"Baş verməli olanlar baş verməkdədir". Bu ifadəni mən deyil, İsrail və Fələstin torpaqlarını almağa gedərkən, Sezar öz ordusuna deyib. Ancaq mən qədim tarixi hadisələr barədə bəhs edəcək mövzuya toxunmaq istəmirəm. Yəni yazacağım mövzu da, tarix də ən uzağı bir neçə il bundan öncəyə təsadüf edə bilər. Bu səbəbdən də, rəhmətlik Sezarın "Baş verməli olanlar baş verməkdədir" sözləri yadıma düşdü. Daha dəqiq desəm, həmin ifadənin yadıma düşməsinə bir səbəb oldu. Səbəb isə Vidadi İsgəndərlinin "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidi və geydirmə baş redaktorun gizli baş redaktoru olan AXCP sədri Əli Kərimlini çox kəskin şəkildə ittihamlara məruz qoymasıdır. Bu səbəbdən də, baş verməli olanlar baş verdi. Necə ki, biz bəndələriniz də neçə müddət idi ki, baş verəcəkləri siz hörmətli oxucularımıza proqnozlaşdırırdıq. Yazırdıq ki, gec-tez bunların bütün paxırları üzə çıxacaq. Çıxmasa belə, özləri çıxardacaqlar.
Qənimət "içəridə" olarkən, onun haqqında bəzi-bəzi məlumatlar "çölə" çıxırdı
Gündə azı yüz dəfə "demokratiya" bağırıb, boğazını yırtan Əli Kərimlini demokrat olmamaqda, həmçinin, "Azadlıq" qəzetini antidemokratiyada suçlandıran V.İsgəndərli bunu sübuta yetirə bildi. İndi isə növbə Qənimətindir.
Bildiyimiz qədər Q.Zahid "içəridə" olarkən, onun haqqında bəzi-bəzi məlumatlar "çölə" çıxırdı. Görünür, bu da onun sədri Ə.Kərimliyə olan bənzərliyindən irəli gəlir. Axı Ə.Kərimli haqqında da maraqlı-maraqlı məsələlər "içəridən" "çölə" adlayırdı. Özü də "cəbhə" sədrinə həsr edilən "qoluboy" sözü havadan yayılmayıb ki!
İndi Qənimət haqqında hansı söz əmələ gələcək, bunu Vidadinin özü bilər. Yəni baş verən qalmaqaldan doğacaq ifşalar hələ bundan sonra daha da artacaq. Onda bilinəcək ki, Q.Zahid "srok" yatarkən, hansı ada "imenavat" olunub. "Stukaç", "paskuda", yoxsa...
Ancaq görünən tərəf ondadır ki, ona hansısa adı qoyublar. İndi top V.İsgəndərlidədir. Top onda olduğu üçün də Qənimət onun hədələrindən sonra susmağa üstünlük verib. Binəva yatıb-dura bilmir və həyacanlanır ki, görəsən, Vidadi olanları deyəcək, yoxsa yox? Gözləyərik, görərik. Axı baş verənlər baş verməkdə davam edir...