PDF Oxu

Köşə

  • 1 341

ELDƏNİZ QULİYEVİN "EL" HƏRƏKATINDAN "GEL" HƏRƏKATINA DOĞRU ETİRAFLARI

ELDƏNİZ QULİYEVİN "EL" HƏRƏKATINDAN "GEL" HƏRƏKATINA DOĞRU ETİRAFLARI

Əslində, "Ziyalılar Forumu"nun "eşşəyi" Əkrəm Naibovun (Əylislinin - R.) "Daş yuxular"ından sonra öldü desək, məncə yanılmarıq. Hətta həqiqəti olduğu kimi təsəvvür etmiş olarıq. Çünki "Daş yuxular"a qədər reneqatlar qurumunun "eşşəyi", hələ ki, can üstəydi. Arabir yüngülcə anqırıb tayını axtarırdı. Lakin həmin anqıtrılar sırasında ortaya Əkrəm çıxdı və onun başıbəla "trilogiyası" onsuz da çökməkdə olan "forum"un- reneqatlar yığıncağının əl-qolunu bağladı. Çünki bunu mən, sən, o deyil, elə həmin "forumun" aparıcı "simalarından" biri olan Eldəniz Quliyev də etiraf edib. Məsələn, "Yeni Müsavat"a müasahibə verərkən (25.02.2012) ağzından qaçırıb ki, "Daş yuxular" "Ziyalılar Forumu"na qəfil və ağır zərbə oldu".

Lakin bu etiraf barədə az sonra. İndi isə keçək Eldəniz "bəyin" digər "siyasi baxışlarına". Yəni etiraf etməli olduğu başqa məsələyə ki, hələ də bu etiraf edilməyib. Məsələn, E.Quliyev Rüstəm İbrahimbəyovun Amerikaya səfər etməmişdən öncəki "real" gözləntilərini, verdiyi bəyanatını doğrultmayıb. Çünki İbrahimbəyov ABŞ-a edəcəyi səfərindən öncə demişdi ki, ya yanvarın sonlarında, ya da favralın əvvəllərində Eldar Namazovla E.Quliyevin "EL" hərəkatını elan edəcək, filan olacaq, beşməkan baş verəcək. Amma nə oldu? Nə R.İbrahimbəyov ABŞ-dan gəldi, nə də ki, E.Namazovla E.Quliyev "EL" hərəkatını elan etdilər. İndi də sual edəndə ki, əşşi, axı kişinin sözü bir olar, demişdiniz yanvarın sonu, fevralın əvvəli, bə nooldu? Di edin də bu zəhirmar "EL"-in elanını! Hım! Kimə deyirsən ki? Elə bil çətinə düşən kimi hamısı bir ağızdan tutuquşu kimi əzbər ediblər ki, hakimiyyətə qarşı köhnəlmiş, zəhlətökən, əttökən və başqa nə isə tökən ifadələr səsləndirsinlər, bununla da nə qədər "müxalif fərd" olduqlarını sübuta yetirsinlər. Ancaq görünən tərəf budur ki, camaat boş-boş danışıqlara deyil, əmələ qiymət verir. Ortada isə heç bir əməl-filan yoxdur. Yoxsa nə olsun ki, E.Quliyev durub həmin müsahibəsində hələ də yaranmamış, belə getsə yaranacağı böyük şübhə altında olan "EL" haqqında deyir ki, "Biz sıradan bir təşkilat yaratmırıq. Hesab edirik ki, əgər hərəkatdırsa, adı "EL"-dirsə, demək çox möhtəşəm bir təşkilat olmalıdır..."

ONU DEMİSƏN DAAA, KEÇ MƏTLƏBƏ!

Bu yerdə rəhmətlik korifey sənətkarımız Hacıbaba Bağırovun Sabit Rəhmanın "Hicran" tamaşasında Şefi qədeş rolununu ifa edərkən haqq dünyasına qovuşmuş digər unudulmaz sənətkarımız Nəsibə xanım Zeynalovaya - alverçi Qızbacıya saçını-başını yolaraq xitabən "Onu demisən daaa, keç mətləbə!" ifadəsi yada düşür. İndi ay Eldəniz "bəy", sənin bu dediyin fərziyyələri nəinki indi, elə hər seçki dövrü cəmiyyət eşidir. Hətta eşitməkdən qulaqları döyənək olanların da sayı kifayət qədərdir.

Hələ bu da azmış kimi, Eldəniz "bəy" sözügedən müsahibəsində deyir ki, camaat "EL" hərəkatı ilə "Ziyalılar Forumu"nu qarışdırmamalıdır, qurumun fəaliyyətini siyasətlə bir tutmamalıdır. Nətəhər qarşıdırmamalıdır və siyasətlə bir tutmamalıdır ki, öz ağzınla deyirsən bəs R.İbrahimbəyov "EL"-in yaradılmasına, seçkilərdə iştirakına xeyir-dua verib? Necə olur ki, R.İbrahimbəyov siyasətdə "olmaya-olmaya" siyasi hərəkatın yaradılması firvasını verir? Bax, bu yerdə adama deyərlər ki, get bildiyin işin qulpundan yapış. Özün öz sözlərini təhrif edə-edə kimin başının altına yastıq qoymağa cəhd göstərirsən, Eldəniz "bəy"! Ona görə də get "özüvə..."! Qanmaz da özünsən, zad da özünsən! Bilirsən niyə?

Ona görə ki, bir tərəfdən deyirsən ki, "EL" hərəkatı "Ziyalılar Forumu"nun "koordinasiya şurası"nda da müzakirə edilib, həmçinin, təsisçilərindən biri kimi sən - yəni E.Zeynalov və E.Namazov bu işə qoşulub, başqa tərəfədən də basıb-bağlayırsan ki, 35 illik dostunun - R.İbrahimbəyovun xahişi ilə bu işə köməklik edirsən (?!-R.). Üstündən də hapa-gopa basırsan ki, guya hələ də özün üçün qərarlaşdırmamısan, "EL" hərəkatında təmsil olunacaqsan, ya yox. Di gəl bu sözlərdən baş aç görüm necə baş açırsan? Deyəndə ki, ay binəvalar, axı siyasət sizlik deyil, onda qıpqırmızı şəkildə üzə dururdunuz ki, yox, məhz siyasət bizlikdir, görəcəksiniz, az qalıb, gəlirik, ha budu, ha indidi, ha bu vaxtdı və s. Ancaq nə vaxta qədər?!

AZƏRBAYCANI İTİRMƏK, DÜNYANI İTİRMƏK DEYİLMİ?!

Qayıdaq Əkrəm məsələsinə. Azərbaycan xalqı Xocalı soyqırımının 21-ci anım ilini qeyd edərkən, E.Quliyev müxtəlif fırıldaqlar hesabına "Ziyalılar Forumu"nu təmizə çıxarmaq fikrindədir. Bir tərəfdən deyir ki, "Daş yuxular" təmsil olunduğu quruma çox gözlənilməyən və ağır zərbə oldu. Başqa tərəfdən də iddia edir ki, buna baxmayaraq, bu zərbədən xilas olub (?) yenə də öz yolu ilə gedirlər: "Bu cümlələr nə qədər bəlağətlə səslənsə də, mən bu yolun sonunda məbəd görürəm" (?!-R.).

Əhsən Eldəniz "bəy"! Nə qədər "bəlağətli" və "ağılları başdan çıxaran tarixi" ifadədir. Çünki sən də Əkrəm kimi yolunun sonunda Eçmiədzin məbədini görürsən. Bu məbədin içində isə Əkrəmlə yanaşı, həm özünü, həm Rüstəmi, həm Eldarı, həm də o biri reneqatları Qareginin qarşısında diz çöküb erməni xaçı çəkdiyini görürsən. Nəhayət, sən də çox düz bir fikir buyurdun. İnanın ki, sevindim!

Ancaq ən dəhşətlisi və həyasızlığın son həddi bundadır ki, E.Quliyev Əkrəmin ona dediyi sözləri də təmizə çıxarmağa çalışıb. Onun dediyinə görə, Ə.Naibov E.Quliyevə deyib ki, əgər bilsəydi ki, "Daş yuxular" "Ziyalılar Forumu"na bu qədər zərbə vuracaq, həmin əsəri yazmazdı (??!!-R.). Bax, buna deyərlər ibnəlik, vicdansızlıq və siyasi fahişəlik! Çünki bu kimi xəyanətin qarşısında Əkrəmin bir az da irəliyə gedərək, yazdığı əsərin altından yüz dəfə imza ata biləcəyini deməsindən sonra Azərbaycan xalqı onu bağışlamayacaq. Hətta E.Quliyevin də dediyi kimi, Azərbaycan xalqı bağışlayan xalq olsa belə.

Çünki Azərbaycan xalqı onun özünü də bağışlaya bilməz. Çünki o, indi də durub deyir ki, Əkrəm Azərbaycanı itirdi, lakin dünyanı qazandı (?). Bununla da isbat etdi ki, E.Quliyev də Əkrəmdən o tərəfə olan fərd deyil. Çünki Azərbaycanı itirmək, elə dünyanı itirmək deməkdir, Eldəniz "bəy"!

Ümumiyyətlə isə, bu gün "Ziyalılar Forumu"nun, eləcə də, "EL" hərəkatının GEL hərəkatına çevrildiyini iddia etmək mümkündür. Belə ki, reneqarların fəaliyytləri gelləşmiş kanalizasiya kimi gel şəklində axaraq öz çuxurunu tapmaqdadır. Təki Azərbaycandan və xalqdan uzaq olsunlar...

RÖVŞƏN

Digər xəbərlər