PDF Oxu

Köşə

  • 1 560

İnsanlıq faciəsindən sui-istifadə rəzaləti

İnsanlıq faciəsindən sui-istifadə rəzaləti

Dağıdıcı müxalifət düşərgəsinin "liderlərinin" son vasitə kimi insanların faciələrindən sui-istifadə edərək siyasi ambisiyalarını reallaşdırmağa cəhdləri hadisələri normal qiymətləndirməyə malik ictimaiyyətə bir anlamı verdi - RƏZALƏT! Çünki əsgər ölümünü siyasiləşdirərək küçə və meydanlara çıxıb hay-küy yaratmağa başqa ad vermək olmur. Necə ola bilər ki, Azərbaycanın dövlətçilik maraqları bir sıra xarici təşkilatlar tərəfindən şübhə altına alınarkən məhz bu müxalifətə aid "gənclər hərəkatı" ortalıqda görünmür, lakin seçkilər ərəfəsində ölkədə sabitliyi pozmaq cəhdləri olan kimi sözügedən "gəcnlər hərəkatları" həmin andaca dağıdıcı müxalifət "liderlərinin" yanlarında peyda olurlar. Çünki bu həm də xarici siyasi dairələrin Azərbaycandakı maraqlarının təminatı mənasını daşıyır. Qısacası, əsgər ölümü kimi ailə faciəsinin siyasişəldirilərək seçki maraqlarına qurban verilməsi insana yaraşmayan hal kimi dəyərləndirilməlidir! Belə ki, 10 mart aksiyasına cəhd edənlər və onun təşkilatçıları məhz dağıdıcı müxalifət "liderlərinin" istiqamətləndirdikləri yaxın ətrafıdır. Məhz AXCP və Müsavat kimi antidövlətçi siyasi qurumlar zaman-zaman xarici himayədarlarının təlimatına uyğun olaraq, Azərbaycanda ictimai asayişin pozulmasına cəhd edirlər. İctmaiyyət bunun daha öncə keçirilən icazəsiz aksiyalarında da şahidi olub.

Və təəssüf ki, bəzi insanların qarşılaşdıqları faciə üzərindən öz siyasi və şəxsi məqsədlərini həyata keçirmək istəyən qüvvələr hələ də hansısa "uğur" əldə edəcəklərini düşünərək, ən alçaq vasitələrə getməkdən belə, çəkinmirlər.

Lakin burada daha bir məqam nəzərlərdən yayınmadı. Dağıdıcı müxalifət mediasına məxsus bir neçə jurnalist aksiyaçı qismində çıxış edərək, peşə kodeksinin qanunlarını pozub. Məhz bu kimi amildən də nəticə çıxararaq, demək mümkündür ki, düşərgə mənsublarına işləyən bəzi jurnalistlər ölkədə sabitliyin pozulması istiqamətində maraqlı dairələrin sifarişlərini həyata keçirirlər. Bu isə, həm də onu deməyə əsas yaradır ki, jirnalist peşəsi də dağıdıcı "liderlər" üçün istifadə vasitəsinə çevrilib.

Ancaq həqiqət birdir və dəyişilməzdir - əsgər ölümlərinə qarşı etiraz aksiyası keçirənlər anaların göz yaşından istifadə etməklə Azərbaycan xalqına, milli-mənəvi dəyərlərə qarşı çıxdıqlarını kifayət qədər sərgiləyiblər. Çünki anaların, bacıların göz yaşından şəxsi, siyasi məqsədlərlə istifadə etmək rəzalət olmaqla yanaşı, həm də vicdana, ləyaqətə sığmayan hərəkətdir. Hansı ki, dəfələrlə bəyan edilib ki, silahlı qüvvələrdəki hər ölüm faktına görə ciddi araşdırma aparılır, günahkarlar isə cəzalandırılır. Eyni zamanda, Azərbaycan dövləti, bu ölkənin xalqı əsgərlərinə laqeyd, biganə deyil. Dövlətimiz orduya çox ciddi qayğı göstərir. Belə ki, bu dövlət 15-20 il əvvəlki dövlət deyil. Ordumuz 20 ildir səngərdədir və döyüşür. Bu ordu ilə fəxr etmək lazımdır. Amma təəssüf ki, bəzi üzdəniraq, millətinə, xalqına, dövlətçilik prinsiplərinə xəyanət edən qüvvələr yalan informasiyalarla cəmiyyət arasında qarşıdurma yaratmağa cəhdlər edirlər. Bu rəzalət halı isə, təbii ki, Azərbaycan xalqı tərəfindən lənətlənməlidir!

P.S. Bu yazını yazarkən, məni belə bir sual düşündürdü: görəsən 10 mart aksiyasını keçirmək istəyənlər nə qazandılar, nə əldə etdilər? Cavabı birdir - nifrət!

Digər xəbərlər