PDF Oxu

Köşə

  • 1 231

Dünən heç danışmırdılar...?

Dünən heç danışmırdılar...?

REAL hərəkatının sədri İlqar Məmmədovun və Müsavat başqanının müavini Tofiq Yaqublunun törətdikləri əməllərinə görə qanun qarşısında cavab verəcəkləri gözlənilən idi. Amma məsələ təkcə bunda deyil. Məsələ həm də belə qənaətə gəlməyə imkan yaradır ki, Azərbaycan gündəmini zəbt etmiş Əkrəm Əylsili mövzusu ölkə ictimaiyyətinin ciddi və kəskin qınağına səbəb olduğu müddətdə danışmayan tərəflər artıq yekə-yekə bəyanatlar səsləndirərək yenidən "kuklalıq" etməyə başlayıblar.

Yoxsa Əkrəm Əylisli belə gəldi, Əkrəm Əylisli elə getdi...

Yəni dünənə qədər susanlar bu gün partiyaları adından T.Yaqublunun və İ.Məmmədovun müdafiəçilərinə çevriliblər. Çünki ortada Azərbaycana qarşı növbəti qərəzlər və vicdansızlıqlar törətməyə imkan yaranıb. Seçkilər ərəfəsində belə "imkanı" əldən vermək" isə onlar üçün "yolverilməzdir". Nə yaxşı ki, T.Yaqublu və İ.Məmmədov var və nə yaxşı ki, onlar məlum əməllərinə görə tutularaq, istintaqa cəlb ediliblər. İndi cəbhəkratlarla müsavatxorların, eləcə də, digər etiraz bəyanatları yayan siyasi fırıldaqçıların kefləri yerinə gəlib. Yoxsa Ə.Əylisli belə gəldi, Ə.Əylisli elə getdi, vətən xaini, satqın, ermənipərəst nə idi ki, gündəmi zəbt etmişdi. Hayıf deyil həbslər, qaçhaqaçlar, tuthatutlar?Üstəlik, Ştrasserin "siyasi məhbus" məsələsi iflasa uğradıqdan sonra daha "məqbul" ifadə meydana çıxıb - "vicdan məhbusu" (?!). Yəqin həbs olunanların, həqiqətən də, vicdanları filanları yoxdur və onların həbs edilməsi nəticəsində hər biri özlərində "vicdan" anlayışını" tapıblar. Bu səbəbdən də, dönüb olublar "vicdan məhbusu". Maraqlıdır...

Bəs onda Tofiq Yaqublunun başqan müavinliyini Müsavatın harasına bağlayaq?

Ancaq başqa bir maraqlı fakta da nəzər salaq. Məsələn, AXCP, KXCP, ADP, ACP öz bəyanatlarında T.Yaqublunu Müsavat başqanının müavini kimi təqdim edirlər, fəqət, Müsavat partiyası onu həm başqan müavini, həm də "Yeni Müsavat"ın köşə yazarı qismində təqdim edirlər. Və maraqlısı da odur ki, T.Yaqublunu jurnalist kimi görməyən müxalifət partiyalarından (çünki bəyanatlarında onun "Yeni Müsavat" qəzetinin yazarı olması haqqında heç nə deyilməyib - R.) fəqrli olaraq Müsavat partiyasının bəyanatında o jurnalist (?-R.) adında göstərilir. Demək, Müsavat tərəfi "jurnalist" adını ortaya atmaqla Qərbdəki ağalarına yeni anti-Azərbaycan donosu hazırlayacaq və bar-bar bağıracaq ki, T.Yaqublu jurnalistir, Azərbaycanda media təmsliçilərinin hüquqları pozulur, tapdanır və s. Yaxşı, tutaq ki, T.Yaqublu elə "jurnalistidr", bəs onda onun başqan müavinliyini Müsavatın harasına bağlayaq? Bax, məsələ də bundadır ki, qaşınmayan yerdən qan çıxartmağa alışmış belə ünsürlər indi də gündəmi belə məntiqsiz-məntiqsiz şeylərlə doldurmağa çalışacaqlar. Ancaq nə qədər çalışsalar da Ə.Əylisli məsələsini üstələyə bilməyəcəklər. Çünki Ə.Əylsili onların hər ikisindən - T.Yaqubludan da, İ.Məmmədovdan da qatı cinayətkardır. Ona görə də dünənə qədər Ə.Əylisli məsələsində danışmayan, mövqe bildirməyən tərəflər bu barədə də camaatın zəhləsini tökməsinlər. Çünki belə bir həssas məqamda camaat onları da qabağına qatıb, kürüyər Xəzərə tərəf...

Digər xəbərlər