PDF Oxu

Köşə

  • 1 436

Oğru Serjdən doğru cavab, yoxsa Rusiyanın yeni gedişi

Oğru Serjdən doğru cavab, yoxsa Rusiyanın yeni gedişi

Əlinə avtomat alıb Xocalı soyqırımını törədən Serj Sarkisyan həmişə sərsəm bəyanaları ilə diqqət mərkəzində olub. Ermənistan prezideniti daha uzuğa gedərək, AŞPA-da milyonların gözü qarşısında Xocalıda törətdiyi soyqırımına həyasızcasına özünü qəhrəman qiyafəsində təqdim etmişdir. "Biz sübut etdik ki, bu səddi aşa və dinc əhalini məhv edə bilərik" dedi və Avropa siyasətçiləri onun bu sözlərini sükutla həzm etdilər. Bu mənfur erməni obrazı, o isə soyuq avropalı sifəti. Düz 20 ildir biz bu iki məngənə arasında sıxılmaqdayıq... Dərd məgər birdir-ikidir?! Həm də atalar demişkən, dərd-dərd üstə gəlməsə, bir dərdə nə var?

Söz sözü, fikir fikri çəkdi və biz mətləbdən uzaqlaşdıq. Sözümüzün arasına bal qoyub, əvvəlki söhbətimizin üzərinə qayıdırıq. Serj Sarkisyanın tez-tez sərsəm bəyanatlar verməsindən danışırdıq. Son vaxtlar o, ağzını bir qədər xeyirliyə açıb. Serj deyir ki, biz bütün xalqlarla, o cümlədən, qonşu azərbaycanlılarla da dinc yanaşı yaşamağa hazırıq. Oğrudan doğru xəbər? Adam qulaqlarına inanmır. Axı sonuncu danışıqlar zamanı da cığallıq edən yenə də Ermənistan tərəf idi. Burada Serj Sarkisyanın da barmağı olmamış deyildi. Uğursuz danışıqlardan bir az sonra Serj Putinə də, Kalyujnıya da şikayət etmişdi ki, bu azərbaycanlılar həmişə dinc danışıqları pozur.

İndi gün haradan doğdu ki, bu bədnam erməni prezidenti o gül ağzından bizimlə dinc yanaşı yaşamağın mümkünlüyü ifadəsini çıxardı? Serj sözü ağzından bişirməmiş çıxardığından ifadə çiy təsiri bağışlayırdı. Fakt isə o idi ki, deyilmişdi. İndi maraq doğuran sual o idi ki, görək o, dediyi sözün üstündə duracaqmı? Azərbaycan tərəf öz şərtini qoyub. Yeganə dəyişməz şərt odur ki, Ermənistan öz ordusunu işğal edilmiş ərazilərdən çıxarmalı və qaçqınlar öz yurd-yuvalarına dönməlidirlər. Digər məsələlərə bundan sonra baxılacaq. İndi Serj qayıdıb desə ki, "ilkin şərt Qarabağ ermənisinin öz müqəddəratını təyin etməsidir", o vaxt dairə yenidən qapanacaq.

Ancaq yox, Serj öz bəyanatını verərkən gülümsəmişdi. Deyəsən, bu bəyanatdan reallıqdan çox məkr qoxusu gəlir. Güman ki, onun ipini çəkən forpost üzrə rəhbər Rusiyadır. Serj də, xalaxətrin qalmasın yalançı bəyanat verə, sonra isə həmişəki kimi sözünün arxasından qaça bilər. Bəs Rusiyanı erməni ipini çəkməyə nə vadar edə bilər? Bu suala cavab tapmağa çalışacağıq.

Azərbaycan-Rusiya münasibətləri qarşılıqlı əməkdaşlıq şəraitində davam edir. Ancaq Qəbələdəki radiolokasiya stansiyası Moskvanın əlindən çıxdıqdan sonra, yuxularına haram qatılıb. Əvvəl istəyirdilər görüsünlər Bakı stansiyanı kimə icarəyə verəcək və bundan sonra müvafiq reaksiya göstərilməli idilər. Azərbaycan tərəf mətləbi anlayıb, belə bir bəyanat verdi ki, RLS-in yerində yeni turizm bazası inşa ediləcək. Sözsüz ki, Qəbələdə işləyən 1400 hərbçi mart ayının ortalarınadək gedəcək. Hələ köç başa çatmayıb. Cəbhə xəttində ermənilər müharibənin başlaması üçün ciddi bəhanə tapa bilmirlər. Onlar atəşkəsi pozur, biz isə düşməni cavab atəşi ilə susdururuq. Ermənilər də başqa bəhanə tapdılar. Dedilər ki, Xocalı aeroportundan beynəlxalq uçuş reysləri başlayacaq. Biz də sərt şəkildə dedik ki, təyyarənizi vurub yerə salacağıq. Vəziyyətin daha da gərginləşməsini gözləyən Rusiya Ermənistan sərhədi boyu üzü işğal edilmiş torpaqlara baxan zenit-raket kompleksi düzdü və Azərbaycanın şimal sərhədinə hərbi texnika topladı, üstəlik, Xəzərə hərbi gəmilər buraxdı, Rusiyada yaşayan azərbaycanlıların deportasiyasından danışdı və s.

Azərbaycan tərəfin dözüm nümayiş etdirməsi Rusiya siyasətçilərinin əsəblərini tarıma çəkdi. Odur ki, Serjə göz basdı ki, sonuncu bəyanatını dövriyyəyə buraxsın. Serj də "Yest!" deyib, əmri icra etdi. Bundan sonra forpost sahibi Serjə hansı əmri versə, o da gözünü yumub, avtomatik şəkildə ağzını açmaqdan başqa heç bir hərəkətə yol verməyəcək. Moskva isə bütün diqqətini Suriyaya yönəldib. Deyir ki, Türkiyə sərhədindən Suriya tərəfə tuşlanan "Patriot" raketləri Ermənistana qarşı yönəldilib və s. Bəşər Əsəd Rusiya hərbi gəmisində təhlükəsiz yerdədir. Deyir ki, məni öldürsələr, İsraili və Misiri bombalayın. Rusiya öz vətəndaşlarını Suriyadan çıxarır. Gözləyək görək sonra nə olacaq?!

Digər xəbərlər