Haqqında bir çox gerçəklər üzə çıxan reneqat Rüstəm İbrahimbəyovun niyə son vaxtalar bu qədər aqressivləşməyə doğru meyillənməsinin səbəbləri bəlli oldu. Əslində, bu kimi bəlliolmalar çoxdan mövcuddur və nəticə etibarilə prosesləri izləyən hər kəs yaxşı bilir ki, Rüstəm "bəy" nəyə görə bu qədər coşmağa başlayıb və əsəblərini cilovlamaqdan məhrum olub. İlk öncə, ona görə ki, müəyyən dövlət strukturları onun dələduzluq əməllərini üzə çıxarıb və onu ictimailəşdirib. İkincisi, R.İbrahimbəyov çox gözəl bilir ki, onun vicdanı Azərbaycan xalqının qarşısında nə qədər ucuz təsir bağışlayır. Üçüncüsü isə, reneqatlar "bəyi" anlamalıdır ki, hərgah bir fərd təmsil etdiyi xalqının müqəddəs hesab etdiyi ümumxalq ziyarətgahını - yəni Şəhidlər Xiyabanının ətrafını özəlləşdirərək, orada əyləncə kompleksi tikmək istəyibsə, demək, onun haqqında irəli sürülən ittihamların hər birində kifayət qədər haqlı məqamlar mövcuddur.
Bundan təəccüblənməyə dəyməz
Ancaq bu fərd onun haqqında deyilən hər bir həqiqətə qıyqacı baxmaqla yanaşı, bu həqiqətə dəstək verənləri də təhiqr etməkdən çəkinmir. Belə ki, R.İbrahimbəyov ölkədə fəaliyyət göstərən müxalifətyönlü saytların birinə verdiyi yazısında xalqın dəstəklədiyi Azərbaycan hakimiyyətinə qarşı iftira dolu həqarətlər edir. Söz yox ki, belə rəzil və aşağı təxəyyüllü yazıları həmin anda öz səhifəsində işıqlandıran "Azadlıq", "Yeni Müsavat" kimi qəzetlər də aman verməyərək, dərhal reneqatın məqalələrini öz səhifələrində yerləşdirirlər. Ancaq heç bundan təəccüblənməyə də dəyməz. Ən azından ona görə ki, həmin qəzetlərin adları və fəaliyyətlərinə nəzər salarkən bir çox qaranlıq məsələlər özünü kifayət qədər üzə çıxarır.
Əslində, özünə "ziyalı" deyərək mənasız, xəyanətkar fəaliyyətini ictimaiyyətə sırımağa cəhd edən R.İbrahimbəyovun sözügedən yazılarında hakimiyyətə qarşı "acgöz", "şərəfsiz" kimi ifadələrə yer verməklə, öz "mədəniyyət səviyyəsini" ortaya qoyur.
Şərəfsizlik, acgözlük və ömrün son səhifələri
Daha dəqiq desək, o, ziyalı olmaması ilə yanaşı, həm də nə qədər acgöz və şərəfsiz insan olduğunu öz çirkin əməlləri, ermənipərəstliyi ilə sübuta yeritmiş olub. Çünki millətinə, vətəninə, xalqına, dövlətçiliyinə qarşı çıxana başqa ad vermək də doğru deyil. Bu səbəbdən də, çox düzgün buyurursan, Rüstəm "bəy"! Sən, həqiqətən də, ŞƏRƏFSİZLİYİN və ACGÖZLÜYÜN ucbatından bu qədər alçaqlıqlara və rəzilliklərə düşürsən. Düşdükcə isə, həmin əlamətlər səndə daha çox görünməyə başlayır.
Bu gün reneqat "Ziyalılar Forumu" adından "Mlli Şura", ya da "üçüncü qüvvə" kimi adlar qoşub guya xalqın maraqlarından çıxış etməyini bəyan edincə, Rusiyada yaşayan azərbaycanlı iş adamlarına nə qədər pul atdığını açıqlasan, daha düzgün olmazmı? Yaxud "Azadlıq", "Yeni Müsavat" kimi ona-buna işləyən qəzetlərin səhifələrində dövlətçilik əleyhinə yazılar dərc etdirməklə, elə bilirsən ki, 2013-cü ildə hər şey məhz sənin istədiyin kimi nəticələnəcək? Bu bədbəxt R.İbrahimbəyov hələ də bilmir ki, onun iddialarına gəlincə tərəflərini saxladığın dağıdıcı müxalifət "liderləri" düz 20 ildir ki, hakimiyyətə "gəlirər". Görünür, o da həmin sağalmaz xəstəliyə bulaşmaqla ömrünün son səhifələrini yaşayır. Çünki bu cür rəzil həyat yaşamaqdansa...