PDF Oxu

Köşə

  • 1 794

Dili qarına soxmaq məcburiyyəti

Dili qarına soxmaq məcburiyyəti

Ölkə rəhbərinin məmurlara etdiyi qəti və sərt xəbərdarlığından sonra müxalifətin ağzıgöyçək "liderləri" və qələm dağarcıqları başladılar hətərən-pətərən bəyanatlar səsləndirməyə ki, bəs bütün bunlar sadəcə "görüntüdür", "gözdən pərdə asmaqdır" və s. Əslində, belə hətərən-pətərənlikləri bunlardan gözləməyə dəyər. Axı ortada xalqın maraqları təmin olunur və xaql maraqlarının təmin olunması dağıdıcı ünsürlərin xeyirlərinə işləmir. İşləmirsə, demək bunlar qaraya ağ, ağa da qara deməklə dırnaqarası "müxalifətçilik" etməlidirlər. Çox sevdikləri Rəsul Quliyevin dediyi kimi, "badbaxtlıq" elə bil ki, bunların boylarına ölçülüb.

Ancaq hazırda, elə götürək bu gün cəmiyyətdə elə bir məqam yaranıb ki, məhz həmin "liderlər" və onların qələm dağarcıqları dil və qələmlərini qarınlarına və digər yerlərinə soxaraq, susmaq məcburiyyətindədirlər. Çünki danışmağa və yazmağa ümumiyyətlə mövzuları qalmayıb. Qalıbsa da, həmin mövzular bir-iki günə tükənəcək. Çünki bitmiş məsələ haqqında fikir söyləyib nə isə yazmaq sadəcə...

Dil döyənlərin qıfıllanacaq ağızları

Nə isə qayıdaq məsələnin məğzinə. Məğz isə budur ki, "Azadlıq", ya da "Yeni Müsavat" səhifələrində gündə minbir cür siyasi fırıldaqlar edərək, yalnız hakimiyyətə deyil, eləcə də, dövlətçiliyə qarşı dil döyənlər - Əli Kərimli və İsa Qəmbər bəzi Qərb siyasi dairələrinin verdikləri tapşırıqların öhdəsindən gələ bilmədilər. Çünki ölkə rəhbərinin atdığı bütün addımlar bu kimi dairələrin ağızlarını elə qıfıllayıb ki, çətin bundan sonra həmin qıfıl açılsın.

Xalqın narazı qaldığı icra başçıları işlərində göstərdikləri ciddi nöqsanlara görə vəzifələrindən kənarlaşdırılmaqdadırlar. Onların bəzilərinin harın övladları bir daha bir neçə yüz minlik avtomobillərində qara pərdələr və plyonkalarla vətəndaş qarşısında qudurğanlıqlar etməyəcəklər. Mərkəzi və yerli icra strukturlarının rəhbərləri dövlətin iqtisadi yardım üçün ayırdığı məbləğləri mənimsəyib, şəxsi səmərələri üçün xərcləməyəcəklər. Eləcə də, sahibkarlara ayrılan subsidiyalar məhz sahibkarların özlərinə veriləcək. Ümumiyyətlə, hər şey xalqın istədiyi kimi deyil, daha əla olacaq. Günahkarlar isə, təbii ki, öz cəzalarını daha sərt şəkildə alacaqlar. Buna heç kimin, eləcə də, İ.Qəmbərin və Ə.Kərimlinin şübhəsi olmasın.

Şübhələri varsa...

Şübhələri varsa, Bakı Beynəlxalq Avtovoğzalından gün ərzində müxtəlif rayonlara yüzlərlə avtobuslar çıxır. Minsinlər və getsinlər xalqla görüşməyə. Əgər bu üz, bu sifət onlarda mövcuddursa. Getsinlər görsünlər ki, hər şey tamamilə başqa cürdür. Ancaq yadıma düşmüşkən, qeyd edim ki, daha onlar da rayonlara getmək istərkən, kortej-filanla getməməlidirlər. Yoxsa düşərlər "radara"!

Sonra da başlayaraqlar ki, "Azərbaycanda demokratiya pozulur", çünki xalq "radara" düşür (?-R.) Axı başqa nə danışsınlar binəvalar? Xalqın maraqları təmin olunduqca, bunların da dilləri əməlli-başlı qısalmağa başlayacaq. Ta o vaxta qədər ki, yuxarıda dediyim kimi, qarınlarına soxulana qədər.

P.S. Belə də ki, müxalif mövzuda danışmağa mövzu olmayandan sonra, dil bunların nəyinə gərəkdir ki?

Digər xəbərlər