PDF Oxu

Köşə

  • 1 408

SEYMUR HƏZİ ÖZÜNÜ DÖYDÜRÜB?

SEYMUR HƏZİ ÖZÜNÜ DÖYDÜRÜB?

"Azadlıq" qəzetinin sözdə siyasət şöbəsinin müdiri (bildiyimiz kimi, adıçəkilən qəzetin gizli baş redaktoru AXCP sədri Əli Kərimlidir və onun imzası "siyasət şöbəsi" kimi verilir - R.) Seymur Həzi son günlər polis qapılarından əl çəkmir. Çünki bu binəva iddia edir ki, iki il öncə gecə saatlarında evə gedərkən, kimlərsə onu "döyüb" və topasaqqalını sabunsuz-filansız qırxmaq istəyib. Hətta adıçəkilən "Azadlıq" qələmdarı guya "döyülərkən" başına torba keçirilməsini də iddia edib. Ancaq gəlin görək, onun bu iddiaları nə qədər əsaslı və ciddidir?

AŞOT VƏ SEYMUR HƏZİ BƏNZƏRLİYİ

Əslində, S.Həzi kimi "adamların" belə iddialarla çıxışlar etməsi mənə belə bir hadisəni xatırladır. 80-ci illərdə yaşadığımız məhəllədə erməni qonşumuz vardı - Aşot. Bu Aşotun işi-gücü özünü döydürməkdən ibarət idi. Çünki ağzının danışığını, ictimai yerlərdə davranışını ümumiyyətlə bilmirdi həmin Aşot. Bir gün görürdün ki, başı partlayıb, o biri gün görürdün ki, qulağı cırılıb, daha başqa gün də görürdün ki, ayağının biri axsayır. Soruşanda ki, ay Aşot, axı sənə nə olub belə? Qayıdıb deyirdi ki, axbercan, bəs filan yerdə ağzımdan behməkan söz çıxdı, ona görə də məni basıb döydülər. Yəni bu erməni Aşot ağzından əməlli-başlı yavaydı. Bir sözlə, belə eşşək idi Aşot!

KÖHNƏ QONŞUMUZ SÜLİDDİN: "ADAM KİŞİ OLAR!"

İndi də S.Həzinin iki ildən bir kiminsə qəzəbinə tuş gəlməsi, əslində, onun öz əməlidir. Bu Aşotabənzər tip gedib haradasa ağızdanyavalıq edir, dilini yelə verir, sonra da qulağının dibindən şapalaq dəyəndə də, gəlib yıxır bunu hakimiyyətin üstünə. Guya hakimiyyət onu jurnalist fəaliyyətinə körə "cəzalandırıb" (?!-R.) Və burada köhnə məhləmizdəki daha bir qonşumuz - Süliddinin sözləri yadıma düşür. Aşot haradansa ağzı-gözü qan içində məhəlləyə girəndə Süliddin ona baxıb deyirdi: "Alə Aşot, adam kişi olar! Bu qədər döyülmək kişiyə yaraşan hərəkət deyil. Bir gün də sən kimisə döy və gəl mənə bunu sübut et. Əgər həmin andaca qabağına yeyib-içmək açmasam, kişi deyiləm!"

İSTƏSƏN LAP DÖNƏR DƏ ALARAM!

İndi, ay topsaqqal Seymur Həzi, adam kişi olar! Bəsdir artistlik edib polis qapılarını gəzdin. Bir də ki, Əli Kərimli kimi "xoruza" görə özünü döydürmək, məncə, kişiyə yaraşan hərəkət deyil. Bir gün də sən çıx ortaya və Ə.Kərimlinin qulağının dibinə yavaşcana şillə yapışdır, mən də səni Bakımızın ən yaxşı restoranlarının birində qonaq edim. İstəsən, lap dönər də alaram səninçün!

Ancaq görürəm ki, səndə bu kişilik olmayıb və bundan sonra da olmayacaq. Çünki "lideri" Ə.Kərimli olanın da ömrü elə döyülməklə də keçəcək. Deyirəm axı, binəva özünü döydürməkdən lap naxıs olub...

Digər xəbərlər