PDF Oxu

Köşə

  • 1 433

Elşad Abdullayevi qazdıyıblar

Elşad Abdullayevi qazdıyıblar

Dünyanın heç bir yerində ideal cəmiyyət yoxdur. Həyatsevər, dövlətinə bağlı insanlar var. Həmin insanlar haqqa, ədalətə söykənib, fərqli, nümunəvi cəmiyyət quruculuğuna dəyər verirlər. Amma gəlin razılaşaq ki, heç də bütün insanlar eyni düşüncəyə və sağlam amala malik olmurlar. Şair Ramiz Rövşən demişkən, "Kişilər bir olmur, atam balası, igidi var, qorxağı var". Həmin kişilər arasında elələri var ki, qorxaq olmaları ilə yanaşı, müxtəlif qaranlıq yollarla əldə etdikləri maddi imkanlara arxalanıb, mənsəb sahibi olmağa, mövqe əldə etməyə səylər göstərirlər. Bunun üçün necə deyərlər, tər töküb, qazanmadıqları çirkli pulları sağa-sola paylayırlar. Fərqində deyillər ki, kimə nə qədər verirlər. Birmənalı şəkildə demək olar ki, fəaliyyəti dayandırılan Beynəlxalq Universitetin keçmiş rektoru Elşad Abdullayev də anormal düşüncəyə və burnundan uzağı görə bilməyən məxluqlardan olub. Baxmayaraq ki, o, hər müsahibəsində özünü hüquq elmləri doktoru kimi təqdim etməyə çalışır. Bu, elmi dərəcəni necə və hansı yolla əldə etdiyi çoxlarına bəllidir. Bu barədə bir qədər sonra. Mövzuya qayıdaraq, onu demək lazımdır ki, başıbəlalı keçmiş rektor qeyri-qanuni tələbə qəbulları, Ukraynadakı cinayətkar qruplarla birgə insan orqanlarının əməliyyatları hesabına əldə etdiyi çirkli pulları öz maraqlarını təmin etmək üçün xərcləməyə çalışıb. Baş verənlərə əsasən, demək olar ki, çoxları E.Abdullayevi qazlamağa çalışıb. Bu yerdə yaxşı deyiblər, "haynan gələn, vaynan gedər". Bu baxımdan, E.Abdullayevi hüquq elmləri doktoru deyil, qazdanan E.Abdullayev adlandırmaq lazımdır. Həm də ona görə ki, o, saxta hüquq elmləri doktorudur. Təsdiq olunan məlumata görə, E.Abdullayev elmi dərəcəni müəyyən maraqları ödəmək hesabına əldə edib. 1997-ci ildə qələmə aldığı "Müqayisəli inzibati hüquq" adlı kitabı isə, başdan-ayağa plagiyatdır. Daha dəqiq desək, E.Abdullayev fransız alimi Gi Brebanın "Fransanın inzibati hüquq" adlı kitabını nöqtə vergülünə belə dəymədən, özününküləşdirib. Artıq bu plagiyatlıq Fransa Akademiyası tərəfindən də təsdiqlənib. Yəni E.Abdullayevin şantajçı, böhtançı olması ilə yanaşı, həm də oğru olduğu üzə çıxıb. Təbii ki, oğurluq cinayət-prosesual məcəlləyə əsasən, məsuliyyət yaradır. Bu baxımdan, ehtimal ki, Fransa hüquq-mühafizə orqanları E.Abdullayevi çək-çevirə salıb, dərinə getmədən, qazdıyıb buraxsınlar. E.Abdullayev bu gün üçün deyil, sabah da qazdanacaq. Çünki məxluq dolğun biliyə, təcrübəyə malik deyil. Təkcə bir faktı demək lazımdır ki, əgər doğrudan da, bu məxluq elmlər doktorudursa və hüquqdan azdan-çoxdan başı çıxırdısa, anlamalı idi ki, rüşvət hesabına iddiaları reallaşdırmaq mümkün deyil. Əgər bunu başa düşməyibsə, yaxşı ki, Beynəlxalq Universitetin fəaliyyəti dayandırılıb. Yoxsa bu təhsil ocağından diplom alacaq tələbələrin biliyi elə E.Abdullayevin biliyi səviyyəsində olacaqdır. Ən yaxşı halda, həmin universiteti qurtaran tələbə hazırda E.Abdullayevin yan-yörəsində fırlanan Elnur Məcidli olacaqdır. E.Abdullayevin ki, ancaq qazdanmaqdır ki, onu da lazımi səviyyədə həyata keçirir.

Digər xəbərlər