PDF Oxu

Köşə

  • 1 114

Danlaq obyektinə çevrilmək

Danlaq obyektinə çevrilmək

Ölkə başçısının məmurlara və onların övladlarına qarşı qəti xəbərdarlığı bir faktı ortaya qoymuş oldu: Bundan sonra hər bir icra strukturu vətəndaşına qarşı həssas və hörmətlə yanaşmalıdır! Əks halda...Gerisini oxucularımız yaxşı bilir. Ancaq bütün bunlar, yəni danlaq obyektinə çevrilmək bizim bəzi məmurlarımıza lazım idimi? Məncə, lazım idi. Çünki lazım olmasa idi, danlanmağa, qəti xəbərdarlıq hədəfinə çevrilməyə də ehtiyac olmazdı. Olmasa idi, bu gün də Bakının küçələrində, gecə saatlarında dəyərləri 100 min dollarlarla ölçülən bahalı avtomobillər qara plyonkalara sarılıb ciyilti-cüyültü ilə restoran və barları daban-dabana dolanmazdılar. Əgər danlanmağa ehtiyac olmasa idi, bu gün də hansısa məmur gecə saat 3-də nüfuzlu şəhər restoranının həyətində öz şəninə verdiyi yeyib-içməkdə göyə dəyəri min manatlarla ölçülən fişənglər buraxmazdı. Bir də ki, ehtiyac olmasa idi...

İndi bəs nə oldu?

Nə isə, bütün bunlara ehtiyac var idi və oldu da. Ancaq məni daha bir maraqlı məqam düşündürür. Düşündürür ki, bu gün xalqı və dövləti üçün ən qəti addımlara gedən ölkə rəhbərinin sərt çıxışı nəyə görə səhəri günü dağıdıcı müxalifət mətbuatında qısqanclıqla qarşılandı? Məgər həmin dağıdıcı müxalifət mətbuatı və onları idarə edən partiya "liderləri" deyilmiydilər ki, həftə səkkiz, mən doqquz "Azadlıq"da, "Yeni Müsavat"da danışanda ağızlarına çullu eşşək sığışmırdı ki, bəs məmurlar elə edir, məmurlar belə edir və s.! Onlar deyilmiydilər ki, Azərbaycan dövlətinin "dərdindən" dəli-divanə olub çöllərə düşərək, XARİCİ AĞALARINA SATILARAQ bunun da günahını həmin məurların üzərinə yıxırdılar?! İndi bəs nə oldu?

Bu oldu ki, ölkə rəhbərinin məmurlara qəti xəbərdarlığı onların bu istiqamətdəki "fəaliyyətlərinin" üzərindən çarpaz xəttlər çəkdi. Nəticədə, indi də dillərini qarınlarına dürtməyərək, başqa cür "ittiham" mövzuları axtarırlar. Guya dövlət bunlardan "qorxdu" və bunu etməyə məcbur oldu, ya da ki nə!

Çünki bunlar çox nadir "tapıntılardır"

Amma görünən odur ki, dağıdıcı müxalifətin gədəbaz "bəyləri" istədikləri cavabı ən yüksək səviyyədə aldılar. Yəni ala, bu da sənin xalqa yuxarıdan aşağıya baxan məmurların. Lazım gələndə onlar da xalq qarşısında, qanun qarşısında cavab verəcəklər. Üstəlik, sərt şəkildə.

Amma kimə deyirsən ki? Bir halda ki, bunu da anlamayan, başa düşməyən varsa, o da müxalifət "liderləridir". Məncə, belə başa düşməyən, dərrakəsiz və "TUPOY" müxalifət "liderləri" daha heç yerdə yoxdur. Heç olmayacaq da. Çünki bunlar çox nadir "tapıntılardır", özü də sonuncu nəsildən olanlardandırlar. Çünki bunlar qədər xalqın, millətin danlaq obyektinə çevrilənləri görməmişəm. Lakin düzəlməyiblər. Fəqət, narahat olmasınlar və görsünlər ki, danlananlar necə düzəlir. Bəlkə bundan sonra ağıllanıb dillərini qarınlarına dürtərlər.

Digər xəbərlər