PDF Oxu

Köşə

  • 1 912

HENRİX BOROVİKİN "POZİSİYA"SINA VADİM DUBNOV BƏNZƏRLİYİ

HENRİX BOROVİKİN "POZİSİYA"SINA VADİM DUBNOV BƏNZƏRLİYİ

Yaxud öz kökü üstündə bitən qanqal

Rusiyanın RİA xəbər agentliyinin Azərbaycanın haqq səsini batırmağa yönəldilmiş məqalə dərc etməsi, əslində, gözlənilən hallardan idi. Çünki hər il - Sumqayıt hadisələri və Xocalı soyqırımı ildönümü ərəfələrində Şimal qonşumuzun media oqranları ermənipərəstlik mövqelərində kifayət qədər fəallaşırlar. Bu kimi fəallaşma nə az, nə çox, düz 25 ildir ki, təkrarlanmaqdadır. Bunun sübutu üçün bir daha həmin illərdə - 1988-ci ildən başlayan erməni təbliğatına nəzər salmaq kifayətdir...

Henrix Borovik. Yəqin ki, bu ad Dağlıq Qarabağ münaqişəsinin başlandığı illərdə SSRİ-də baş verən ictimai-siyasi hadisələrlə maraqlanan bir çoxlarına tanışdır. Artıq "KQB" başda qatil Eduard Qriqoryan, Ohanyan, Samoylov və Pavlovskinin Sumqayıtdakı qanlı əməllərinin günahları isə azərbaycanlıların adına yazılmışdı.

Məhz həmin ərəfələrdə Rusiyanın RTR telekanalında araşdırmaçı jurnalist, publisist Henrix Borovikin "Pozisiya" adlı müəllif verlişi efirə çıxdı və bu şəxs şişirdilmiş dezinformasiyalar, ermənipərəst mövqeyi ilə yaranmış vəziyyətin üzərinə benzin tökmüş oldu. Təəssüf ki, həmin dövrlərdə Azərbaycanda hakimiyyətdə olan Əbdürrəhman Vəzirov hakimiyyəti kiçik etiraz bəyanatı ilə də çıxış etmədi. Çünki baş verənlər Azərbaycan xalqının Kremldə oturan qənimi, erməni xalqının rüşvətlərini arvadı Raisanın boyun-boğazına taxan Mixail Qorbaçovun maraqlarına cavab vermirdi. Nəticədə...

Nəticədə, Ermənistanda və DQMV-də erməni millətçiləri daha da azğınlaşaraq azərbaycanlılara qarşı kütləvi cinayətlər törətməyə başladılar. "Sumqayıt qurbanları"nın xatirəsini "əbədiləşdirmək" üçün əvvəlcədən hazırlanmış abidənin dərhal Xankəndində qoyulması və bu kimi faktlar sübut edir ki, bütün bunlar erməniləri, eləcə də, dünya ictimaiyyətini Azərbaycan xalqına qarşı ayağa qaldırmaq, onun "vəhşi" obrazını yaratmaq məqsədini güdüb.

Azərbaycanın hakimiyyət orqanları isə susurdu. Bu susqunluğun içində yaradılmış istintaq qrupu hadisənin səbəblərini, cinayətin törədilməsinə yaradılmış şəraiti, əsil təşkilatçıları və qatilləri müəyyənləşdirmədi. Həbs olunan 93 nəfər azərbaycanlı 2 ildən 15 ilədək müddətlərə azadlıqdan məhrum edildi. Hadisələrin təşkilatçısı qismində mühakimə olunan Əhməd İman oğlu Əhmədova isə SSRİ Ali Məhkəməsinin 1988-ci il 18 noyabr tarixli hökmü ilə güllələnmə kəsilib. Amansız hökm 17 ay sonra icra olundu.

Məhz bu çərçivədə daha bir maraqlı məqam Henrix Borovikin 25 il öncəki "Pozisiya"sında başlatdığı Rusiya siyasəti ilə üst-üstə düşdü. Bu dəfə Vadim Dubnov RİA-da məlum "25 il müstəqil olmamağa alışmış Dağlıq Qarabağ" məqaləsi ilə çıxış etdi və əslində, tarixlər boyu dəyişməyən mənfur siyasətin hələ də davam etdiyini sübuta yetirdi. Bu gün Azərbaycan Xocalı şəhidlərinə ağlayarkən Rusiya mətbuatı "mnoqostradalnıy armyanskiy narod" ifadəsini bir daha səsləndirdi. Bu gün Azərbaycan dünyada Xocalı soyqırımını tanıtmağa istiqamət almış qətiyyətli addımlar atarkən, Rusiya mətbuatı bir daha Qorbaçov siyasətinin davam etdiyini, dəyişmədiyini isbat etdi. Əlbəttə ki, bu dəfə Vadim Dubnovun vasitəsilə. Sabah, biri gün sözügedən "siyasət" Andrey İvanovun, Aleksandr Smirnovun, Maşa Oleynikovanın və daha hansısa "...ovların" və "...ovaların" yazıları ilə aparılacaq.

Ancaq məsələ yalnız Rusiyanın maraqları ilə sona çatırmı? Əlbəttə ki, xeyr. Çünki ortada Ağ Ev-in toplanmış 100 mindən artıq azərbaycanlı imzasına gülünc bəyanat verməsi, Fransa Senatının bunasında (!-R.) Xocalı soyqırımını anan iki azərbaycanlının vəhşicəsinə döüylməsi kimi məsələlər də mövcuddur. Məhz hər üç dövlət - Rusiya, ABŞ və Fransa Minsk Qrupu həmsədrləri qismində guya Qarabağ probleminin çözülməsi istiqamnətində "iş aparırlar". Ancaq gəlin görək, Rusiyada V.Dubovun məqaləsinin, ABŞ-da Ağ Ev bəyanatının, Fransa Senatında isə döyülən azərbaycanlıların məsələləri nə qədər bənzərlik nümayiş etdirir?

Bu yerdə bir atalar sözünü xatırlamamaq olmur: "Ot öz kökü üstündə bitər". Yəni qanqal da olsa belə, yenə də öz kökünün üzərində bitəcək. Necə ki, V. Dubnov H.Borovikin üzərində 25 il keçməsinə baxmayaraq bitdi. Necə ki, Ağ Ev "907-ci düzəlişi" qüvvədə saxlamaqla Xocalı ilə bağlı təəssüfedici bəyanat yatdı. Və necə ki, qondarna erməni soyqırımını tanıyan Fransada ali qanunvericilik orqanı olan Senat binasında iki azərbaycanlı vəhşicəsinə döyüldü.

Ancaq unutmaq lazım deyil ki, Azərbaycan 25 il öncəki Azərbaycandır. Unutmaq lazm deyil ki, Azərbaycan öz gücü və qüdrəti ilə çox qısa zamanda vaxtilə onun haqq səsini eşitməyən, qulaqardına vuran dövlətlərə yuxarıdan aşağıya baxacaq. Bax, onda onlar üçün çox gec olacaq. Tarix heç vaxt ədalətsizliyi qəbul etməyib!

Digər xəbərlər