Və ya passiv "Azadlıq" qəzetinə aktivlərin gözü düşə bilər
Bunu da gördük! Artıq, "Azadlıq" qəzeti o qədər həyasızlaşaraq "irəliyə gedib ki," onun sıralarında çalışan əməkdaşlıq edn jurnalistlər öz imzalarını satmağa başlayıblar. Neçəyə satdıqlarını deyə bilmərəm, amma bircə onu bilirəm ki, öz imzasına hörmət qoymayan fərdlər sabah başqa şeylərini satışa çıxarsalar, bundan heç kim təəccüblənməməlidir.
Qaldı ki, "Azadlıq" yazarlarının öz imzalarını satışa çıxarmaları məsələsinə, burada da bir neçə maraqlı nüanslar mövcuddur. Yəni "Azadlıq" qəzeti guya borclar içində "batır", haqqında çıxarılan məhkəmə qəraraları "ədalətsizdir", eyni zamanda, qəzetin cərimə ödəməyə bir qəpiyi də "yoxdur" (?-M.Q.) İndi gəlin həmin nüanslar içindən növbəti nəticələrimizi çıxaraq.
Əli Kərimli, get sənə bağışlanan 130 manatlıq avtomaşınını sat və qəzetini ayağa qaldır
"Azadlıq" qəzetinin sözdə baş redaktoru Qənimət Zahid oturub Türkiyədə və dövlətçilik əleyhinə xəyanətkarlıq kampaniyası şəklində "Azəarbaycan saatı" verlişini aparır. Yəni Q.Zahid istər Türkiyədə davamlı oturur, yaxud Bakıdan oraya mütəmadi şəkildə təyyarə ilə uçub, geriyə dönür. Bütün bunlar isə külli miqdarda maliyyə xərclərinə əsaslanır. Mən hələ "Azərbaycan saatı"nın efir xərclərini demirəm. Başqa tərəfdən, "Azadıq" qəzetini maliyyələşdirənlərin də kim, ya da nəçi olmasını, xərc qaynağının kökünü cəmiyyət yaxşı bilir. Ona görə də bunu açıqlamağa ehtiyac qalmır.
Həmçinin, hörmətli oxucularımıza AXCP sədri Əli Kərimlinin "Azadlıq" qəzetinə bilavasitə rəhbərlik etməsini və şər-böhtan yazan əməkdaşların yönəldilməsini şəxsən özünün həyata keçirməsini də xatırlatmağa ehtiyac duyulumur. Bu arada unutmamış, onu da qeyd edim ki, ötən günlərdə "cəbhə" sədri Ə.Kərimliyə 130 min manat dəyərində "Mazda" markalı son model avtomobil hədiyyə olunub. İndi ortaya sual çıxır ki, yaxşı, "Azadlığ"ın sözdə baş redaktoru Q.Zahid həftə səkkiz mən doqquz Türkiyədədir, Ə.Kərimliyə isə avtomaşın bağışlayıblarsa, niyə bunlar onlara xərclənən qaranlıq pulları "Azadlıq" qəzetinin cərimələrinə ödəmirlər, ancaq ortada minbir oyundan çıxıb hay-küy qaldırırlar ki, "Azadlıq" qəzeti, rus demişkən, "vot-vot" bağlanacaq?! Əgər bu qədər narahatsansa, ay Ə.Kərimli, get həmin 130 minlik maşınını sat və qəzetini ayağa qaldır.
Biz də alıcılarıq, gəlmişik almağa!
Yox bunu etmək istəmirsənsə, onda ifrat həyasızlığa nə gərək?
İfrat həyasızlıq demişkən, indi də Ə.Kərimli durub jurnalistlərin imzalarını satır, ya da satdırırsan ki, guya bununla "Azadlıq" qəzetinin borclarını bağlayasan...
Adama deyərlər ki, bu kişiyə yaraşan hərəkət və davranış deyil. Sabah imza satmaq məsələsini eşidənlər cumarlar "Azadlıq"ın canına ki, əgər sənin jurnalistin durducağız yerdə imzasını satırsa, demək, özünü də satmağa hazırdır, biz də alıcılarıq, gəlmişik almağa! Yəqin ki, kriminal hadisələrdən yazmağı xoşlayan "Azadlıq" qəzeti unudub ki, hər yerdə olduğu kimi, burada da aktiv alıcılar var. Özü də zəifliyə düşən kimi passivlik edərək imzasını, şalvarını, eləcə də, alt paltarını satanları aktivlər göydə qapırlar. Ona görə də ağıllarını başlarına yığıb, heç nələrini satmasınlar, yoxsa...