PDF Oxu

Köşə

  • 2 845

İqbal Ağazadə neçə ildir ki danışır, amma...

İqbal Ağazadə neçə ildir ki danışır, amma...

Çoxdandır ki, "Ümid" sədri İqbal Ağazadənin bu qədər "odlu-alovlu" çıxışını görmürdüm. Axrı ki, Milli Məclisin yaz sessiyanının ilk günündəcə bu "çıxışını" etməyə nauil oldu. Düzdür, bir balaca çox uzatdı və həmin uzatma məsələsi digər deputatların hüquqlarını pozdu. Yəni reqlamentə fikir verməyərək, hörmətli Ziyafət Əsgərovun tənqidinə mətuz qaldı. Ancaq məsələ yalnız budurmu?

Əlbəttə, deyil. Çünki məsələnin başqa tərəfi də var ki, burada İ.Ağazadə özünü lap... Nə isə, "Ümid" sədrinin çıxışı həm də məni uzaq-yaxın 2003-cü ilin 15-16 oktyabr hadisələrinə qədər apardı. Onun Leninin abidəsinin yerinə çıxaraq, əlini Vladimir İliç kimi irəliyə uzatması səhnəsi heç vaxt mənim təsəvvürümdən silinməz. Xatirimdədir ki, həmin zamanlar mən "Səs" qəzetində yaradılan "Sözün qısası" rubrikasında belə bir başlıqlı yazı da yazmışdım: "İqbal Ağazadə, yoxsa Lenin Ağazadə?"

Millət Əkrəmin xəyanətindən danışır, bu isə...

Bu dəfə də belə oldu. İ.Ağazadə MM-in iclasında gündəlikdə dayanan məsələləri bir kənara qoyaraq, tamamilə başqa mövzulardan danışmağa başlayıb. Nəticədə, Ziyafət Əsgərov da onu susdurmağa məcbur olub. Ona görə ki, parlamentdə ölkə üçün daha önəmli məsələlərin müzakirəsi dayanıb. Yəni millət Ə.Əylislinin xəyanətindən danışır, bu da durub "Seçki Məcəlləsi belə gəlidi", "sərbəst toplaşmaq azadlığı da belə getdi" timsalında zəhlə tökməyə başlayıb. Millət fikirləşir ki, necə olub ki, Azərbaycanda hələ də belə qanıpozuqlar mövcuddur, bu da durub yenidən Leninlik etmək eşqinə düşüb. Qoymayıb ki, yerdə qalan millət vəkilləri Ə.Əylisilinin şeytançılığını tənqid etsinlər. Bilirsiniz niyə?

Məsələn, şəxsən mən belə anlayırlam ki, İ.Ağazadə deputat olmayan dağıdıcı müxalifət həmkarlarının "siyasətini" parlamentdə işə salmağa cəhd göstərib. Onun özü də yaxşı bilir ki, əslində, Ə.Əylisli onlardan qətiyyən fərqlənməyən zadlardandır. Ancaq bu məsələnin parlamentdə müzakirəyə çıxarılması müxalifətin gündəmdən çıxması ilə nəticələnib. Düşərgənin gündəmdən silinməməsi üçün isə, Ə.Əylisili məsələsini bir kənara itələmək lazım idi. Yəni mövzunu dəyişmək İ.Ağazadənin əsas məqsədlərindən biri idi. Amma nə qədər çaba göstərsə də o Ə.Əylisli məsələsini müxalifətlə əvəzləyə bilmədi. Nəticədə, hirslənib zalı tərk etdi. Hətta deyilənlərə görə bir paranormal qara daş da onun dalınca çölə çıxdı. Bu, artıq bizlik deyil...

Ştrasser də bir tərəfdən, yazıq İqbalı pis vəziyyətdə qoyub

Başqa tərəfdən, İ.Ağazadə AŞPA-da siyasi məhbuslar üzrə məruzəçi Ştrasserin siyasi məhbus siyahısının keçməməsindən də qeyzə gəldiyini büruzə verib. Yəni Ştrasserin hesabatının keçməməsini əsil azərbaycanlılardan fərlqi olaraq, sevinmədiyini etiraf edib. Nə deyəsən, İqbaldı daaa. Onun kimi "Azərbaycan, Azərbaycan" deyib o qədər artistlik edən müxalifət "liderləri" var ki! Adama deyərlər ki, bu qədər Azərbaycan sevənsənsə, sən də həmkar deputatların kimi ortaya çıxıb Ə.Əylislini tənqid edərdin. Amma etmədin. Ona görə də bəsdir ay, İqbal, gah Lenin olursan, gah Stalin, gah da Hitler. Bir dəfə də qayıt AZƏRBAYCANLI OL DA, ƏHH!

Digər xəbərlər