PDF Oxu

Köşə

  • 1 270

Eldar Namazovun müəmmalı Gürücüstan səfəri

Eldar Namazovun müəmmalı Gürücüstan səfəri

Reneqatlar Rüstəm İbrahimbəyov amilindən səmərə götürməyə cəhd edirlər

"Ziyalılar Forumu"nun reneqat təmsilçiləri Rüstəm İbrahimbəyovun Azərbaycana geri dönməməsindən istifadə edərək, dividend qazanmağa cəhd etməkdədirlər. Belə ki, R.İbrahimbəyovun ölkədə olmamasını bəhanə edən "Ziyalılar Forumu"nun təmsilçisi Eldəniz Quliyev heç bir əsas olmadan, guya birincinin Azərbaycana gəldiyi təqdirdə həbs olunacağını bildirir. Lakin hər kəsə kifayət qədər məlumdur ki, R.İbrahimbəyov haqqında istintaq işi başlayıb və bu iş yekunlaşmamış, onun haqqında heç bir həbs tədbiri olmayacaq. Belə olan halda, bir daha qənaətə gəlmək mümkündür ki, əslində, siyasi oyunbazlıq edən "forum" təmsilçiləri cəmiyyətdə nüfuz görüntüsü yaratmağa səy göstərirlər. Lakin bu onlarda heç cür alınmır.

Əbəs yerə deyil ki, "forum"un koordinasiya şurasının üzvü E.Quliyevin "Rüstəm İbrahimbəyov gəlməsə də, işimizi davam etdirəcəyik" tipli bəyanatla çıxış etməsi qeyd edilən fikirləri kifayət qədər təsdiq edir. Lakin məsələlərdən biri də budur ki, əgər R.İbrahimbəyov Azərbaycana gəlməsə "Ziyalılar Forumu"nun fəaliyyəti dayanacaq. Siyasi ekspertlətin fikrincə, R.İbrahimbəyovun Azərbaycana qayıtmaması ona qarşı başlanılan istintaqın real əsaslara söykəndiyini təsdiq edir. Yəni o, dolayısı ilə törətdiyi cinayətlərini etiraf etmiş olur.

E.Namazov Gücüstanda fəaliyyət göstərən və rəhbərləri erməni millətindən olan siyasiləşmiş QHT rəhbərləri ilə bir masa arxasında...

"Ziyalılar Forumu"nun digər təmsilçisi, məhz R.İbrahimbəyovun kölgəsi altında hələ də elan olunmamış qondarma "EL" hərəkatının rəhbəri Eldar Namazovun Gürcüstana etdiyi səfəri də bəzi məsələlərin üzə çıxmasına şərait yaradıb. Belə ki, E.Namazov Gücüstanda R.İbrahimbəyovla yanaşı, həmin ölkədə fəaliyyət göstərən və rəhbərləri erməni millətindən olan siyasiləşmiş QHT rəhbərləri ilə də bir masa arxasında oturub. Aparılan müzakirələrdə E.Namazov maliyyə dəstəyi axtardığını Gürcüstandakı erməni lobbisinin diqqətinə çatdırıb. Qeyd edək ki, R.İbrahimbəyov həmin görüşlərin təşkili üçün Rusiyadakı erməni lobbisi ilə məsləhətləşmələr aparıb. Lakin E.Quliyev E.Namazovun ermənilərlə görüçməsini ciddi cəhdlə gizlətməyə çalışıb. Bunu onun mətbuata verdiyi qaçaraq və üstüörtülü açıqlamasından da görmək mümkündür: "Eldar Namazov hal-hazırda Bakıdadır. O, artıq Gürcüstan səfərindən qayıdıb. Bu yaxınlarda "EL" hərəkatı özünün yeni mesajlarını verəcək. Hərəkat yaxın iki həftə ərzində elan olanacaq".

Qondarma hərəkat digər qurumlar kimi tarixin arxivinə gömüləcək

Bəlli olduğu kimi, elan olunması hələ yanvarın sonları, fevralın əvvəllərində gözlənilən "EL" hərəkatı məhz E.Namazovun Gürcüstandan qayıtmasından sonraya təsadüf edir. Bu faktor isə bir daha mövcud olan və görünən amili sübut edir. Yəni Gürcüstandakı erməni lobbisi ilə görüşdən sonra maliyyə resursu əldə edən E.Namazov artıq adıçəkilən hərəkatın yaxın günlər ərzində elan olunacağını istisna etmir. Nəticədə isə, belə qənaətə gəlmək mümkündür ki, bu qondarma hərəkat da digər xəyanətkar və satılmış siyasi qurumlardan heç nəyi ilə fərqlənməyəcək. Daha dəqiq desək, az müddətdən sonra fəaliyyətsizliyi və aşağı nüfuzu səbəbindən tarixin arxivinə ğömüləcək.

Digər xəbərlər