PDF Oxu

Köşə

  • 1 895

Əli Kərimli Elnur Astanbəylini taxta medal laureatı edəcək!

Əli Kərimli Elnur Astanbəylini taxta medal laureatı edəcək!

"Cahanşümul", "dünya mətbuatının aparıcı mətbuat orqanı", tərkibində hər il bir neçə dəfə biqeyrətçilik hadisələrinin baş verdiyi "Azadlıq" qəzetinin "qəhrəman" köşədarı, AXCP sədri Əli Kərimlinin şəxsi mirzəsi vəzifəsini "bəçeşm" deyərək icra edən Elnur Astanbəyli yaxı günlərdə taxta medal laureatı olacaq! Çünki "medal" almaq onun da "haqqıdır". Gör bir neçə illərdir ki, yazır, yozur və pozur binəva qələmdar. Amma hələ də çəkdiyi "zəhmətinin" bəhrəsini dada bilmir. Axı ondan qabaqda digər "akulalar" var. Məsələn, Qənimət Zahid, Seymur Həzi, Natiq Güləhmədoğlu, Xaliq Bahadır və s. Əvvəlcə onların yaxalarından taxtadan, tənəkədən, yaxud da ən yaxşı halda alüminiumdan "medallar" asılmalıdır ki, axırda növbə ona da çatsın. Lakin E.Astanbəyli tələsir. Necə deyərlər, döşü medal üçün yamanca "qəribsəyib..." Fəqət, nə edəsən ki, başı siyasi mərhələlər dövründə, yəni seçkilər ərəfəsində möhkəm kuklalığa qarışan Əli Kərimli hələ də bunların çəkdikləri "zəhmətlərini" medal-müdalla dəyərləndirməyib. Çünki başı seçkilərə qarışıb və əldə ediləcək gəlir və mənfəətləri, qrantları indidən saymaqla, hesablamaqla məşğuldur "cəbhə" sədri. Ona görə də yaman yaddan çıxıb E.Astanbəyli. Bunu hiss etməmək, ya da görməmək mümkün deyil. Əbəs yerə deyil ki, "qızım sənə deyirəm, gəlinim sən eşit" atalar məsəlinə bənzər son köşəsini də məhz çalışdığı ortamda qiymətləndirilməməsinə həsr edib bixubar Elnur.

Yazıb və bununla bir daha öz ağasına - Ə.Kərimliyə sübut etməyə çalışıb ki, o da öz sədrindən geriyə qalmayan ünsürlərdəndir. Çünki Azərbaycanı azərbaycanlıya yaraşmayan təsəvvürdə canlandırmağa səy göstərib. Yazıb ki, "Azərbaycan elə bir ölkədir ki, burada səhər evdən dilində "İstefa", "Azadlıq" şüarı çıxıb axşam döşündə deputat nişanı ilə qayıda bilərsən". Yəni o da ağası Əli kimi Azərbaycanın qeyri-ciddi ölkə olduğunu yazıb, deyib, hürüyüb, böyürüb, banlayıb, hətta ulayıb. Və bunu başqa cür izah etmək də olmaz. Bir də ki, vaxtilə yazılarında Azərbaycanın ana təbiətini lüt qıza bənzədən bir GƏDADAN daha hansı ifadələri gözləyəsən axı??!!

İndi də durub ürəkcə kövrək olan camaatın könlündə özünə qarşı yazıqlıq fikirləri əmələ gətirməkdən ötrü sarsaq-sarsaq ifadələr yazır. Evdən çıxanda elə ağlayıram, işə gedəndə də belə dizimə döyürəm... Guya onun bu yazılarından dizini yerə vurub ağlayan camaat küçələrə tökülüb tələb edəcəklər ki, Astanbəyli bayıra çıxaraq işə getməkdən qorxur və birdən onun başına hansısa qəzavü-qədər gələr. Yəni E.Astanbəylinin ayağı evinin həndəvərindəcə daşa toxunsa və dırnağı yaralansa, günahkar onun özü olmayacaq (?!-R.). Bax, buna deyərdim həyasızlığın və vicdansızlığın son həddi! Bilirsinizmi niyə?

İnanıram ki, E.Astanbəyli küçələrdə rahat gəzir və onun şəstinə, "çestinə" kimsə dəymir. İnanıram ki, Elnur öz yaxınları, dostları və tanışları ilə də gəzməyə də gedir, üstəlik yaxşı, da araq-pivə vurur. İnanıram ki, Elnur həmin yazı-pozularını bilavasitə ağası Ə.Kərimlinin kefinə görə yazır. Yüz faiz inanıram! Və bir də inanıram ki, Elnur belə getsə, yaxınlarda yüngüllüyünə görə Ə.Kərimlini də vurub keçəcək.

Ümumiyyətlə, yazır və etiraf edir ki, nədənsə "cəbhədən" istefa verənlər dərhal YAP-a üzv olurlar. Məgər başqa cür necə olmalıdır? Bu gün Ə.Kərimlinin xəyanətkar siyasətini dəstəkləməyənlər özlərini hansı cinahda hiss etməlidirlər? Əlbəttə ki, xalqın! Xalq isə bu gün E.Astanbəyli kimi ünsürlərin təmsil olunduğu AXCP-də deyil, məhz YENİ AZƏRBAYCAN PARTİYASI adlı ümumxalq təşkilatının yanındadır. Olub, var, sabah da olacaq!

İndi durub bu qədər ağlamsınaraq "taxta medal laureatı" olmaq istəyən Elnur oturub-durub bir də fikirləşsin. Yəni 1992-ci ildə evdən çıxarkən, balalarının o üzündən, bu üzündən öpərək, geri dönməyəcəyindən qorxan valideynləri xatırlasın və haqqı nahaqqa verən günahkarlardan və günahlarından uzaq dursun. Adam bu qədər həyasız, vicdansız, ləyaqətsiz, mənəviyyatsız, heysiyyatsız və ən nəhayəti, GEYPƏRƏST olmaz!

Digər xəbərlər