Bəlkə də hələ uzun müddət bundan sonralara qədər Əkrəm Naibovun (vaxtilə Əylislinin) "Daş yuxular"ı ictimaiyyət arasında nifrətlə qarşılanacaq, müxtəlif müzakirələrə səbəb olacaq. Ancaq hər şeyə rəğmən, burada Əkrəmə yekə bir "təşəkkür" düşür. Çünki onun "Daş yuxular"ı uzun illər ürəklərində nəhəg bir ERMƏNİ SEVGİSİ kimi ilanı yatıran fərdlərin dilə gəlmələrinə şərait yaratdı. Yəni camaat da bildi ki, milliyyəti şəxsiyyət vəsiqəsində azərbaycanlı yazılan, lakin gerçək həyatda erməni qədər rəzil və alçaq olanlar kimdir və bundan sonrada kim olacaq.
Əkrəmə atılan tulapayından onların da "qismətlərinə" nə isə düşər
Özlərini "postmodernist yazar" kimi qələmə verənlərin əksər çoxluğu bu gün Ə.Əylisinin müdafiəçisinə çevrilib, onu az qala "terror qurbanı" olduğunu bar-bar bağırırlar. Ancaq həqiqətdə həqiqi terrorun nə olduğunu belə, bilmirlər. "Ə.Əylsili bu yaşında belə hücumlara layiq deyil" deyə çığırqanlar sadəcə erməniçilik sevdaları arxasında dividend axtarışına çıxmaqla məşğuldurlar. Axı hazırda Ermənistanda Azərbaycanda gedən proseslər diqqətlə izlənilir. Bəlkə Əkrəmə atılan tulapayından onların da "qismətlərinə" nə isə düşər. Və bunun da adını qoyublar "ədəbi postmodernizm". Demək, belə çıxır ki, millətini təhqir et, sonra da adını qoy ki, bu, "posrmodernizmdir" və cəmiyyət yaradıcının "azad fikrinə" hörmətlə yanaşılmalıdır. Artıq, yetər! Bu qədər təhqirə bu qədər rəzilliyə yetər!!!
Lənət xaçına da, əkrəminə də!
Bu gün özünə Mövlud təxəllüsü götürən Günel də (Günel Mövlud-R.) özünü lap axrıncı yola qoymuş tərəf(keş) kimi ortaya atıb. Əkrəm olub onun üçün bir Anuş irisi, bir erməni konyakı, ya da bir Arinberd markalı erməni siqareti. Başlayıb onu müdafiə etməklə, millətin gözünə girən boynundakı xaçını təbliğ etməyə. Özü də nə pravoslav nə də ki, digər xristian kilsəsi xaçını - düz ERMƏNİ QRİQORİAN XAÇINI...
Əslində, bu, onun öz işidir. İstəyir sabahları boynundan İT SÜMÜYÜ asıb desin ki, indi də dini "əqidəm" Afrika cəngəlliklərinin adamyeyənlər tayfasının inancıdır. Çünki Azərbaycanda dini əqaidə azadlığı hər zaman mövcud olub. Amma...
Amma həqiqət budur ki, əgər bir adam ki, durub dədə-baba dinini, mənəviyyatını dəyişə, gedə boynundan erməni xaçı asa - bax buna deyərlər özünü axrıncı yola qoymaq. Bundan sonra min dəfə desin ki, mən xəyanətkar deyiləm. Əgər sən atanın-ananın, nəsil-nəcabətinin getdiyi yolu getməkdən imtina edib, tamamilə əks-mövqedə dayanırsansa, etdiyin yam-yamlığa başqa hansı adı vermək olar? Üstəlik, Əkrəmin müfadiə etməklə!
Bildiyim qədər özünü müasir ədəbiyyatın əvəzolunmaz yazarı kimi cəmiyyətə sırıyan Günel Mövlud həm də bir Qarabağ qaçqınıdır. Ancaq onun həmin qaçqınlıqda hansı payının olması mənə çox maraqlıdır. Əgər sən erməni zülmünə uğramış on minlərlə Qarabağ qaçqınları sırasındasansa, demək, sən boynundan erməni xaçı asmamalıydın, Əkrəmi də müdafiə etməməliydin. Yox, əgər dediklərinin üzərində dayanırsansa, demək, səninlə Əkrəmin, Qurgenin, Qareginin heç bir fərqi yoxdur. SƏNƏ QAÇQINLIQ STATUSU DÜŞMÜR!
Yəqin indi gecələr yatanda sənin də yuxularına Eçmizədzin kilsəsinin divarları girir və bütün ermənilərin katolikosu Qaregin də səni alır ağuşuna və...
Nə isə lənət xaçına da, əkrəminə də!