PDF Oxu

Köşə

  • 6 144

ƏSGƏR ANASININ SÖZÜ!

ƏSGƏR ANASININ SÖZÜ!

Bu gün ölkəmizin silahlı qüvvələri dünyanın ən modern və ən müasir silahlarla təchiz olunmuş ordularından biri kimi dəyərləndirilməkdədir. Söz yox ki, belə olan halda Azərbaycanı istəməyən, yaxud Azərbaycanda maraqlarını təmin etmək istəyən daxili və xarici qüvvələr ordumuz haqqında mənfi fikirlər yaratmağa cəhd göstərirlər. Təəssüf ki, adlarını müxalifətçi qoyub, xəyanət və dağıdıcılıqla məşğul olan "liderlər" də sözügedən prosesdə iştirak etməklə, məkri planlarını reallaşdırmağa səy göstərirlər. Əsgər ölümü adı altında gah icazəsiz aksiyalar, gah da bu kimi digər məqsədli "tədbirlər" keçirən dağıdıcı müxalifət "liderləri", əslində, bu ad altında şəxsi siyasi mənfəətlərini güdürlər ki, buna da rəzillikdən başqa heç bir ad vermək mümkün deyil.

ANA SÖZÜNÜ YERƏ VURAN RƏZİL FÜRSƏTCİLLƏR

Lain daha bir faktı da xatırlatmaq yerinə düşərdi. Məsələn, bir neçə ay öncə baş verən ölüm hadisəsindən sonra, həyatını itirmiş əsgərin anası mətbuata çıxaraq müxalifətdən tələb etdi ki, onun övladının ölümünü siyasləşdirməsinlər. Ana sözügedən müraciətində həm də ölkə rəhbərinə inandığını və oğlunun ölümünə səbəb olanların qanun qarşısına çıxacağını da xüsusilə vurğulamışdı. Lakin göründüyü kimi, ana sözünü yerə vuran fürsətcillər xarici ağalarından aldıqları təlimatlarını yerinə yetirdilər. Küçələrə çıxaraq, bir ana sözünü heçə saydılar. Bu isə belə qənaətə gəlməyə əsas yaratdı ki, onların, ümumiyyətlə, vicdan, ləyaqət və şərəf hissləri yoxdur, görünür, bundan sonra da olmayacaq.

HƏR BİR ƏSGƏRİN PREZİDENTİ VƏ HİMAYƏDARI

Bu arada 25 nəfər əsgər anasının ölkə rəhbərinə müraciət etməsi bir daha deməyə əsas yaratdı ki, bu gün Azərbaycan ordusu, sözün əsil mənasında, güclü sağlam və qüdrətli ordudur. Əsgər anaları Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayaraq Azərbaycan Ordusunda əsgərlər üçün yaradılmış şəraitdən razılığını bildirib: "...Siz Prezident seçilərkən "Mən hər bir azərbaycanlının prezidentiyəm" demişdiniz. Həqiqətdir! Siz həm də hər bir əsgərin prezidenti və himayədarısınız...Əsgərlərimiz üçün yaratdığınız şəraiti gördükdə, nə qədər yanıldığımızı anladıq. Məhz Sizin əvəzsiz xidmətiniz sayəsində bu gün Azərbaycan Ordusu dünyanın inkişaf etmiş ölkələrinin orduları ilə bir sırada dayanmağa qadirdir".

Yəqin ki, dağıdıcı müxaifət "liderləri" və onların ətraflarında hərlənən beş-on nəfər quyruqbulayan "gənclər təşkilatları", eləcə də, "hüquq müdafiəçiləri" əsgər analarının reallıqdan doğan sözlərini qəbul etməyərək, öz bildikləri havalarını oxuyacaqlar. Hətta yeni-yeni nağıllar düzüb-qoşacaqlar. Ancaq bəlli olan bəllidir. Hər çey göz qabağındadır. Güclü ordu, güclü dövlət və onu dəstəkləyən xalq ordusu! Hər halda əsgər analarının ölkə rəhbərinə rəsmi müraciəti bütün bunları kifayət qədər nümayiş etdirir.

Digər xəbərlər