Azərbaycanlı mənəviyyatını qorumaq Hyu Uilyamson kimi Qərb "gədələrinin" düşüncəsinə aid olmayan məsələdir. Niyəsini isə axırda deyəcəm...
Əkrəm Əylislinin "Daş yuxular" adlı milli xəyanət "əsəri" Qərbdə də "maraq" obyektinə çevrilib. Lakin bu "marağın" əslində Ə.Əylislinin timsalında nədən ibarət olması da heç kimə sirr deyil. Belə ki, bugünlərdə "Human Rights Watch" təşkilatı guya yazıçıya qarşı hər hansı təzyiqlərin olmasını bəhanə gətirərək, onun "müfafiəsinə" qalxıb. Bəuanatda bildirilib ki, "Azərbaycan hökuməti yazıçı Əkrəm Əylisliyə qarşı təqib və qorxu kampaniyasına dərhal son qoymalıdır" (?!)
Maraqlıdır ki, bu gün özünə hörmət qoyan Azərbaycan cəmiyyətinin, Azərbaycan ziyalılarının böyük əksəriyyəti Ə.Əylisli "yaradıcılığında" baş verən milli xəyanətə qarşı haqlı olaraq sərt və kəskin etirazlarını bildirməkdədirlər. Eyni zmanda, Ə.Əylislinin bilavasitə milli mənafeyə zidd olan yazılarının simvolik dəfni və yandırılması da təbii olaraq qarşılanmalıdır. Çünki istənilən millət ona qarşı daxildən yaranmış belə olayları qəti olaraq pisləyərdi. Bunu azərbaycanlılar da etdi. Lakin təəssüflər olsun ki, Ə.Əylisli dərhal bu hadisələrdən dividend güdməkdən ötrü gah xarici səfirliklərə, gah da Azərbaycana qarşı çıxış edən qərəzli təşkilatlara məktublarla müraciət etdi. Nəticədə, əllərinə girəvə düşən bu kimi təşkilatlar Azərbaycana qarşı müxtəlif səpgili bəyanatlar səsləndirməyə başladılar.
"Human Rights Watch" təşkilatı bu gün həm Ə.Əylislinin, həm də onun müdafiəsinə qalxan işğqlçı Ermənistanın mövqeyini müdafiə edərək, həyasızcasına öz bəyanatında bildirir ki, xarici hökumətlər və Azərbaycanın üzv olduğu hökumətlərarası təşkilatlar bu kampaniyanın əleyhinə çıxmalı və hakimiyyəti Əylislini ünvanına hədələri dərhal araşdırmalı, fikir azadlığına hörmətlə yanaşmalıdır: "Azərbaycan hakimiyyəti Əkrəm Əylislini müdafiə etməlidir". Onu da qeyd edək ki, təşkilatın Avropa və Mərkəzi Asiya üzrə direktoru Hyu Uilyamson deyib ki, guya bunun əvəzinə onu (Ə.Əylislini) qorxutmaq üçün səyləri artırırlar və s.
Marqlıdır ki, bu fonda Prezident Administrasiyasının rəsmisi Əli Həsənovun da haqlı olaraq "Azərbaycan xalqı, ictimaiyyət Əylisliyə nifrətini bildirməlidir" açıqlamasına da "marağı" çərçivəsində münasibət H.Uilyamson həyasızlıqla bəyan edib ki, "Azərbaycan hökuməti ifadə azadlığının təminatı ilə bağlı öz beynəlxalq öhdəliklərinə məhəl qoymur... Bunun azərbaycanlı məmurların ölkədəki insan hüquqlarının durumunu bəyan etmək üçün Strasburqda toplaşmasından sonra baş verməsi şoka salır" Maraqlidir ki, H.Uilyamson nədənsə bu günə qədər verdiyi heç bir bəyanatında Azərbaycanın yüz minlərlə qaçıqnlar ordusu barədə bir cümlə də olsun danışmayıb. Onun rəhbərlik strukturlarında fəaliyyət göstərdiyi "Human Rights Watch" təşkilatı bir dəfə də olsun ki, hazrkı və ondan öncəki Ermənistan hakimiyyətindən, işğalçı dövlətin rəhbərliyindən hesabat tələb etməyib. Ancaq indi, bütün bir Azərbaycan xalqının, millətinin heysiyyatına toxunulduğu zaman xalq etirazına qarşı çıxması, bunu siyasiləşdirərək dövlət adına çıxarması hiddət doğrumaya bilməz.
Uilyamson onu da bilməlidir ki, azərbaycanlı mənəviyyatını qorumaq onun kimi Qərb "gədələrinin" düşüncəsinə aid olmayan məsələdir. Əks halda həm onun təmsil olunduğu təşkilatın, həm də özünün qulağı dibindən kəsilə bilər. Eləcə də "Human Rights Watch"ın bəyanatını yayımlayan "Azadlıq" qəzeti, AXCP sədri və digərləri də qulaqları kəsilməmiş, bu amili sağlam qulaqlarından sırqa edib assınlar!