yenə "Azadlıq"da erməni qardaşlarının xoşlarına gedən yazılar, məqalələr çap etdir. Bəlkə sənə daha çox görüm-baxım edərlər.