AXCP sədri Əli Kərimli hərbi hissələrdə baş verən bəzi neqativ halları şişirdərək siyasiləşdirmək, digər rəzil metodlarla yanaşı, həm də bu kimi iyrənc vasitə ilə öz məqsədini reallaşdırmaq səyləri bizləri bir daha düşünməyə vadar edir. Çünki özünün "facebook" səhifəsində bu barədə bir sıra "möhtəşəm" statuslar yazan "cəbhə" sədri orduda ciddi islahatlar həyata keçirilməli, əsgər və zabitlərin maddi tələbatları yüksək səviyyədə təmin olunmalıdır deyərkən unudur ki, məhz AXC - Müsavat cütlüyünün bir illik hakimiyyəti dövründə, 1992-1993-cü illərdə ordudakı vəziyyət əsgər ölümləri, "dedovşina", fərarilik, intiharlar, üstəlik, torpaqlarımızın işğalına səbəb olan digər amillər aşırı həddə çatmışdı.
Məhz həmin dövrlərdən fərqli olaraq bu gün Azərbaycan ordusunda sərt nizam-intizam və qanunçuluq təmin olunur, bu istiqamətdə yeni və müasir standartlara cavab verən islahatlar aparılır. O ki qaldı ordu üzərində ictimai nəzarət, parlament nəzarətinin təmin olunmasına, bir sıra millət vəkillərinin mütəmadi olaraq hərbi hissələrə baş çəkmələri, əsgər valideynlərinə hərbi hissələrdəki vəziyyətə nəzarət imkanlarının yaradılması da bu qəbildəndir.
AXCP sədrindən soruşmaq lazımdır ki...
Ona görə də AXCP sədrindən soruşmaq lazımdır ki, o müxalifət partiyalarının sədrləri arasında boynuyoğun, sağlam, üstəlik, 1992-1993-cü illərdə orduya tam yararlı olduğu halda, nə üçün Milli Ordu sıralarında ermənilərlə döyüşməkdən imtina etdi? Müharibədən yayınmağa necə nail oldu? Amma görünür, bəzi daxili qüvvələr, sapı özümüzdən olan baltalar bütün sahələrdə olduğu kimi, hərb sahəsində həddən artıq siyasiləşmə görüntüsü yaratmağa çalışır, hər hansı arzuolunmaz olaydan öz şəxsi ambisiyaları, siyasi manevrləri üçün istifadə etməyə cəhd edirlər. Eyni zamanda, sual oluna bilər ki, Əli Kərimli, sənə bir qoz, hazırda Birləşmiş Krallıqdakı universitetin 3-cü kursunda bir ili 80 min dollar təşkil edən və pullu təhsil alan papanın gül balası Türkel Kərimli təhsilini başa vurduqdan sonra Azərbaycana qayıdıb hərbi xidmət keçəcəkmi?!
Bax, bu sualların cavabını vermək lazımdır, Əli Kərimli!
Əgər özündə kişilik tapıb ingilis fahişələri ilə kef məclisləri düzəltməkdən, həmin məclisləri fotohafizələrə həkk etməkdən vaz keçərək əsgər gedəcəksə, hərbi qulluğunu hansı ölkədə həyata keçirəcək? Böyük Britaniya ölkələrinin birində, yoxsa Azərbaycanda?! Çox yəqin və ehtimal ki, Azərbaycanın təhsil sistemini bəyənməyib, Qərbə üz tutan, orada "oxutdurulan" Türkel Kərimlinin Azərbaycana qayıtmasını, burada hərbi xidmət keçəcəyini düşünmək avamlıq olardı.
Partiya sədri olaraq heç bir yerdə işləməyən baş "cəbhəçi" oğlu yolunda tökdüyü 400 000 $-lıq xərci (ilinə 80 min dollar xərcləyərkən, 5 illik təhsil haqqı məhz bu qədər edir - R.) batırmaq kişiliyinə malik fərdlərdəndirmi? Bax, bu sualların cavabını vermək lazımdır, Əli Kərimli! Daha klounuluq, kuklalıq, başını əsdirə-əsdirə təlxəklik etmək qaldı köhnə siyasətdə.