Bədnam yazıçı və kinorejissor Rüstəm İbrahimbəyova dərin hiddət və qəzəb hissi ilə
Sən bir yazıçıydın, ad-sanın vardı,
Qocaldın, sözünə baxmadı ardın,
Oxucu da sezdi, düşüncən dardı,
Bu xalqa sərt şıllaq atma, a kaftar!
Siyasi girdaba batma, a kaftar!
Rusca povestini oxuyan zaman,
Adamı min şübhə bürüyür yaman,
Beyninə Putinmi doldurub saman?
Yoxsa çastuşkamı səni etdi məst?
Niyə oldun qatı slavyanpərəst?
Ermənilər getdi... xeyli pəsdədin,
Özünə rusdilli "bakinets" dedin,
Qaçqınlar gələndə, "mesto net" dedin,
Dığasız itirdin həvəsi belə,
Aldın öz dalından nəfəsi belə.
Hərifsən... de, kimi hərifləyirsən?
Yesir uğursuzu tərifləyirsən,
Qocaldıqca yaman xərifləyirsən,
Əqidən-erməni məftunu, əvət,
Yasına da haylar edilər dəvət.
Biləndə kəsilib "gəlir sələmin",
Korşalıb əməlli urus qələmin,
Gorbagor vaxtında artıb ələmin,
Qəbristan, gen sahə əlindən çıxdı,
Söyüşlər naqafil dilindən çıxdı.
Orda studiya... burda restoran...
O torpaq sahəsi... bu bütöv aran...
Qoymaq istəyirdin paytaxtı viran,
İştahana xeyli tət de, a kaftar!
Xalqın malı xalqa getdi, a kaftar!