PDF Oxu

Köşə

  • 2 716

"Azadlıq" qəzeti "Qələt etmişəm!" dedi

"Azadlıq" qəzeti "Qələt etmişəm!" dedi

Sən demə Əli Kərimlinin bilavasitə nəzarətində olan "cəbhə" mətbuatı - "Azadlıq" qəzeti iddia edildiyi kimi "qətiyyətli", "tüpürdüyünü yalamayan", "mübariz" tipli yazılı orqan deyilmiş. Və əslində, "Azadlığ"ın geydirmə baş redaktoru Qənimət Zahid başda olmaqla orada "yazıb-yaradan" qələmkeşlərin hamısı ucdantutma "...yeyənliklə" məşğul olurmuşlar. Bu gözlənilən idi. Ona görə ki, həmin qəzetə iradəcə zəif, passiv və qorxaq "lider" nəzarət edir. Bunların "liderləri" belədirsə, gör funksionerləri hansı vəziyyətdədirlər! Qısası, keçirəm əsas mətləbə.

Məlumat üçün bildirim ki, bu ilin mart ayının 1-də "Azadlıq"da nüfuzlu dövlət məmurlarına qarşı aparılan qarayaxma kampaniyasında qeyri-obyektiv və böhtan xarakterli məqalə yazılmışdı. Məhz həmin məqalənin işıqlandırılmasından sonra qəzet məhkəməyə verilmiş, sözügedən məqalənin isə təkzibi tələb olunmuşdu.

"Azadliq": "Yazını təkzib edir, oxuculardan və adıçəkilən məmurlardan üzrxahlıq edirik"

Maraqlıdır ki, martın 12-də "Azadlıq" qəzeti dövlət məmurlarından üzr istəyib. "Təkzib" rubrikası altında gedən üzrxahlıqda deyilir ki, qəzetin 1 mart sayında dərc olunmuş yazısında qeyri-dəqiq ifadələrə yol verilib və nəticədə, həqiqətə uyğun olmayan bir sıra məqamlar yer alıb: "...Bunu nəzərə alaraq yazını təkzib edir, oxuculardan və adıçəkilən məmurlardan üzrxahlıq edirik".

Digər marqlı məqamlardan biri də "Azadlıq" qəzetinin geydirmə baş redaktoru Q.Zahidin bir neçə gün həmin qəzetin səhifəsində guya ona qarşı aparılan "kampaniyalardan" dəm vurması olub. Yəni küncə sıxışdırıldığını dərk edən Q. Zahid son anda təkzib verərək, "Qələt etmişəm!" deyib və kənara çəkiləsi olub.

Ancaq məni burada bir sual düşündürür. Düşünərək sual edirəm ki, axı bir halda ki, sən - baş redaktor olaraq yazdığın məqalənin mövqeyini qoruya bilməyəcəkdinsə, nəyə görə öz ətrafında bu qədər süni ajiotaj, ...-şüvənliklərə rəvac verirdin? Yəni belə anlaşılır ki, gah "Azadlıq" bağlanır" deyə bağıraraq azsaylı oxucularına əl açıb dilənməyin, gah da bu fonda özündən "qəhhh...rəman" düzəltməyin də əbəsiymiş. Onda bu qədər həngamə qoparmaq sənin hansı "mübariz baş redaktorluğuna" yaraşır?!"

Rauf Arifoğuluna "təkzib" muştuluğunu kim verib?

Söz yox ki, Q.Zahidin geydirmə baş redaktor olduğu qəzetə nəzarət edən, gündəlik planlaşmalarını aparan, tezislər verən AXCP sədri Ə.Kərimli də Q.Zahidə təkzib yazmasını təklif edib. Q.Zahid isə "amandır tutularam" deyib, başına-gözünə döyərək, dərhal sədrinin həmin təklifini qəbul edib. Nəticədə isə, sübuta yeritilib ki, "Azadlıq" qəzeti küçə fahişələrindən geri qalmayan şüvənçilik yığnağıdır və oradakı seymur həziyevlər, elnur astanbəylilər də şüvənçilər yığnağının qılverənləridirlər. Adama deyərlər ki, zibili yeyə bilmirsən, yemə daaa! Daha bu həngaməydi ki, öz başına oyun açıb biabır oldun?!

Deyirəm, indi "Yeni Müsavat"ın kefi göylə gedir. Axı son günlərə qədər hər iki müxalifət mediası arasında ciddi düşmənçilik əmələ gəlmişdi. Görəsən, Rauf Arifoğuluna "təkzib" muştuluğunu kim verib? Araşdırıb bunu da deyəcəm...

Digər xəbərlər